İvan Bebek

İvan Bebek
Doğum tarixi 30 may 1977(1977-05-30) (47 yaş)
Doğum yeri
Fəaliyyəti futbol hakimi
Fəaliyyət illəri 2000-ci ildən
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İvan Bebek (30 may 1977, Riyeka) — Xorvatiya futbol hakimi. Hal-hazırda Riyeka şəhərində yaşayır.

UEFA Çempionlar Liqasının iki qrup oyunlarını idarə etmiş yeganə xorvat hakimdir. (2007/2008 sezonunda Latsio FK-SV Werder Bremen və 2008/2009 sezonunda Bordeaux-CFR Cluj). O, həmçinin bu liqanın 2013/2014 sezonunda 1/8 final mərhələsində Paris Saint-Germain – Bayer Leverkusen oynunda hakimlik etmişdir. UEFA Avropa Liqasının 2015/2016 mövsümündə 1/8 final mərhələsi oyunu olan Fənərbaxça – Braqa matçını yönətmişdi. Bu oyunu yönətmə ilə bağlı bir neçə futbol azarkeşindən tənqidlənmişdir. Hətta bir azarkeş İvanın bu qərarını indiyə qədər futbolda olunan 'ən pis hakim qərarı' olaraq adlandırıb. Türkiyə klubuna 8 sarı və 3 qırmızı kard göstərildikdən sonra oyun Portuqaliya klubunun 4–1 qələbəsi ilə başa çatmışdır.

2007-ci ildə Cənubi Koreyada keçirilən 17 yaşlıların və 2009-cu ildə Misirdə təşkil edilən 20 yaşlıların Dünya Çempionatındada oyunları idarə etmişdir. Avro 2008-də dördüncü hakim kimi fəaliyyət göstərmişdir.

İvan Bebek Hindistan çempionatından iş üçün dəvət almışdır. 2010 FİFA Dünya Çempionatının perspektiv hakimlər siyahısına salınmışdır.[1]

İstinadlar

  1. "List of prospective 2010 FIFA World Cup referees" (PDF). 2017-08-29 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-03-18.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!