Şahzadə Lyubitsa sarayı

Şahzadə Lyubitsa sarayı
Конак кнегиње Љубице
Konak kneginje Ljubice
Xəritə
Ümumi məlumatlar
Status Monument of Culture of Exceptional Importance
Ölkə
Koordinatlar 44°49′02″ şm. e. 20°27′08″ ş. u.HGYO
Veb-sayt
beogradskonasledje.rs
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şahzadə Lyubitsa sarayı (serb. Конак књегиње Љубице) ― Serbiyanın paytaxtı Belqradda yerləşən saray. Mədəniyyət və memarlıq əhəmiyyətinə görə yaşayış yeri "müstəsna əhəmiyyətə malik mədəniyyət abidəsi" olaraq təyin edilmişdir.

Tarix

Bu saray 1829-cu ilə qədər yaşamaq üçün istifadə edilmiş, lakin yaşı və yerləşdiyi əyalət nəzərə alınaraq şahzadə Miloş Obrenoviç başqa iqamətgah tikməyə qərar vermişdir.

İqamətgahı 19-cu əsrin ilk yarısında Belqradda qorunub saxlanılan mülki memarlıq nümunələri arasında ən diqqətçəkənlərdən biridir. Tikili 1829-1830-cu illər arasında tikilmişdir. Şahzadə Miloşun planlarına görə, iqamətgahın iki məqsədi var idi: ailəsi şahzadə Lyubitsa və daha sonralar Serbiyanın hakimləri olan oğulları Milan və Mihailo üçün ev və eyni zamanda sarayı.

Tikinti 1829-cu ilin iyulunda başladı, 1830-cu ilin payızının sonlarında başa çatdı. Şahzadə Lyubitsa 22 noyabr 1830-cu il tarixli məktubunda ərinə "yeni iqamətgahda yerləşdiklərini" bildirmişdir. 1836-cı ildə iqamətgaha yeni bir Türk hamamı əlavə edilmişdir.

Memarlıq

Tikilinin bazası düzbucaqlı formasındadır. Bina üç mərtəbədən ibarətdir: zirzəmi, alt mərtəbə və üst mərtəbə. Zirzəmi tonozlarla örtülmüş, aşağı və üst mərtəbə isə klassik və bişməmiş kərpiclə doldurulmuş taxta konstruksiyalarla tikilmişdir.[1]

Bu bina Serbiya-Balkan üslubundakı şəhər evlərinin bütün xüsusiyyətlərinə malikdir. Aşağı və yuxarı mərtəbələrdə, digər bütün otaqların yerləşdiyi keçmiş qapalı daxili həyət modelindən qaynaqlanan ənənəvi şərq məkan konsepsiyasını əks etdirən mərkəzi salon var.[2]

Şahzadə Lyubitsa sarayı geniş konsepsiyası ilə şərq ənənəsinə söykənsə də, Belqrad memarlığının qırılma nöqtəsini təmsil edir. Çünki, bina xarici dizaynı və dekorativ elementləri ilə Avropa memarlığının təsirini göstərir. Əsasən düzbucaqlı olan Şahzadə Lyubitsa sarayının fasadındakı pəncərələi yarımdairəvi bazaya malikdir.[3]

İstinadlar

  1. "Arxivlənmiş surət" (PDF). 2022-05-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-05-31.
  2. "Arxivlənmiş surət" (PDF). 2022-05-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-05-31.
  3. "Arxivlənmiş surət" (PDF). 2022-05-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-05-31.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!