Əli Qafarov (azərb. Əli Hüseyn oğlu Qafarov; 16 oktyabr 1935, Sinelnikova[d], Dnepropetrovsk vilayəti – 19 dekabr 1979) — Azərbaycan yazıçısı və kinodramaturqu, ssenari müəllifi.
Həyatı
Əli Qafarov 1935-ci il oktyabrın 16-da Ukrayna Respublikası Dnepropetrovsk vilayətinin Sinelnikova şəhərində anadan olmuşdur. Qafarovlar ailəsi Lənkərana köçəndən sonra Əli şəhər orta məktəbini burada bitirmiş, 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filoloji fakültəsinə daxil olmuşdur.[1]
1950-ci illərdə 3 illik Sibirə sürgün edilmişdir.
1962-ci ildən 1967-ci ilə qədər "Bakinski raboçi" qəzetində ədəbi işçi vəzifəsində çalışmışdır.[2]
Əli Qafarov 1979-cu il dekabrın 19-da, 44 yaşında faciəli şəkildə həlak olmuşdur.[1]
Ailəsi
Əli Qafarov millət vəkili Elmira Axundovanın qardaşıdır. Onların anası ukraynalıdır. Uşaqlığı Rusiyada və Lənkəranda keçib.
1960-cı ildə İrkutskidən olan Qalina xanımla ailə qurmuşdur. Leyla adlı qızı var.
Xatirəsi
12 yanvar 2016-cı ildə haqqında İTV-də "Yadigarlar" verilişi efirə getmişdir.
Yaradıcılığı
Yazıçının həlakından sonra Moskvada onun hekayə və povestlərindən ibarət "Qızıl qaz" adlı kitabı ("Советский писатель" nəşriyyatı , 1984-cü il) çapdan çıxmışdır.[1]
Yazıçının vəfatından sonra 1984-cü ildə Moskvada onun hekayə və povestlərindən ibarət "Qızıl qaz" adlı kitabı çapdan çıxmışdır.[2]
Kitabları
- "Qızıl qaz", Moskva, "Советский писатель" nəşriyyatı, 1984-cü il.[1]
Filmoqrafiya
- Çarvadarların izi ilə (film, 1974)
- Dirçəldilmiş torpaq (film, 1971)
- Fəhlə Gülbala Əliyev (film, 1971)
- Xəzər Atlantidası (film, 1975)
- Qızıl qaz (film, 1972)
- Mahnıya həsr olunmuş həyat (film, 1969)
- Mayılovlar ailəsi (film, 1977)
- Mülki müdafiə (film, 1969)
- Burada başlanmışdır (film, 1974)
- Odla təmasda (film, 1972)
- Sevinc sarayı (film, 1970)
İstinadlar
Xarici keçidlər
| |
---|
Lüğətlər və ensiklopediyalar | |
---|