Şimali Kipr Türk Cümhuriyyətində turizm — Şimali Kiprin inkişafına təsir göstərən əsas sahələrdən biridir. Şimali Kiprin ÜDM-da payı olduqca əhəmiyyətlidir.
1970-ci illərin əvvəllərində Varoşa Kipr Sülh Hərəkatından əvvəl Kiprdə və dünyada ən populyar turistik bölgə idi.
Təbiət turizmi
Ölkəyə təbiət turizminə görə gələnlər Türkiyə, İngiltərə və digər Şimali Avropadan gələnlərdir. Medoş laləsi (Tulipa cypria) Şimali Kiprə məxsus olan endemik bir növdür. Üstəlik burada Sini çanaqlı tısbağaları görmək mümkündür.
2006-cı ilin yanvar-avqust dövründə Şimali Kipri ziyarət edən turist sayı 2003-cü ilin yanvar-avqust dövründəki 286.901-dən 380.000-ə yüksəlmişdir[1].
2011-ci ildə turistik çarpayı sayı 17000-ə yüksəlir. 2011-ci ildə turizmdən gələn gəlir 400 milyon ABŞ dolları təşkil edir[2]. Şimali Kiprə gələn turist sayı 2003-cü ilin yanvar-avqust ylarında 286.901 nəfər təşkil edir. 206-cı ilin müvafiq dövrü üçün bu rəqəm 380,000 nəfər, 2010-cu ildə isə 437.723 nəfər təşlkil edir[3].
Dəniz turizmi
Şimali Kiprdə iki hava limanı olmasına baxmayaraq (Ercan Hava Limanı və Geçitkale Hava Limanı), Şimali Kiprin siyasi statusu və tanınması ilə əlaqədar davam edən mübahisələr səbəbindən heç biri tanınmamışdır. Bütün beynəlxalq uçuşlar Türkiyə və özəl hava yolu şirkətləri tərəfindən həyata keçirilir.
Dəniz turizmi də son illərdə inkişaf etmişdir. 2014-cü ildə ART Marine beynəlxalq dəniz turizmi şəbəkəsinin üzvü olmuşdur. Kipr Türk Turizm və Səyahət Agentlikləri Dərnəyi Birləşmiş Səyahət Agentlikləri Dərnəyinin və Səyahət Agentlikləri Birliyi Qlobal İttifaqının üzvləridir.
Dəniz turizmindən gələn illik turizm gəlirləri 2012-ci ilin dekabr ayı etibarilə 700 milyon ABŞ dolları təşkil etmişdir. Gecə qalma sayı 2003-cü ildə 1,3 milyon, 2012-ci ildə isə 2,7 milyon olmuşdur. Turistik yataq tutumu (2013 mart) — 19,867. Turistik müəssisələrin sayı: (mart 2013) 145 (Girne: 99). Onlardan 15-i 5 ulduzlu, 6-sı 4 ulduzlu, 3-ü butik otel və 1-i xüsusi sertifikatlı hoteldir. Ümumi otel sayı 84.