Şimali Qafqaz imamlığı

Tarixi dövlət
Şimali Qafqaz imamlığı
rus. Северо-Кавказский имамат
avar. Хьундасеб Кавказалъул имамат/Шималияб Кавказалъул имамат
ərəb. إمامة القوقاز
çeç. Къилбаседа-Кавказан имамалла
Bayraq
Bayraq
 
 
1828 — 1859

Paytaxt Darqo, daha sonra isə Vedeno
Dilləri Dargin dilləri, Avar dili[1], Çeçen dili[1], ərəb dili[1], Dargin dili[d][1], Qumuq dili[1], Lak dili[1], ləzgi dili[1]
Rəsmi dilləri Ərəbcə, Dargincə və digər Qafqaz dilləri
Dövlət dini islam
Əhalisi
  • 400.000 nəf.
İdarəetmə forması divan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Şimali Qafqaz İmamlığıŞimali Qafqazda mövcud olmuş tarixi teokratik İslam dövləti. Dövlətə İmam rəhbərlik edirdi. Ən güclü dövrü İmam Şamilin rəhbərlik etdiyi illərə təsadüf edir.

Tarixi

Rusiyanın Şimali Qafqaza marağı XVI əsrdə KazanHəştərxan xanlıqlarını işgal etməsindən sonra Terek çayına doğru irəliləyərək orada hərbi məntəqələr qurması ilə başlayıb. Ancaq bölgənin Rusiyanın bir hissəsinə çevrilməsi prosesində ilk mühüm addım 1722-ci ildə I Pyotrun əmri ilə rus ordusunun Çeçenistana müdaxiləsi ilə atılıb. XVIII əsrin sonunda yeni vüsət alan bu proses XIX əsrdə daha da genişlənib. XVIII əsrdə Şeyx Mənsurun rəhbərliyində Müridizm hərəkatı ilə rus işğalına müqavimət göstərən yerli xalqların müqavimətləri isə 1829–1859-cu illəri əhatə edən "İmamlar dövründə" yeni vüsət alıb. Sırası ilə Qazi Məhəmməd, Həmzət bəyİmam Şamil liderliyində davam etdirilən müqavimətin uğursuzluğa düçar olmasından və 1877–1878-ci illərdəki RusiyaOsmanlı müharibəsindən sonra bölgənin Rusiyanın tam nəzarətinə keçməsi isə yerli əhalinin mühüm bir hissəsinin Osmanlıya köçməsi ilə nəticələnib.[2]

İstinadlar

  1. 1 2 3 4 5 6 7 http://gazavat.ru/journal3.php?mag_id=14&article_id=136.
  2. Dr. Nazim Cəfərsoy (Rusiya və Şimali Qafqaz)


Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!