İvan Nevistiç |
---|
|
Doğum tarixi |
31 iyul 1998(1998-07-31)[1] (26 yaş) |
Doğum yeri |
|
Vətəndaşlığı |
|
Mövqeyi |
qapıçı |
Klub |
Dinamo Zaqreb FK |
Nömrəsi |
33 |
|
- ↑ Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
- ↑ Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
|
İvan Nevistiç (rus. Ivan Nevistić; 31 iyul 1998[1], Dyakovo, Osiyek-Baranya jupaniyası[d]) — Xorvatiya Futbol Liqasının "GNK Dinamo Zaqreb" klubunda qapıçı kimi çıxış edən xorvatiyalı peşəkar futbolçu.[2]
Klub karyerası
Nevistiç karyerasına "Dyakovo" klubunda başlayıb, 2015-ci ilin iyununda isə "Riyeka"nın gənclər komandasına qoşulub.[3] O, ilk peşəkar müqaviləsini həmin klubla 2016-cı ilin iyununda imzalamışdır. Nevistiç peşəkar olaraq ilk illərinin çoxunu icarə əsasında "Varajdin" klubunda keçirib. O, burada bir mövsüm keçirmiş və 32 matçda oynamışdır. 2018-ci ilin iyulunda Nevistiç "Riyeka" ilə 4 illik yeni müqavilə imzalayıb.[4] Elə həmin il Nevistiç Sloveniyanın "Mura" klubuna icarəyə verilir və o, burada sadəcə ehtiyat qapıçı kimi 1 oyunda iştirak edir.
"Riyeka" klubu 2020–21 UEFA Avropa Liqasında öz qrupunda sonuncu yeri tutduğuna görə Nevistiç qrup mərhələsindəki hər hansı digər qapıçıdan daha çox seyv (19) etmişdir.[5]
Beynəlxalq karyera
Nevistiç Xorvatiyanın U-14-dən U-20-ə qədər gənclərdən ibarət müxtəlif milli komandalarında çıxış edib.[6] U-17 milli komandasının tərkibində ikən Bolqarıstanda keçirilən 2015 UEFA Avropa U-17 Çempionatında iştirak etmişdir. O, bu turnirdə ehtiyat qapıçı olmuş və yalnız bir matçda, İspaniya qarşı qrup finalında (0:0) oynayıb. Nevistiç Xorvatiya üçün həlledici olan bu matçda qapını təmiz saxlayıb. O, gənclərdən ibarət komandalar təkibində ümumilikdə 31 matçda iştirak etmişdir.[7]
11 oktyabr 2019-cu ildə Nevistiç U-21 milli komandasındakı yeganə oyununu oynamış, Xorvatiyaya qarşı oyunda (1:4) fasilədə Adrian Şemperi əvəz etmişdir.[8]
İstinadlar