Şəhadət — 2017-ci ildə Azərbaycanda istehsal olunmuş sənədli film. Film Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmişdir[1][2].
Mövzusu
Film Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr olunub[1].
Filmdə Vətən uğrunda şəhadətə qovuşmuş qəhrəmanlarla yanaşı, dini fanatizmin və radikalizmin təsirinə məruz qalmış, bir sıra xarici ölkələrdəki ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs edilir[1].
Filmin heyəti
Film üzərində işləyənlər
- Ssenari müəllifi: Nadir Bədəlov
- Quruluşçu rejissor: Böyükağa Məmmədov
- Məsləhətçilər: Səyavuş Heydərov, Gündüz İsmayılov;
Təqdimatı
22 sentyabr 2017-ci il tarixində Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində filmin təqdimatı keçirilmişdir[1]. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Təhlükəsizlik Xidməti, Müdafiə və Daxili İşlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti və əməkdaşları, Yeni Azərbaycan Partiyasının fəal gəncləri, həmçinin dini icma nümayəndələri iştirak ediblər[1].
İstinadlar
Xarici keçidlər