Şahzadə Rupert qalası (ing.Prince Rupert's Tower) — Liverpul şəhərinin Everton rayonunda yerləşən qala. İlk növbədə "Everton" futbol klubunun rəmzi kimi tanınır.[1][2]
Tarixi
Qala 1787-ci ildə tikilib. İlk əvvəllər konstebllər(polis rütbəsi) tərəfindən tutulmuş əyyaşların və xırda cinayətkarların saxlanıldığı yer kimi istifadə edilirdi.[3] Ertəsi gün onlar məhkəmə qarşısında dururdular və bir qayda olaraq islah işləri növündə cəzaya məhkum olunurdular.[3]
Qalanın adı İngiltərə vətəndaş müharibəsi zamanı parlamentin əleyhdarlarının lideri olan Rupert Pfalsskiyin şərəfinə adlandırılıb. Şahzadə Rupert Liverpul qəsrinin işğalına hazırlıq zamanı gələcəkdə qalanın yerləşəcəyi təpədə dayanmış və şəhərə baxaraq söyləmişdir: "Bu istənilən məktəbli dəstəsinin ələ keçirə biləcəyi qarğa yuvasıdır".[3]
"Everton" FK tərəfindən istifadə
1938-ci ildə "Everton" futbol klubunun katibi Teo Kelli klubun emblemini hazırlayıb. Emblemin mərkəzi elementi Everton rayonuyla sıx bağlı olan Şahzadə Rupert qalası olub.[1][4] O vaxtdan qala klubun əsas rəmzlərindən biri sayılır.
1997-ci ilin may ayında "Everton" futbol klubu qalanın bərpasına 15 000 funt sterlinq vəsait ayırıb.
↑Mayo, Helen. "Martinez To Light Up Tower". Официальный сайт ФК «Эвертон» (ingilis). 2014-02-03. 2014-03-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-19.
Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!