İsveçrə–Türkmənistan münasibətləri

İsveçrə–Türkmənistan münasibətləri
Türkmənistan və İsveçrə
 Türkmənistan  İsveçrə

Türkmənistan–İsveçrə münasibətləriTürkmənistanİsveçrə arasındakı mövcud ikitərəfli münasibətlər[1]. Hər iki ölkə ATƏT-in və BMT-nin həqiqi üzvüdür, üstəlik bitərəflik siyasətinə də sadiqdirlər.

Tarix

Türkmənistan 8 may 1992-ci ildə İsveçrə ilə diplomatik əlaqələr qurmuşdur.

2008-ci ildə İnvestisiyaların Təşviqi və Qarşılıqlı Qorumaya dair Hökumətlərarası Saziş imzalanmışdır.

Türkmənistanın 11 aprel 2011-ci ildən bəri İsveçrədə bir səfirliyi və Cenevrədə BMT yanında Daimi Nümayəndəliyi var[2].

İsveçrənin Azərbaycanda səfirliyi var. Bu səfirlik həm də Türkmənistanla bağlı məsələlərə baxır[3].

İkitərəfli münasibətlər tarixində ilk dəfə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov 8 oktyabr 2012-ci ildə İsveçrəyə səfər edir[4][5][6]. Türkmənistan və İsveçrə Konfederasiyası arasında gəlir və kapital vergiləri ilə bağlı ikiqat vergitutmanın qarşısını almaq üçün Konvensiya, Türkmənistan Xarici İşlər Nazirliyi ilə İsveçrə Federal Xarici İşlər Nazirliyi arasında Anlaşma Memorandumu, Türkmənistan Xarici İşlər Nazirliyinin BƏİ ilə Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzi arasında Anlaşma Memorandumu imzalanmışdır. Türkmənistan Ticarət və Sənaye Palatası və İsveçrə-Rusiya/MDB Birləşmiş Ticarət Palatası arasında Anlaşma Memorandumu vardır[7].

20 noyabr 2014-cü il tarixində İsveçrə Konfederasiyasının Prezidenti Didier Burkhalter Türkmənistana işgüzar səfərdə olmuşdur[8].

Türkmənistanın İsveçrədəki səfirliyi

Türkmənistanın İsveçrədəki səfirliyi (Cenevrə) 2011-ci ildə açılmışdır.

2015-ci ilin aprel ayından etibarən Səfirliyə Türkmənistanın İsveçrədəki fövqəladə və səlahiyyətli səfiri Atageldi Xalcanov rəhbərlik edir.

Səfirlər

Esen Muhammedoviç Aydoqdyev (2011-2014)

Atageldi Xalcanov (2014 - indiyə qədər)

İsveçrənin Türkmənistandakı səfirliyi

İsveçrənin Türkmənistandakı diplomatik nümayəndəliyi 2004-cü ildə açılmışdır. Türkmənistanda İsveçrə səfirliyi yoxdur.

2015-ci ilin oktyabrından İsveçrənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Filip Stalder eyni vaxtda Türkmənistanda akkreditə olunmuşdur.

Səfirlər Ervin Hoffe (2004-2008) iqamətgahı Moskvada olmuşdur; Alan Quidetti (2008-2011), iqamətgahı Bakıdadır; Sabine Ulmann Şaban (2011-2013) iqamətgahı Bakıdadır; Pascal Ebiçer (2013-2015), iqamətgahı Bakıdadır; Filipp Stalder (2015 - indiki) iqamətgahı Bakıdadır.

İqtisadiyyat

Türkmənistanda İsveçrə kapitalı ilə 30-dan çox müəssisə fəaliyyət göstərir.

Mənbə

İstinadlar

  1. "Bilateral relations between Switzerland and Turkmenistan". 2012-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-08.
  2. "Туркменистан открывает посольство в Швейцарии". 2013-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-08.
  3. "Embassy of Switzerland to the Republic of Azerbaijan and Turkmenistan". 2012-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-08.
  4. "Туркменистан-Швейцария: на пороге нового этапа сотрудничества". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-07-08.
  5. "Official visit by Turkmen President to Switzerland". 2015-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-08.
  6. "Открыта новая глава в истории туркмено-швейцарских отношений". 2015-07-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-07-08.
  7. "В Берне прошли туркмено-швейцарские переговоры на высшем уровне". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-08.
  8. "Переговоры Президента Туркменистана и Президента Швейцарской Конфедерации". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-07-08.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!