SDQ 30 noyabrda Əl-Həsəkənin cənubunda yerləşən bəndi ələ keçirdikdən sonra cənuba doğru, İŞİD-in Əl-Həsəkə mühafəzəsində son qalası olan Əl-Şəddadə şəhərinə doğru hücumunu davam etdirmişdir. 1 dekabrda ərəb qəbilə liderləri mülki şəxslərin ölümünün qarşısını almaq və şəhərin infastrukturuna daha az zərərərin dəyməsi üçün İŞİD yaraqlılarını şəhərdən çəkilməyini tələb etmişdir. Həmçinin, İŞİD-in Əl-Şəddadə yaxınlığındakı bəzi mövqelərini boşaltmağa başladığı və bəzi İŞİD yaraqlılarının qarşıdan gələn döyüşə hazırlıq məqsədilə ailələrini ərazidən Deyr əz-Zövr mühafəzəsində öz nəzarətində olan ərazilərə köçürdüyü bildirilmişdir.
16 fevralda SDQ strateji əhəmiyyətli Əl-Şəddadə şəhərini və ətraf kəndləri ələ keçirmək üçün hücuma keçmişdir.[2] 19 fevralda SDQ Əl-Şəddadə şəhərini və ətraf kəndləri ələ keçirmişdir.[3][4]
20 fevralda SDQ daha da cənuba doğru irəliləyərək Əl-Fədqəmi kəndini ələ keçirmişdir.[5] 21 fevralda SDF qüvvələri daha da cənuba doğru irəliləyərək Deyr əz-Zot mühafəzəsinin 16 kilometrinə yaxınlaşaraq Mərkədə qəsəbəsini ələ keçirmişdir.[6] Hücum zamanı SDQ 2400 kvadrat kilometr ərazini İŞİD qüvvələrindən almışdır.[7]