İsrail–Qazaxıstan münasibətləri

İsrail–Qazaxıstan münasibətləri
İsrail və Qazaxıstan
 İsrail  Qazaxıstan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İsrail–Qazaxıstan münasibətləriİsrail ilə Qazaxıstan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. İkitərəfli əlaqələr 10 aprel 1992-ci ildə qurulmuşdur. İsrailin Qazaxıstandakı səfirliyi 1992-ci ilin avqustunda, Qazaxıstanın İsraildəki səfirliyi 1996-cı ilin mayında açılıb. İsrail səfirliyi Astanada, Qazaxıstan Respublikasının səfirliyi isə Tel-Əvivdədir.

Tarix

2004-cü ildə Qazaxıstanın Baş naziri Danial Əhmədov İsrailin Özbəkistandakı səfiri ilə görüşərək ölkələr arasındakı sosial, iqtisadi əlaqələri və İsrail səfirliyinin Astanaya köçürülməsini müzakirə edir.

2009-cu ilin aprelində Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi Müdafiə Nazirliyini İsrail fabriklərində istehsal olunmuş qüsurlu artilleriya qurğularını qəsdən əldə etməkdə günahlandırır. Bununla əlaqədar olaraq Qazaxıstan Respublikası Müdafiə nazirinin müavini həbs edilir[1].

2009-cu ilin iyun ayında İsrail prezidenti Şimon Peres Qazaxıstana səfər edir. Bundan əvvəl o, İsrail Xarici İşlər Nazirliyinin başçısı olaraq bu ölkəyə bir neçə səfər etmişdir[2].

Bəzi İsrail politoloqları İsrailin Qazaxıstan da daxil olmaqla Orta Asiya ölkələri ilə əməkdaşlığının ölkənin Yeni Böyük Oyundakı iştirakı və Orta Asiyanın strateji təbii ehtiyatlarına nəzarət etmək istəyi ilə əlaqəli olduğuna inanırlar[2].

2011-ci ildə İsrail ilə Qazaxıstan arasında ticarət həcmi 1,544 milyard ABŞ dolları təşkil etmişdir[3].

21 oktyabr 2018-ci il tarixində iki ölkənin bu departamentlərinin nümayəndələri İsrail Xarici İşlər Nazirliyində Qazaxıstan vətəndaşları üçün İsraili ziyarət edərkən viza rejiminin ləğvi ilə bağlı görüşür. Bu məsələni həll etmək üçün işçi qrupunun yaradılması barədə razılıq əldə edilir. Qazaxıstan 2017-ci ilin əvvəlində israillilər üçün giriş vizalarını birtərəfli qaydada ləğv edir[4].

Qazaxıstandakı yəhudi icması

İosif Stalinin dövründə Qazaxıstanın yəhudi əhalisi əhəmiyyətli dərəcədə artır. İkinci Dünya müharibəsi dövründə 8.5 mindən çox yəhudi Qazaxıstana qaçır[5]. 1989-cu ildən bu yana təxminən 10 min yəhudi Qazaxıstandan İsrailə köçür[6].

Bu gün Qazaxıstanda 3.3 mindən çox yəhudi yaşayır, ölkədə iyirmidən çox yəhudi təşkilatı və 14 məktəb fəaliyyət göstərir[5]. Ölkədəki yəhudi məktəblərində 700-dən çox şagird oxuyur. Yəhudi Agentliyi Qazaxıstandakı bir neçə gənclər mərkəzinə sponsorluq edir. Bu mərkəzlərdə gənclərə yəhudi mədəniyyəti və ivrit dili öyrədilir. 2004-cü ilin sentyabrında Astanada Orta Asiyadakı ən böyük sinaqoq "Beyt Raxel - Xabad Lyubaviç" açılır.

Qazaxıstanın İsraildəki səfirləri

  • Bırqanım Aytimova (1996-2002)
  • Muxtar Tleuberdi (2002-03)
  • Kayrat Abdraxmanov (2003-06)
  • Təlqat Orekenov (2006 –?)
  • Vadim Zverkov (2006-08)
  • Qalim Orazbakov (2008-12)
  • Bolat Nurqaliyev (2012-09.2014)
  • Dulat Kuanışev (dekabr 2014-h.h.)

İsrailin Qazaxıstandakı səfirləri

  • Ben-Sion Karmel (1993 — 1996)
  • İsrail Men-Ami (1996 — 2002, 2008 — 2012)
  • Moşe Kimxi (2002 — 2004)
  • Mixail Lotem (2004 — 2006)
  • Ran İşay (2006 — 2008)
  • Eliyaxu Tasman (2012 — 2015)
  • Mixail Brodski (6 sentyabr 2015 — 2018)
  • Liat Vekselman (2018-h.h.)

İstinadlar

  1. "Kazakhstan: Military hardware bought from Israel flawed". Reuters. 2009-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-08.
  2. 1 2 "Казахстан: партнёр Израиля в Евразии" (ingilis). 2011-08-07 tarixində arxivləşdirilib.
  3. "О казахстанско-израильских отношениях". Посольство Казахстана в Израиле. 2015-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-03.
  4. Казахстан отменил въездные визы для граждан Израиля Arxivləşdirilib 2018-10-28 at the Wayback Machine, NEWSru.co.il
  5. 1 2 "Kazakhstan has a small but thriving Jewish community". Посольство Казахстана в США. 2014-09-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-07-08.
  6. "Shalom, Kazakhstan: A Jewish Culture Guide". Shalom Life. 2014-09-05 tarixində arxivləşdirilib.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!