İvan Kalinkin (tam adı: İvan Alekseyeviç Kalinkin, rus. Иван Алексеевич Калинкин; 23 iyun 1935, Çeldayevo[d], Orta Volqa diyarı – 18 iyun 2012) — erzyan mənşəlli SSRİ şairi və yazıçısı, SSRİ yazıçılar ittifaqının üzvü, Rusiya Federasiyası Əməkdar Mədəniyyət İşçisi (1995).
Bioqrafiyası
İlkin illəri
Şair Ulyanovsk vilayəti, İnjenski rayonu, Çeldayevo kəndində, bir kəndli ailəsində doğulmuşdur. Atası 1944-cü ildə Böyük Vətən müharibəsində həlak olmuşdur. Atası həlak olduqdan sonra anası ilə birlikdə Mordoviya Muxtar Sovet Soaialist Respublikası, Bolçeiqnatovski rayonu ərazisinə köçmüşdür. O, Semyonovka və Kommunar qəsəbələrində yaşamışdır. Bolşeiqnatski rayonunda orta məktəbi və Ardatovskaya Mədəniyyət məktəbini bitirmişdir. Hərbi xidməti bitirdikdən sonra Staroe Çamzino kənd klubunda rəhbər olmuşdur (1956—1959).
Jurnalist fəaliyyəti
1959-cu ilin mart ayından Bolçeiqnatovski «Znamiya truda» qəzetinin əməkdaşı olur. Sonradan Ardatovskaya rayonunda «Mayak», Romodomskayada isə «Pobedı» qəzetlərində ədəbi işçi, Bolçeiqnatovskidə buraxılan «Vosxod» qəzetində şöbə müdiri işləmişdir. 1970-ci ildə Qorski Sosial-İqtisad İnstitutunu bitirir və elə həmin ildə «Vosxod» qəzetinin redaktoru olur. 1972-ci ildən Saranskda yaşayır və respublika «Erzyan pravda» çap nəşrlərində şöbə müdiri, «Syatko» ("Qığılcım") jurnalının icraçı katibi işləyir. 1976-cı ildən SSRİ Yazıçılar İttifaqının üzvüdür. 1977—1984-cü illərdə isə «Syatko» jurnalının baş redaktoru işləmişdir. Mordoviya MSSR Yazışılar İttifaqına 1984-cü ildən rəhbərlik edirdi.
Ədəbi xidmətləri
Kalinkinin ilk şeri olan «Poçtolonka» 1956-cı ildə «Suran Tolt» («Sur ocaqları») jurnalında dərc edilmişdir. Həyatı boyunca 19 şer, roman və hekayə kitabı nəşr olunmuşdur. İlk kitabı olan «Zoryan mizolkst» 1969-cu ildə Saranskda nəşr olunmuşdur. Bu kitab Mordaviyanın təbiətinə və əməkçi insanlarına həsr edilmişdir. Digər kitabları: «Maney pizeme» («Kor yağış»), «Sırnen syulmo» («Qızıl düyün»), «Lemzerks çire» («Çeremuxov sahili»), «Zelenıe kostrı», «Kizen menel» («Yay səması») və «Nadejda». Şerlərdən ibarət olan «Ava dı ley» («Qadın və çay») poeması Çeldayevo kəndinin sakinləri haqqındadır. Əsər rus dilinə 1998-ci ildə tərcümə edilmişdir.
Onun əsərləri rus dilində «Literaturnaya qazeta» və «Literaturnaya Rasiya» qəzetlərində, «Naş Sovremennik», «Drujba Narodov», «Neva», «Volqa» və «Oqonyok» jurnallarında dərc edilmişdir.
Mükafatları
İvan Kalinin 1990-cı ildə «Piçe vir», «Çvetı drujbı», «Pesni c bereqov Surı i Moşki» şer tolusu və poemalarına görə Mordoviya MSSR mükafatlarına layiq görülmüşdür. Mordoviya Xalq Yazıçısı, Mordoviya Əməkdar Şairi (1990) və Rusiya Federasiyasının Əməkdar Mədəniyyət İşçisi fəxri adlarını alıb. Mordoviya Ali Sovetinin deputatı və Rusiya Federasiyası Yazıçılar Birliyinin katibi seçilmişdir. «Şərəf nişanı» ordeninə layiq görülmüşdür.
Mənbə