Vikipediyada bu soyadlı müxtəlif adamlar haqqında məqalələr var, bax:
Atəş.
Əhməd Atəş (1917 və ya 1911, Birecik[d], Şanlıurfa ili[1] – 20 oktyabr 1966, İstanbul) — Kürd[2] şərqşünası.
Həyatı
Əhməd Atəş 1917-ci ildə Türkiyənin Birecik şəhərində anadan olmuşdu. Konya litseyində oxuduqdan sonra İstanbul Universitetinin Ədəbiyyat fakültəsini 1939-cu ilda bitirmişdi. Eyni il asistent oldu. Professor Hellmut Ritterin yanında ərəb-fars filologiyası çalışmalarına başladı. 1953-cü ildə də professor oldu. Şərqşünaslıq İnstitutnun rəsmi quruluşunu təşkil etdi. Ayrıca yabançı bilim adamlarıyla Şark Tetkikleri Cemiyətinin qurulması onun sayəsində başa gəldi. Hasan Ali Yücelin Milli Təhsil nazirliyi dönəmində yayınlanma qərarı çıxan İslam ensiklopediyasının yayın qurulunda Adnan Adıvar ilə çalışmağa başladı. İran ədəbiyyatına ilişkin çalışmalarından ötürü İran tərəfindən ona "Bilimsel Takdir Madalya"sı verildi.
1964-cü ildə tanınmış şərqşünas alim Əhməd Atəş ustadın "Heydərbabaya salam" mənzuməsinin elmi izahını Türk oxucusuna təqdim etdi:
Ədəbiyyat müəllimi Fikret Atəş ilə evliliyindən Ertunga Atəş (1941) və Toxtamış Atəş (1944) adında iki oğlu vardır.
İstinadlar