İslandiya Mərkəzi Bankı (isl. Seðlabanki Íslands) — İslandiyanın mərkəzi bankı.
Ümumi məlumat
İslandiyada pul kütləsinin tənzimləyicisi ölkənin pul siyasətini koordinasiya edən İslandiya Mərkəzi Bankıdır. İslandiya Mərkəzi Bankının əsas vəzifələri qiymətlərin sabitləşdirilməsi, inflyasiyanın və ölkənin milli valyutasının məzənnəsinin idarə olunmasıdır. İslandiyanın mərkəzi bankı hər il ölkənin pul kütləsi ilə bağlı məlumatları dərc etməli, həmçinin makroiqtisadi göstəricilərin dinamikasının tədqiqi əsasında üç il öncədən milli valyutanı qiymətləndirməli və inflyasiyanı proqnozlaşdırmalıdır.
Tarixi
18 sentyabr 1885-ci il qanunu Danimarka kronu ilə dəyişdirilən İslandiya kronlarında əskinas buraxmaq hüququnu alan İslandiya Dövlət Milli Bankını (Landsbanki Íslands) yaratdı. 1904-cü ildə ikinci İslandiya bankı — qızılla qorunan əskinasları buraxmaq hüququnu alan özəl İslandiya Bankı (Íslandsbanki) yaradıldı. 1927-ci ildə İslandiya Milli Bankı əskinas buraxmaq üçün müstəsna hüquq əldə etdi. Parlamentin 1961-ci il aprel tarixli aktına uyğun olaraq, İslandiya Dövlət Mərkəzi Bankı yaradıldı ki, onun emissiya etmək müstəsna hüququ vardır.
İstinadlar
Ədəbiyyat
- Бутаков Д.Д., Золотаренко Е.Д., Рыбалко Г.П. Валюты стран мира: Справочник (5-е изд., перераб. и доп). М.: Финансы и статистика. Под ред. С. М. Борисова, Г. П. Рыбалко, О. В. Можайскова. 1987.
Xarici keçidlər