İstanbul müqaviləsi (1547)

İstanbul müqaviləsi
Müqavilənin mətninin birinci (sağ) və ikinci (sol) səhifəsi.
Müqavilənin tipi Sülh müqaviləsi
İmzalanma tarixi 19 iyun 1547 (477 il əvvəl) (1547-06-19)
İmzalanma yeri İstanbul, Osmanlı İmperiyası (indiki Türkiyə)
Tərəflər Avstriya Avstriya hersoqluğu
 Müqəddəs Roma imperiyası
Osmanlı imperiyası

İstanbul müqaviləsi və ya Ədirnə müqaviləsi[1]Avstriya hersoqluğu ilə Osmanlı İmperiyası arasında 19 iyun 1547-ci ildə İstanbulda imzalanan və Müqəddəs Roma imperiyasının da daxil edildiyi müqavilə.

Tərəflər arasında yaşanan müxtəlif toqquşmalar sonrası, 1545-ci ilin noyabrında, 18 aylıq müddəti olan bir sülh müqaviləsi imzalandı. Bu müqavilənin zamanı tamam olduqdan sonra, Osmanlı İmperiyasının paytaxtı İstanbula göndərilən Müqəddəs Roma imperiyası elçisinin də araya girməsi və Avstriya hersoqluğu ilə, Müqəddəs Roma imperiyasınında daxil edildiyi daha beş illik keçərli olacağı bildirilən bir müqavilə daha imzalandı.

İki dövlət arasında ilk yazılı müqavilə sayılan bu sənəd ilə birlikdə Avstriya hersoqu I Ferdinand ilə Müqəddəs Roma imperatoru V Karl, Osmanlı İmperiyasının Macarıstan üzərindəki hakimiyyətini tanıdı ve Habsburqların əlində olan Macarıstan torpaqları üçün Osmanlı İmperiyasına illik 30.000 dukat vergi verməyi qəbul etdi. Bundan başqa müqaviləyə görə iki tərəf də bir-birinə hücum etməyəcəkdi. Ancaq 1551-ci ildə Avstriya hersoqluğunun, Osmanlı İmperiyasına bağlı Transilvaniyaya hücum etməsi nəticəsində müqavilə pozuldu.

Arxa plan

1525-ci il dekabr ayında Osmanlı İmperiyasının paytaxtı İstanbula gələn Fransa elçisi Jan Franqipani, 24 fevral 1525-dəki Pavia döyüşü sonrası Müqəddəs Roma imperatoru Roma imperiyasına əsir düşən Fransa Kralı I Fransisk üçün kralın anası Luiza Savoanın istəyi ilə Osmanlı padşahı Sultan Süleyman Qanunidən yardım istədi.[2] Yazdığı məktub ilə yardım sözü verən Sultan Süleyman, iki dövlət arasında anlaşma təmin olunub I Fransisk sərbəst buraxılsada Macarıstan üzərinə səfər etmək qərarı aldı.[3] Macarıstan üzərinə öncə Sədrəzam Parqalı İbrahim Paşa göndərildi, 23 aprel 1526-da isə Sultan Süleymanın rəhbərliyindəki ordu Macarıstana doğru hərəkət etdi.[2][4] Macarıstan Kralı II Layoşun liderliyindəki ordu ilə 29 avqust 1526-cı ildə baş tutan Mohaç döyüşündə Osmanlı ordusu qalib gələrkən Layoş, döyüşdən qaçan bəzi əsgərlərlə birlikdə bataqlıqda boğularaq həlak oldular.[2][5][6] Qazanılan bu döyüşdən sonra Macarıstan Krallığı, Osmanlı İmperiyasına birləşdi və rəhbərliyinə Sultan Süleyman tərəfindən I Yanoş gətirildi.[7] Ancaq Müqəddəs Roma imperatoru V Karlın qardaşı Avstriya hersoqu I Ferdinand, Yanoşun krallığını tanımayaraq özünü Macarıstan kralı elan etdi. I Ferdinand Yanoşun qüvvələrini məğlub etdikdən sonra 20 avqust 1527-də Budaya girdi [8][9]Osmanlı İmperiyasına vergi ödəməsi qarşılığında özünün Macarıstan kralı olaraq tanınmasını istədi.[10] Bunu rədd edən Sultan Süleyman Qanuni, 10 may 1529-da yenidən səfərə çıxdı və 3 sentyabrda mühasirəyə aldığı Budanın 7 sentyabrda təslim olması ilə rəhbərliyi təkrar Yanoşa verdi.[7][8][11] Müxtəlif əraziləri ələ keçirən Osmanlı ordusu,[12] 23 sentyabrda Avstriya torpaqlarına girməsinin ardınca 27 sentyabrda Vyananı mühasirəyə alsada 16 oktyabr günü mühasirə yarıldı və 16 dekabr 1529-da ordu İstanbula geri döndü.[7][8][11]

Tisianın 1539-cu ildə çəkdiyi Sultan Süleyman rəsmi.
Hans Boksbergerin 1550-ci illərdə çəkdiyi I Ferdinandın rəsmi.

Vyana mühasirəsinin ardınca I Ferdinand tərəfindən göndərilən və Macarıstan Krallığının özünə verilməsinin önəmini vurğulayan ikinci elçi Sultan Süleymandan rədd cavabı aldı.[13] Bunu cavab olaraq bəzi şəhərləri Osmanlıdan alan I Ferdinandın 1530-cu il oktyabr və dekabr ayları arasında gerçəkləşdirdiyi Buda Mühasirəsi isə uğursuzluqla nəticələndi.[14][15] Yaşanan hadisələr səbəbi ilə Süleyman və Sədrəzam İbrahim Paşanın tabeliyindəki ordu 25 aprel 1532-ci ildə İstanbuldan ayrıldı.[16] Bəzi ərazilərin Osmanlı nəzarəti altına girməsini təmin edən səfər, ordunun 21 noyabrda İstanbula geri qayıtmağı ilə sona çatdı.[16][17] Bir neçə ay sonra, 22 iyun 1533-cü ildə Avstriya hersoqluğu ilə Osmanlı İmperiyası arasında aparılan yazılı olmayan[18] müqavilə ilə birlikdə Macarıstanın qərbindəki kiçik bir bölgə özünə qalan I Ferdinand, Macarıstan üzərindəki haqq iddiasını yekunlaşdıraraq Yanoşun Macarıstan hökmdarlığını tanıdı və Osmanlı İmperiyasına illik 30.000 dukat vergi ödəməyi qəbul etdi.[19][20]

Yanoşun 22 iyul 1540-cı ildə ölməsinin ardınca yoldaşı İzabela Yaqiellonka, Yanoşun ölümündən bir neçə gün öncə doğulan oğlu II Yanoşun naibi olaraq Macarıstanı idarə etmək üçün Süleymandan izin aldı.[21] Yaşanan bu hadisə sonrasında I Ferdinand, oktyabr 1540-cı ildə növbəti dəfə Budanı mühasirəyə alsada[22] şəhərdəki macar qüvvələrinə qarşı üstünlük əldə edə bilmədi.[23] Növbəti il Ferdinanda bağlı bir ordu Budaya tərəf hərəkətə başladı. 3 may 1541-ci ildə şəhərə gələn ordu, 4 may tarixində şəhəri mühasirəyə aldı.[24] Öncə Rumeli əyaləti Bəylərbəyi Divanə Hüsrəv Paşa, ardınca isə üçüncü vəzir Sokollu Mehmed Paşa tabeliyindəki qüvvələri Budaya göndərən Süleyman,[25] 23 iyun 1541-ci ildə ordu ilə birlikdə səfərə çıxdı.[26] Qabaqcıl Osmanlı qüvvələri 10 iyul 1541-ci ildə Budaya gəldi. 21 avqust günü mühasirə yekunlaşdı və I Ferdinandın qüvvələri geri çəkilməyə başladı.[24][26][27] Ordunun 27 noyabr 1541-ci ildə İstanbula dönməsi ilə səfər başa çatdı.[28] 1542-ci ildə I Ferdinandın təkrar BudaPeşti mühasirəyə alması nəticəsində Sultan Süleyman, Macarıstan üzərinə bir daha səfərə çıxma qərarı aldı.[29] İstanbuldakı hazırlıqları tamamladıqdan sonra 17 dekabr 1542-ci ildə Ədirnəyə doğru hərəkət eden Süleyman,[30] qışı burada keçirdikdən sonra 23 aprel 1543-cü ildə Sofiyaya doğru yola çıxdı.[28][31] Bəzi şəhərlərin Osmanlı hakimiyyəti altına keçməsi ilə nəticələnən bu səfər, Süleymanın 16 noyabr günü İstanbula geri dönməsi ilə sona çatdı.[32]

1545-ci ilin noyabr ayında I Ferdinand tərəfindan İstanbula göndərilən elçilik heyətinin görüşmələri nəticəsində iki dövlət arasında 18 ay davam edəcək bir atəşkəs imzalandı.[33][34] 1547-ci il iyunda V Karl tərəfindən göndərilən elçi, Qerhard Veltvikində araya girməsi ilə Müqəddəs Roma imperiyası ilə Osmanlı imperiyası arasında sülh görüşləri başladı.[33][35]

Məzmunu

19 iyun 1547-ci ildə İstanbulda imzalanan sənəd,[36] iki dövlət arasında ilk yazılı müqavilə oldu.[18][37][38][39] Osmanlı Türkcəsi ilə yazılmış və şərtləri Osmanlı tərəfindan təyin olunan əhddə Sultan Süleyman, I FerdinandV Karlın adları keçirdi.[18] Beş il keçərli olacağı bildirilən müqaviləyə görə Macarıstan torpaqlarında Osmanlı nəzarətindəki yerlər Osmanlı İmperiyasının əlində qalacaq, Macarıstandakı Habsburqların nəzarətindəki yerlər üçün Osmanlı İmperiyasına illik 30.000 dukat vergi göndəriləcək, əhdin müddəti boyunca hər iki tərəf də bir-birinə hücum etməyəcək və hər iki tərəfin tacirləri qanunlarda göstərilən vergiləri ödədikdən sonra sərbəst şəkildə ticarət edə biləcəkdilər.[18][29][40][41][42] Osmanlı İmperiyası ilə müsbət münasibətləri olan Fransa Krallığı və Venesiya Respublikasının da daxil edildiyi müqavilə; 1 avqust günü V Karl, 8 oktyabr günü Sultan Süleyman, 26 avqust günü isə I Ferdinand tərəfindən qəbul olundu.[34][36]

Sonrası

İzabela Yaqiellonka, oğlu ilə birlikdə Lipovaya göndərilərək Transilvaniyanın idarə edilməsi ona həvalə edildi.[43] Macarıstan Kralı Yanoş Ziqmondun qəyyumu Qeorq Martinussi isə buradakı məclis tərəfindən kral naibi seçildi, 1549-cu ildə I Ferdinand ilə İzabelanın adamları arasında gizli bir anlaşma əldə etdi. İyul 1551-ci ildə isə İzabela ilə I Ferdinand arasında qəbul edilən və Ferdinandın Macarıstan ilə Transilvaniya hökmdarı olaraq tanındığı anlaşma ilə Transilvaniyanın Avstriya himayəsinə girməsi istiqamətində işlərə başlamışdı.[43][44][45] Avstriya əsgərlərinin Osmanlı İmperiyasına bağlı Transilvaniyaya hücum etməsi ilə İstanbul müqaviləsi pozuldu. Sultan Süleyman tərəfindən Budin əyaləti ilə Valaxiya və Boqdan voyvodalarına, Transilvaniyaya ediləcək bir hücumun qarşısını almaq əmri verildi. Transilvaniya torpaqlarına bir neçə hücumlar həyata keçirən Avstriya əsgərləri bəzi insanları əsir aldı.[46] Baş vermiş hadisənin sonrasında Transilvaniya üzərinə göndərilən Rumeli Bəylərbəyi Sokollu Mehmed Paşa; Beçey, Beçkerek (indiki adı Zrenyanin) və Çanadı (indiki adı Senad), ümumilikdə on iki qalanı ələ keçirdi, Lipovanı yenidən nəzarət altına aldı, Timişoaranın mühasirəsi isə uğursuzluqla nəticələnməsinin ardınca İstanbula geri qayıtdı.[43][47]

Mənbə

İstinadlar

  1. Австрија–Түркијә мүһарибәләри (16–18 әсрләр) // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 66.
  2. 1 2 3 Sakaoğlu, 2012
  3. Afyoncu, 2011
  4. Uzunçarşılı, 1983
  5. Kinross, 1979
  6. Severy, 1987
  7. 1 2 3 Sakaoğlu, 2012
  8. 1 2 3 Afyoncu, 2011
  9. Kohler, Alfred. Ferdinand I., 1503–1564: Fürst, König und Kaiser (Almanca). Münih. 2003. ISBN 3-406-50278-4. 2013-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-02.
  10. Uzunçarşılı, 1983
  11. 1 2 Uzunçarşılı, 1983
  12. İpcioğlu, 1989
  13. Uzunçarşılı, 1983
  14. Uzunçarşılı, 1983
  15. Turnbull, 2003
  16. 1 2 Sakaoğlu, 2012
  17. Uzunçarşılı, 1983
  18. 1 2 3 4 Aydın, 2001
  19. Iorga, Nicolae. Gescchiste des Osmanichen. Yeditepe Yayınları. 2009. ISBN 75-6840-19-X.
  20. Aydın, 2001
  21. Akgündüz, Öztürk, 2011
  22. The Cambridge History of Poland (İngilizce). ; Reddaway, W. F.; Penson, J. H. ISBN 978-1-00-128802-4. 2014-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-02.
  23. Györkös, Attila. "1533-1540-ig tartó korszak eseményei Magyarországon" (Macarca). 2013-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-02.
  24. 1 2 Györkös, Attila. "1541-1542-ig tartó korszak eseményei Magyarországon" (Macarca). 2013-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-02.
  25. Uzunçarşılı, 1983
  26. 1 2 Altaylı, 2008
  27. Turnbull, 2003
  28. 1 2 Sakaoğlu, 2012
  29. 1 2 Sandler, Stanley. Ground Warfare: An International Encyclopedia. 2002. ISBN 1-57607-733-0. 2014-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-02.
  30. İpcioğlu, 1989
  31. Uzunçarşılı, 1983
  32. İpcioğlu, 1989
  33. 1 2 Aydın, 2001
  34. 1 2 Kurtaran, 2006
  35. Emecen, Feridun. TDV İslâm Ansiklopedisi. 2015-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-02.
  36. 1 2 Kurtaran, 2006. səh. 61
  37. Uzunçarşılı, 1983. səh. 494
  38. Setton, 1984. səh. 503
  39. İnalcık, Halil. Osmanlılar: Fütühat, İmparatorluk, Avrupa ile İlişkiler. 2010. səh. 41. ISBN 605114188X. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-02.
  40. Aydın, 2001. səh. 25
  41. Holt, P. M.; Katherine, Ann; Lambton, Swynford; Lewis, Bernard. The Central Islamic Lands from Pre-Islamic Times to the First World War. səh. 328. 2012-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-02.
  42. Harley, John Brian. Cartography in the Traditional Islamic and South Asian Societies. 1992. səh. 245. ISBN 0-226-31633-5. 2014-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-02.
  43. 1 2 3 Aydın, 2001
  44. Leeb, Josef. Der Reichstag zu Regensburg 1556/57 (Almanca). 2013. ISBN 3-486-71708-1. 2015-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-02.
  45. Setton, 1984
  46. Aydın, 2001
  47. Uzunçarşılı, 1983

Ədəbiyyat

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!