Əhməd Məkin

Əhməd Məkin
türk. Ahmet Mekin
Doğum adı Əhməd Qurddərəli
Doğum tarixi 6 avqust 1935(1935-08-06) (89 yaş)
Doğum yeri
Milliyyəti Türk
Həyat yoldaşı Şükran Sabunçu
Uşaqları Zeynəb Məkin
Kəzban Məkin
Fəaliyyəti aktyor, ssenarist, prodüser
Fəaliyyət illəri 1957-ci ildən
Mükafatları

Ankara Kino Festivalı
Ömür boyu uğur mükafatı (1992)[1]

İstanbul Kino Festivalı
Ən yaxşı kişi aktyor (2011)[1]
İzmir Sərgisində ən müvəffəqiyyətli kişi aktyor mükafatı (1961)

Əhməd Məkin (6 avqust 1935, İstanbul) — Türkiyə kino, televiziya və teatr aktyoru, prodüser, ssenarist. 200-dən çox filmdə rol almışdır[2].

Həyatı

Əhməd Məkin 6 avqust 1935-ci ildə İstanbulda anadan olub. Əhməd Məkinin orijinal adı Əhməd Qurddərəlidir.

Onun dostları onun uzun boyundan ötəri ona "Filiz Əhməd" deyiblər. Güləş idman növü ilə məşğul olmuşdur. Usta işlədiyi üçün sümükləri qırılmışdı. Buna görə də idmanla məşğul olmadı. "Bakırköyspor"da oynayarkən böyük futbol komandasına transfer olacaqdı. Transfer olacağı gün ayağı qırıldı. Beləliklə idmanla məşğul olmadı. Bir müddət Bakırköy Xalq Evində teatrda işlədi. "Birlik və Tərəqqi" səhnəsində aktyor oldu. Nəhayət, 1957-ci ildə Bakırköy rejissoru Kənan Parsın köməyi ilə, karyerasına "Yüksəlmə" filmi ilə davam etdi.

Əhməd Məkin, "Səlvi Boylum, Al Yazmalım" filmi ilə türk kinosunun unudulmaz aktyorları siyahısında yer aldı. "Məhşərə qədər", "Bardakı Adam", "Bir Qurtum Su", "Bu günün sarayı", "Fahişəyə vurun", "Səlvi Boylum Al Yazmalım", "Ezo Gəlin", "Çiçək Abbas" kimi əhəmiyyətli filmlərin unudulmaz aktyorudür.

1978-ci ildə "Dəniz Qanı", "Bağrıyanıq Ömər" filmlərində oynadı.

Kinoya addım atdığı 1956-cı ildən bu yana təxminən 200 filmdə rol alan Əhməd Məkin, 1975-ci ilə qədər ciddi rolda oynayıb. Aktyorluğunda xarakterini öz istəyi ilə seçmişdir.

Özü kimi aktyor olan Şükran Sabunçu ilə evli olan Əhməd Məkin, 1998-ci ildən bu yana Balıqəsirdə Ərdək mahalının Ocaqlar diyarında sakit və təvazökar bir həyat yaşayır. Zeynəb və Kəzban adlı iki qızı var.

Filmoqrafiya

Aktyor kimi

  • Qanun qanundur
  • Təşkilat
  • Eşqdən də üstün
  • Kəpənəklər cüt uçar
  • Bir türkə gönül verdim
  • Toy
  • Urfa, İstanbul və Beşiktaş mirası
  • Səlvi boylum al yazmalım
  • Bardakı adam
  • Qəribə bir səyahətçi
  • Çarəsizlər (Cüneyt Arkınla birgə)
  • Bir insan yaratmaq
  • Mən
  • 72-ci məhəllə
  • Atəş dağlı
  • Qadın heç vaxt unutmaz
  • Bu günün sarayı
  • Kağız
  • İtmiş şəhər
  • Ümid üzümləri
  • Tatar Ramazan
  • Bizim hekayəmiz
  • Filinta

Ssenarist

  • Övladlıq
  • Çiçək Abbas
  • Yeddi günlük eşq
  • Acı eşq
  • Beş qardaşdılar
  • Küçədən gələn qadın
  • Vətən fədailəri
  • Bitməyən mübarizə
  • Qurbət yolçuları
  • Aramıza qan girdi
  • Zorakı milyoner
  • Dövlət quşu
  • Həlimədən məktub var
  • Yaralı qurd
  • Qan və qürur
  • Qardaş qanı
  • Vur gözünün üstünə
  • Çöl qanunu
  • Ölüm Allahın əmri
  • Böyük şəhərin qanunu
  • Canım mənim
  • Cənnət fədailəri

Mükafatları

  • 1961-ci ildə İzmir Sərgisində ən müvəffəqiyyətli kişi aktyor mükafatını qazandı.
  • 1992-ci ildə Ankara Kino Festivalında Ömür boyu uğur mükafatını qazandı.
  • 2011-ci ildə oynadığı "Görünməz" filmi ilə 30-cu İstanbul Kino Festivalında ən yaxşı kişi aktyor mükafatını qazandı.

İstinadlar

  1. 1 2 "Ahmet Mekin ödülleri". 2017-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-07.
  2. "SinemaTürk Ahmet Mekin sayfası". 2016-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-07.

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!