Şah Vəliyullah Dəhləvi

Şah Vəliyullah Dəhləvi
ərəb. أحمد بن عبد الرحيم بن وجيه الدين بن معظم بن منصور المعروف بشاه ولي الله الدهلوي، الهندي، الحنفي، العمري العدوي القرشي العدناني
Doğum tarixi 21 fevral 1703(1703-02-21)[1][2]
Doğum yeri
Vəfat tarixi 20 avqust 1762(1762-08-20)[3] (59 yaşında)
Vəfat yeri
Elm sahələri fiqh, Əsli dəlillər

Əbu Əbdiləziz Qütbəddin Şah Vəliyyullah Əhməd bin Əbdürrəhim bin Vəcihəddin əd-Dəhləvi əl-Faruqi (21 fevral 1703[1][2], Dehli[4]20 avqust 1762[3], Dehli[3]) — Hindistanlı alim, islahatçı və mühəddis[5].

Həyatı

Şah Vəliyyullah Əhməd bin Əbdürrəhim 3 mart 1703-cü il tarixində Dehli şəhərinə bağlı Muzaffərnaqarda doğulmuşdudu. Soyu ata tərəfindən Həzrət Ömərə, ana tərəfindən İmam Musa əl-Kazıma çatır. XIII yüzilin sonlarına doğru Hindistana yerləşmiş bir ailəyə mənsubdur. Həyatına dair qaynaqlarda yer alan bilgilər daha çox "Ənfasül-ʿarifin" adlı əsərindəki avtobioqrafiyasına dayanır[6]. Babası Vəcihəddin ilə atası Əbdürrəhim, Dehli üləmasından olub hər ikisi də "əl-Fətaval-Hindiyyə"ni (əl-Aləmgiriyyə) hazırlayan heyətdə yer almışdı. Şeyx Məhəmməd Pühlətinin qızı olan anası Fəxrünnisa xanım da dini elmlərə vaqıf bir qadın idi. Şah Vəliyyullah kiçik yaşda Quranı əzbərlədi. İlk təhsilini atasının yanında gördü. Hindistanda ondan ən çox istifadə etdiyi müəllimi Şeyx Məhəmməd Əfdal əs-Siyalkutidir. Hələ on dörd yaşında ikən seyrüsülukünü tamamlayaraq bir Nəqşibəndi şeyxi olan atasına intisab etdi və ölümündən öncə ondan xilafət aldı. Atasının vəfatından (1719) sonra onun qurduğu Rahimiyyə mədrəsəsində dərs oxutmağa başladı. On iki il sürən bu fəaliyət nəticəsində çevrəsində geniş bir tələbə halqası yarandı. Şah Vəliyyullah on dörd yaşında ikən dayısı Ubeydullahın qızıyla evləndi və bu xanımından Məhəmməd adlı oğlu dünyaya gəldi. Xanımının vəfatından sonra Seyyid Sənaullah Panipətinin qızıyla nikahlandı. Hindistanda başlatdığı dini irşad fəaliyətini ondan sonra sürdürəcək olan oğulları Əbdüləziz, Rəfiəddin, Əbdülqadir və Əbdülqəni ilə Əmətüləziz adlı qızı bu xanımından doğuldu.

Şah Vəliyyullah əd-Dəhləvi 1731-ci ildə hac vəzifəsini ifa etmək amacıyla getdiyi MəkkəMədinədə təxminən on dörd ay qaldı. Bu sırada əsasən hədislə ilgiləndi, İslami elmlərin digər şöbələrində bilgilərini artırdı, ayrıca tələbə oxutdu. Onun, müəllimləri arasında Mədinədəki Əbu Tahir Məhəmməd bin İbrahim əl-Kürdinin elmi və təsavvifi həyatından önəmli dərəcədə təsirləndiyini bildirir. Hindistana dönüncə Rahimiyyə mədrəsəsində yenidən dərs oxutmağa başladı, daha çox hədis və təfsir elmlərinə ağırlıq verdi. Qısa zamanda sayları artan tələbələrinə mədrəsə binası kafi gəlməyincə Sultan Məhəmməd şahın dəstəyiylə ona daha geniş bir bina tikildi. Sonraları Dehli darülulumu deyə şöhrət tapan mədrəsə, Hindistandakı üç dəyişik dini təhsil ənənəsinin (Dehli, Ləknəv, Heydərabad) təfsir və hədisə ağırlıq verən önəmli ocağını təşkil etdi və bir darülhədis vəzifəsi gördü.

Şah Vəliyyullah əd-Dəhləvi 20 avqust 1762-ci il tarixində Dehlidə vəfat etdi və Köhnə Dehlidəki Münhədiyan məzarlığında atasının yanına dəfn edildi[7]

Əsərləri

  1. Şah Vəliyullah əd-Dəhləvi, Hüccətullahil-Bəliğa, I, 409–414;
  2. Şah Vəliyyullah əd-Dəhləvi, əl-Fəvzül-kəbir fi uṣulit-təfsir (tərcümə Səlman əl-Hüseyni ən-Nədvi), Beyrut, 1407/1987, s. 7–14;
  3. Al-Khayr al-kathir (Bol yaxşılıq), çev. G. Jalbani, Lahor: Eşref, 1974.[8]

Ədəbiyyat

  • Abdul Azim Islahi, "Shah Wali Allahs Concəpt of Al-Irtifaqat (Stagəs of Socio-Economic Dəvəlopmənt)", Journal of Objəctivə Studiəs, II/1, Aligarh 1990, s. 46–63.
  • Arshad Islam, "Shah Wali Allah Dəhlavi: Somə Aspəcts of His Lifə and Works (1703–1762)", JPHS, LII/3 (2004), s. 81–110.
  • Özgür Kavak, "Zor Zamanda Alim Olmak: Şah Vəliyyullah Dihləvinin Kəndi Kaləmindən Hayatı", Divan: İlmi Araştırmalar, sy. 17, İstanbul 2004, s. 117–145.
  • A. S. Bazmee Ansari, "al-Dihlawi, S̲h̲ah Wali Allah", EI2 (İng.), II, 254–255.

Həmçinin bax

İstinadlar

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Aḥmad ibn ʿAbd al-Raḥīm Šāh Walī Allāh al-Dihlawī // AlKindi.
  3. 1 2 3 4 Deutsche Nationalbibliothek Record #104131144 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. 1 2 Benzine R. Les nouveaux penseurs de l'islam (fr.). Éditions Albin Michel, 2008. P. 38. ISBN 978-2-226-17858-9
  5. A. S. Bazmee Ansari, "al-Dihlawi, S̲h̲ah Wali Allah", EI2 (İng.), II, 254–255
  6. Hidayət Hüseyin, "The Persian Autobiography of Shah Waliullah al-Rahim al-Dihlavi", Journal of Asiatic Society of Bengal, XIV [1912], p. 162–175
  7. "History of The Dar al-Ulum Deoband (Volume 2)" (PDF) (#format_missing_url). Idara-e-Ehtemam, Dar al-Ulum Deoband. 1981. 109. (#archive_missing_date) tarixində arxivləşdirilib (PDF) (#archive_missing_url). (#cite_web_url); (#accessdate_missing_url)
  8. "ŞAH VELİYYULLAH - TDV İslâm Ansiklopedisi". TDV İslam Ansiklopedisi (türk.)). 2019-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 sentyabr 2021.

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!