Əli ibn Əbu Talibə söyüş iftira və səbb Bəni Üməyyəli Müaviyə çağından başlanıb Ömər bin Əbdüləziz çağınadək ardısı oldu taki, o, bu işin qadağan olmasına əmr edincə. İbni Əbilhədid Nəhcül-bəlağə şərhi kitabında şiələrin beşinci imamı Baqirdən hədis qondarma və şiələrin oldürülməsinə görə belə deyir:
Biz Qureyşlilər əlindən nə zülmlər və ədavətlər çəkmişik! bizim istəyən və şiələrimiz camaatın içində nələr ki çəkməyiblər!… camaatı bizdən incitmək üçün necə şəhərlərdə bizim demədiyimiz və etmədiyimiz sözləri bizə bağladılar. onların ən şiddətlisi Həsən bin Əlidən sonraidi. bizim şiələrimizi hər şəhərdə tapdılar öldürüb şiə olmaqları üçün əl və qolların kəsdilər. hər kimsəki bizi sevmək və istəməyə məşhuridi həbsə salınıb mal mülkü talan olub evi başına uçurulurdu.[1]
İbn Əbilhədidin yazdığına görə Muaviyə quruluq və yoxsulluq zamanından sonra işçilərinin birinə bir məktub yazaraq dedi: "sənin o, kəslərə ki, Əbu Turabın fəzilət, yaxşılıq və tərifini deyələr heç çeşid məsuliyyətin yoxdur." ondan sonra natiqlər Əli və Əhli-Beytinə söyüş, yalan və iftira etməyə başladılar… O, zamanın ən yazıq camaatı kufəlilərdilər niyə ki Əlinin şiələri orada çox idilər. Müaviyə Ubeydullah ibn Ziyadı oraya hakim edib Bəsrənidə ona tapşırdı. O, şiələri güdüb axtarırdı, onları tanıyırdı niyə ki Əli xilafəti zamanında onun tərəfdaşlarından idi. Beləliklə şiələri hər yerdə, hər zaman hətta daş altında da axtarıb, tapıb öldürürdü və ya onları qorxudub əl, qolların kəsib kor edird. bu işin o qədər ardısı oldu ki İraqda şiədən bir iz qalmadı.[2]
İbn Əsir "əl-Kamil fit-Tarix" kitabında Ömər ibn Əbdüləzizin Əliyə səbb və iftiralara son verməsinin səbəbini belə zikr edir:
AtamƏliyə söyüş və iftira deyəndə dili tutulurdu. dedim: Atam sən yaxşı danışan və fəsih birisisən, amma Əlini xatırlayanda qıssa gəlirsən! dedi: Sən bildinmi? dedim Hə, Dedi: oğlum, əgər bizim yan-yörəmizdəkilər bizim Əlidən bildiklərimizi bilsələr, bizdən üz çevirib onun övladlarına sarı gedərlər.[3]
Haqqında nəql olunan kəlamlar
Həzrəti Əliyə (ə.s) düşmənçilik nasibilərin imanlarının bir parçasıdır.[4]
"Nəsb" Əliyə (ə.s) kin bəsləmək və başqasını ona seçməkdir.[5]
Səd cavab verdi: Allah Rəsulu (s.) (Əli haqqında) üç şey deyib ki, mən heç vaxt onu söymərəm. Əgər həmin üç şeydən biri mənim olsaydı, (bu) mənə qırmızı rəngli dəvə sürüsündən daha sevimli olardı…[6]
Sədin hədisinə gəldikdə isə, hansı ki, Muaviyə ona Əlini təhqir etməyi əmr etdikdə, o, qəbul etməmişdi, bu zaman Muaviyə dedi: "Sənə Əli b. Əbi Talibi söyməyə nə mane olur?" Sad cavab verdi: "Rəsulullah (s.) (Əli haqqında) üç şey deyib ki, mən heç vaxt onu söymərəm. Əgər həmin üç şeydən biri mənim olsaydı, (bu) mənə qırmızı rəngli dəvə sürüsündən daha sevimli olardı…[7]
… Səid b. Cubeyrdən onun belə dediyini rəvayət etdi: Mən Ərəfətdəİbn Abbasla bir yerdə idim. O (İbn Abbas) dedi: "Niyə insanların təlbiyə[8] deməklərini eşitmirəm?" Mən dedim: "Muaviyədən qorxduqları üçün." İbn Abbas çadırından çıxaraq dedi: "Ləbbeyk Allahummə Ləbbeyk, Ləbbeykə Allahummə Ləbbeyk, bu insanlar Əliyə nifrət etdiklərinə görə sünnəni tərk ediblər!"[9]
Əli b. Muhəmməd bizə rəvayət etdi, Əbu Muaviyə bizə rəvayət etdi, Musa b. Müslim bizə Əbdürrəhman b. Sabitdən, o da Səd b. Əbi Vəqqasdan rəvayət etdi və dedi: Muaviyə Həccdə olarkən Sad onun yanına gəldi. Əlinin adı zikr olundu, Muaviyə onu söydü. Sad qəzəbləndi və dedi: "Sən onun haqqında bu cür sözlər deyirsən? Halbuki. mən Rəsulullahın (s) onun haqqında belə dediyini eşitmişəm: "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır". Həmçinin deyib: "Sənin mənə olan nisbətin HarununMusaya olan nisbəti kimidir". Həmçinin deyib: "Bu gün bayrağı elə bir şəxsə verəcəyəm ki, o, Allahı və OnunRəsulunu sevir."[16]
" "Vəl-bəği" nədir? "Bəği" kəlməsi yəni, "zülm ilə təcavüz etmək və həddi aşmaq" deməkdir. Bu ayəyə (Nəhl, 90) Peyğəmbər (s.) və Raşidi xəlifələr zamanında əməl olunub. Amma Bəni-Üməyyə hakimiyyətə gəldikdən sonra əməl olunmadı. Ömər ibn Əbdüləzizin vaxtında lənət oxuyanların lənətlərinin xütbədən yığışdırılmasilə yenidən qüvvəyə mindi. AllahHz. Əli (ə.s)ı təhqir edənləri xar və təhqir olunmuşlardan etsin."[18]
"Bəni ÜməyyəHz. Əli (ə.s)ı lənətləyir, təhqir edirdilər. Onlar bu işlə Həzrətin (ə.s) məqamını aşağı salmaq istəyirdilər. Amma əksinə alimlərin yanında Onun (ə.s) məqamı yüksəldi. Əmr ibn Abdullah ibn Zubeyr adlı bir şəxs eşidir ki, oğlu Hz. Əli (ə.s)ı lənətləyir. O, da oğluna deyir: "Oğlum nəbadə bir də bunu deyəsən". Bəni Mərvan 60 il Hz. Əli (ə.s)ı söyüblər (şətəmə). Onların bu hərəkəti Həzrətin (ə.s) məqamını Allah yanında qaldırıb. "[20]
"Biz deyirik ki, Müaviyyə Şam, İraq və hətta digər ölkələrdə olan hər kəsə əmr edirdi ki, Hz. Əlini (ə.s) söysünlər, lənətləsinlər, həmçinin xilafətinə itaət etməsinlər. Həmin bu hökumət əmri mərkəzlərə yazılı şəkildə göndərilirdi. Bir dəstə Müaviyyəyə belə bir məsləhət verirlər:"Ey əmir, sən arzuladığın məqama çoxdan çatmısan. (Əlinin (ə.s) tərəfdarları məhv olub və sən də istəyinə çatıb güclü hökumət qurmusan). İmkandırsa bu Kişini (Əli (ə.s)ı lənətləməkdən əl çək". Cavab verdi ki, And olsun Allaha uşaq bu fikirdə böyüməli və cavan da bu fikirlə qocalmalıdır."[21]
"Əli ibn Əbu Talib (ə.s) xilafətə gələndə bir sıra şeylər oldu. Həmin bu ixtilafın nəticəsində bir tayfa üzə çıxdı. O tayfa Əli ibn Əbu Talibə (ə.s) qarşı müharibə etdi. Sonra bu əzəmətli hal daha da şiddətləndi. Onu təhqir etdilər. Onlar Əli ibn Əbu Talibi (ə.s) minbərdən lənətləməyi sonralar sünnəyə çevirdilər."[24]
"Başqaları deyir Bəni Üməyyə xütbələrində Əli ibn Əbu Talibi (ə.s) lənətləyiblər. Amma Ömər ibn Əbdüləziz xilafətə çatan kimi bu batil sünnəni (70 il sonra) ləğv etdi. Bu əmri bütün hökumətinə tabe olanlara da yazılı şəkildə göndərdi ki, lənətin əvəzinə ən-Nəhl 90-cı ayə oxunsun. Bu dəyişiklik bu günə qədər davam edir."[25]
Bəni ÜməyyəPeyğəmbərin (s.) vəsiyyətinə (İki xəlifə -yəni, Quran və Əhli-beyt) xilaf çıxmış və onun ziddinə getmişlər. Əhli beytin qanını tökmüşlər, qadın və uşaqlarını əsir götürmüşlər, Onların yaşadıqları məntəqələri viran qoymuşlar, Onların şərəfini alçaltmışlar, fəzilətlərini rədd etmişlər, Onların təhqir və lənətini halal bilmişlər. Muhammadinil Mustafanın (s.) vəsiyyətinə zidd çıxmışlar. Onun zəhmətinin müqabilində Peyğəmbər (s.) qəsdinin tam əksini həyata keçirmişlər. Ar olsun onlara. O gün ki, Peyğəmbərlə (s.) üz-üzə gələcəklər, Onun (s.) qarşısında durduqları zaman rüsvay olsunlar.[27]