İsa xan Gürcü

İsa xan
İsa xan Qorci
Şəki hakimliyi
1574 – 1580
Şəxsi məlumatlar
Doğum tarixi 1527
Vəfat tarixi
Vəfat səbəbi qətl
Atası Levon
Dini islam
Rütbəsi general

İsa xan Gürcü (?-1580) — Şəki hakimi. Ləvəndin (Levon) oğlu.

Həyatı

İsa xan Ləvənd (Levon) oğlu Kaxetiyada doğulmuşdu. Atası Levon (1520–1574) Kaxetiyanı idarə edirdi. İsa xan İslamı qəbul etmişdi. Səfəvilərlə qohum olmuşdu. Sam mirzənin kürəkəni idi. 1574-cü ildə Sultan Məhəmməd Xudabəndə tərəfinən Şəki hakimi təyin edildi.

İskəndər bəy Münşi yazır: "Hər ikisi Ələmut qalasında məhbus olan və İsmayıl mirzə tərəfindən azad edilən Ləvənd xanın oğlu İsa xan Gürcü və Luvarsabın oğlu Hümayun xana mərhəmət olundu, cənnətməkan şahın qardaşı Sam mirzənin qızını İsa xana verdilər və onu Şəki əyalətinə göndərdilər. Hümayun xan İslamı qəbul edərək "Sultan Mahmud" xan adlandırıldı və o da "Üxüvvət" ("Qardaş") ləqəbinə layiq görüldü, izzət və ehtiramla Gürcüstana rəvan oldu, öz irsi ülkasını ələ aldı".[1]

İsa xan 1580-ci ildə Osmanlılara rəğbət bəslədiyinə görə həmin vaxt Səfəviıərlə müttəfiq olan qardaşı Aleksandr (1527–1605) tərəfindən öldürüldü.

İstinadlar

  1. İsgəndər bəy Münşi Türkman. Dünyanı bəzəyən Abbasın tarixi (Tarixe-aləmaraye-Abbasi). Bakı, "Şərq-Qərb Nəşriyyat evi, 2010, səh. 400

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!