Şərq itburnusu (lat. Rosa orientalis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
Təbii yayılması
Şərqi Avropa, Şimali Albaniya, Yunanıstan, Kiçik Asiyada yayılmışdır.
Botaniki təsviri
Gövdələri iynələrlə və tükcüklərlə örtülmüşdür. Yarpaqları cüt olmayan, lələkvari, üstü parlaq yaşıl, alt tərəfi boz, hər tərəfdən tükcüklüdür. Çiçəklərin diametri 4 sm-dək, çəhrayı, meyvəsi qırmızı, ellipsvari, uzunluğu 1,2 sm-dir.
Ekologiyası
Günəşli, yarımkölgəli yerlərdə, quru, zəif rütubətli və gilli torpaqarda bitir.
Azərbaycanda yayılması
Naxçıvan MR-da təbii halda rast gəlinir.
İstifadəsi
Dekorativ bitkidir. Yaşıllaşdırmada az istifadə olunur. Tərkibində efir yağı vardır.
İstinadlar
Həmçinin bax