İsveç–Qazaxıstan münasibətləri

İsveç–Qazaxıstan münasibətləri
İsveç və Qazaxıstan
 İsveç  Qazaxıstan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İsveç–Qazaxıstan münasibətləri (qaz. Швед-Қазақ қарым-қатынасы; isv. Sverige-Kazakiska relationer) — İsveç Krallığı ilə Qazaxıstan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. İki ölkə arasında diplomatik münasibətlər 7 aprel 1992-ci ildə qurulmuşdur.

Səfirliklər

Qazaxıstanın İsveçdəki səfirliyi 2013-cü ildən fəaliyyət göstərir. Fövqəladə və Səlahiyyətli Səfir: Dastan Eleukenovdur.

İsveçin Qazaxıstandakı səfirliyi 2010-cu ildən fəaliyyət göstərir. Fövqəladə və Səlahiyyətli Səfir: Kristian Kamilldir.

Ali səviyyədə görüşləri

2004-cü ildə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev İsveç Krallığına rəsmi səfər edir.

2006-cı ilin fevralında İsveç Baş nazirinin birinci müavini Bosse Rinqholm bir işçi nümayəndə heyətinin başında Qazaxıstana səfər edir[1].

İsveç Xarici İşlər Naziri Karl Bildt 2010-cu ilin dekabrında Astanada keçirilən ATƏT-in toplantısında öz ölkəsinin nümayəndə heyətinə rəhbərlik edir[2].

2013-cü ilin mart ayında Qazaxıstan Xarici İşlər Naziri Yerlan İdrisov Stokholma səfər edir[3]. Görüş zamanı Qazaxıstan və İsveç xarici işlər nazirləri siyasi, ticarət və iqtisadi sahələrdə ikitərəfli əməkdaşlıq məsələlərini, aktual beynəlxalq problemlərə dair beynəlxalq aləmdə qarşılıqlı fəaliyyət məsələlərini müzakirə edir. Qazaxıstan İsveç ilə ikitərəfli əməkdaşlığı daha da intensivləşdirmək üçün 2013-cü ildə Stokholmda səfirliyini açacağını bildirir.

2014-cü ilin iyun ayında Qazaxıstan parlamentarilərindən ibarət bir nümayəndə heyətinin, Parlament sədrinin müavini Dariqa Nazarbayevanın başçılığı altında İsveçə işgüzar səfəri baş tutur. Riksdaqda Dariqa Nazarbayeva ilə İsveç Parlamenti sədrinin müavini Yan Ertsborn arasında danışıqlar aparılır. Səfər zamanı Qazaxıstan parlamentariləri Səhiyyə və Sosial Müdafiə Nazirliyinin, Xarici İşlər Nazirliyinin nümayəndələri ilə yanaşı Təhsil və Tədqiqat Nazirliyinin nümayəndələri ilə görüşürlər[4] .

2015-ci ilin mart ayında Boao Forumu çərçivəsində Qazaxıstan Baş Naziri Kərim Məsimov ilə İsveç Baş Naziri Stefan Lyoven arasında danışıqlar baş tutur.

İqtisadi və ticarət əməkdaşlığı

Qazaxıstan-İsveç İşçi Şurası 2014-cü ilin oktyabrında fəaliyyətə başlayır[5].

İsveçin Qazaxıstana idxalının əsası bunlardır: maşın və avadanlıqlar, nəqliyyat vasitələri, telekomunikasiya avadanlığı, kağız və karton məhsulları, ağac və ağac məhsulları, dəmir və polad konstruksiyalar. Qazaxıstanın İsveçə ixracatının əsas məhsulları: orta emal məhsulları, qida məhsulları, xammal, eləcə də kimya sənayesi məhsulları.

Qazaxıstanda İsveç səfiri Kristian Kamill müxtəlif təhsil təşkilatlarını fəal şəkildə ziyarət edir və bölgə rəhbərləri ilə görüşür. 6 iyun 2016-cı il tarixində səfir Petropavlovsk şəhərinə işgüzar səfərə gəlir və İsveç Ticarət və İnvestisiya Şurasının rəhbəri İqor Vlasyuk ilə birlikdə Şimali Qazaxıstan vilayətinin bələdiyyə başçısı Erik Sultanovla danışıqlar aparır. Danışıqlar 2016-cı ilin payızında İsveç və Qazaxıstanın iş adamları və sahibkarları arasında işgüzar görüşlərin təşkili ilə nəticələnir[6].

Mədəni əməkdaşlıq

2011-ci ildə Vesterosda İsveçdəki Qazaxıstan səfirliyinin, Dünya Qazaxları Birliyinin, İsveçdəki Qazax Mədəniyyət Dərnəyinin və Avropadakı Qazax Diasporu Federasiyasının dəstəyi ilə Avropa Qazaxlarının kiçik bir Qurultayı keçirilir[7].

Karaqanda və Temirtau məktəbliləri üçün İsveç mədəniyyəti aylığı çərçivəsində iştirakçıların İsveç ənənələri, mədəniyyəti, tarixi və milli mətbəxi ilə tanış ola biləcəkləri "İsveç yaxındadır" layihəsi təşkil edilir. Layihə başa çatdıqdan sonra iştirakçılar İsveçin Qazaxıstandakı səfiri ilə görüşür[8].

İstinadlar

  1. "Рабочий график Главы государства". NOMAD.SU, веб-портал. 21 fevral 2006. 2013-02-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-07-10.
  2. "28 глав государств подтвердили свое участие в саммите ОБСЕ в Астане". ZONA.KZ, интернет-газета. 30 ноября 2010 года. 2016-09-15 tarixində arxivləşdirilib.
  3. "Ерлан Идрисов: Казахстан открывает в 2013 году свое посольство в Стокгольме". BNEWS.KZ, информационное агентство. 21 марта 2013 года. 2016-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-30.
  4. "Дарига Назарбаева посетила Стокгольм". Специализированный ежемесячный журнал «ЮРИСТ». 10 июня 2014 года. 2016-09-11 tarixində arxivləşdirilib.
  5. "В Стокгольме презентовали Казахстанско-шведский деловой совет". Караван, медиа-портал. 10 декабря 2014 года. 2016-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-10.
  6. "Ерик Султанов встретился с послом Швеции". Петропавловск kz — ИА REX-Казахстан. 6 июня 2016 года. 2016-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-10.
  7. "В Швеции завершился курултай казахов, проживающих в Европе; следующий пройдет в Дании в 2012 году". Интернет-газета «ZONAkz». 13 июня 2011 года. 2016-09-14 tarixində arxivləşdirilib.
  8. "Высокий старт в будущее". Деловой Казахстан, информационное агентство. 3 марта 2016 года. 2016-09-15 tarixində arxivləşdirilib.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!