Ədalət Verdiyev |
Doğum tarixi |
7 noyabr 1969(1969-11-07) (55 yaş) |
Doğum yeri |
|
Vətəndaşlığı |
|
Rütbəsi |
Kapitan |
Təltifləri |
|
Ədalət Rafiq oğlu Verdiyev (7 noyabr 1969, Kürdəmir rayonu) — Səhiyyə Nazirliyinin "İctimai Səhiyyə və İslahatlar Mərkəzi" Publik Hüquqi Şəxsin mülki müdafiə qərargahının rəisi,[1] ehtiyatda olan zabit, hərbi ekspert.[2]
25 noyabr 2024-cü ildə dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilərək həbs edilib və Baş Prokurorluq tərəfindən cinayət işi başladılıb.[1]
Həyatı
Ədalət Verdiyev 7 noyabr 1969-cu ildə Kürdəmir rayonunda anadan olub. 1975–1986-cı illərdə Kürdəmir rayonu 3 saylı tam orta məktəbdə təhsil almışdır. 1986–1990-cı illərdə Almatı Ali Ümumqoşun Komandirlər məktəbində ali-hərbi təhsil almışdır. Bundan sonra Rusiya ordusunda 2 il xidmət etmişdir. Bundan sonra 1992-ci ildə Azərbaycan və Ermənistan arasındakı münaqişələr əsnasında Rusiya Federasiyasından Azərbaycana qayıtmışdır. Azərbaycan Respublikasının ordusunun hərbi mütəxəssisi olaraq texniki, mühəndislik və kəşfiyyat kimi əsas hərbi sahələrdə peşakar təcrübəyə sahibdir[2].
Azərbaycan, Türkiyə, ABŞ, Rusiya (SSR), İsrail, Gürcüstan, Fransa, İtaliya, İngiltərə və s. ölkələrin silahlanmasında mövcud olan bir çox silah sistemlərinə aid araşdırma yazıları vardır. Qarabağ ərazisində aparılan döyüş əməliyyatlarının araşdırılması və yeni döyüş metodlarına dair tədqiqatları mövcuddur. Azərbaycanın hərbi müstəqil xəbər saytı olan Ordu.az saytında fəaliyyət göstərib, daha sonra Moderator.az saytında fəaliyyətinə davam edib. [3] Davamlı olaraq həm yerli, həm də xarici medianın mətbuat və televiziyasında hərbi ekspert olaraq rəylər verir və yüzlərlə çıxışı var.[4]
Ailəsi
Ailəlidir, iki övladı var.
Mükafatları
Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə müxtəlif mükafatlara layiq görülmüşdür:
İstinadlar
Xarici keçidlər
- məqalələri * Serj Sarkisyan Şuşada "yoxa çıxan" "İskəndər"lə Rusiyadan necə qisas aldı..?