İsrail və aparteid — İsraildəaparteid rejiminin mövcud olması iddiası. İsrail hakimiyyəti ilə Qəzzə zolağının 2005-ci ilə qədər İsrail tərəfindən işğal olunmuş ərazilərinin və İordan çayının qərb sahilindəməskunlaşan yəhudilərdən fərqli olaraq İsrail vətəndaşlığına malik olmayanlar ərəb sakinləri arasında mövcud münasibətlər sistemi bəzi ictimai xadimlər və analitiklər tərəfindən aparteid hesab edilir. Bir sıra hallarda İsrail hakimiyyətinə qarşı aparteid ittihamları ictimai xadimlər tərəfindən bu ərazilərə səfər etdikdən və oradakı vəziyyətlə tanış olduqdan sonra səslənir.[2][3]
Bu yanaşmanın əleyhdarları bunu siyasi böhtan adlandırır, belə tənqidi müəlliflərin və nəşrlərin İsrailin təhlükəsizlik narahatlığını nəzərə almadıqlarını, bununla da onların fikrincə qərəzli olduqları və antisemitizm nümayiş etdirdiklərini qeyd edirlər.[4]
İsraildə irqi ayrı-seçkilik qadağandır. İsrail Dövləti irqi ayrı-seçkiliyin bütün formalarını rəsmi səviyyədə qınayır. İsrail hökumətinin fikrinə görə, o, bu cür ayrı-seçkiliyi qadağan etməyə yönəlmiş ardıcıl siyasətə malikdir.[5]
Митчелл Бард.Мифы и факты. Путеводитель по арабо-израильскому конфликту (5000 nüs.). М.: Еврейское слово. пер. А. Курицкого. 2007 [Myths and facts. A Guide to the Arab-Israeli conflict]. ISBN9785900309436.
Beryl Wajsman. "The Israel Apartheid Lies"(ingilis). Institute for Public Affairs of Montreal. 19 March 2009. 2012-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-1-2.