İsrail universitetlərinin siyahısı

İsrail universitetləri — İsraildə tədqiqat işləri aparan və ali akademik dərəcələr verən doqquz ali təhsil məktəbi vardır.

Universitetlərdən başqa ölkədə 50-yə yaxın tədqiqat aparmayan, ancaq akademik dərəcə verən akademik kollec vardır. Universitetlər Təhsil Nazirliyi yanında Ali Təhsil Şurasının nəzarəti altında fəaliyyət göstərir (ivr.מועצה להשכלה גבוהה‏‎). 2013 -cü ildə İsraildə 172 min tələbə təhsil alırdı. Ən populyar ixtisaslar tibb və hüquqşünaslıq hesab edilir.

İsrail universitetlərinin siyahısı

Ali məktəb Şəhər Təsis
ili
Tələbələrin sayı
2006-cı il
Tələbələrin sayı
2013-cü il
Qeyd
Texnion - İsrail Texnoloji İnstitutu Hayfa 1924 13 000 12 874 -
Qüdsdə Yəhudi Universiteti Qüds 1925 24 000 23 353 Qüdsdə 3 kampus və biri Rexovotda.
Veysman İnstitutu Rexovot 1949 700 1 013 Birinci dərəcəsi yoxdur.
Bar-İlan adına Universitet Ramat-Qan 1955 18 000 18 360 -
Təl-Əviv Universiteti Təl-Əviv 1956 28 000 27 680 -
Hayfa Universiteti Hayfa 1963 13 000 17 423 -
Ben-Qurion Universiteti Beer-Şeva 1969 17 000 18 144 -
Ariel Universiteti Ariel 2005 10 600 universitet statusunu 2012-ci ilin dekabrında alıb
İsrail Açıq Universiteti - 1976 39 000 44 706 Ölkə üzrə 70 kampusu var, doktor dərəcəsi vermir.

Tələbə və əməkdaşların təşkilatları

Universitetlərin yüksək dərəcə personalı "Yuxarı dərəcə personalın koordinasiya şurası"nda (ivr.מועצה המתאמת של הסגל האקדמי הבכיר‏‎), kiçik dərəcə personal isə - "Kiçik dərəcə personal universitet təşkilatları koordinasiya forumu"nda birləşiblər (ivr.פורום המתאם של ארגוני הסגל האקדמי הזוטר באוניברסיטאות‏‎). Tələbə təşkilatları "İsraildə tələbə ittifaqı"nda birləşiblər(ivr.התאחדות הסטודנטים בישראל‏‎).

Həmçinin bax

Mənbə

  • Education in Israel in 2003 — an International Comparison[ölü keçid]
  • "Universitet reytinqləri". Dun’s 100. 2013. 2013-08-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-25.

İstinadlar

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!