Məzmun
Kinolentdə bərəkətli torpağımızın əvəzsiz neməti olan şəfa qaynaqlarından, şərbət bulaqlarından söhbət açılır.
Filmin qəhrəmanı cövhərində sağlamlıq məlhəmi olan su-Darı Dağ suyudur. Qədim Naxçıvanın yenicə arayıb ərsəyə gətirdiyi şəfa qaynağı. Darı Dağın mərgümüşlü suyunun şəfaverici xüsusiyyəti ilə yanaşı xalq təsərrüfatında, yeyinti sənayesində istifadə edilməsi vacib olan bir sıra xassələri də aşkar edilmişdir. Film bu barədə söhbət açır.
Filmin heyəti
Film üzərində işləyənlər
- Rejissor: Xamiz Muradov
- Ssenari müəllifi: Sabir Əhmədov
- Operator: Vladimir Konyagin
- Səs operatoru: Şamil Kərimov
Mənbə
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 326; 330; 377.
Xarici keçidlər