İsa Munayev (20 may 1965 və ya 20 dekabr 1966, Yandi[d], Çeçen-İnquş MSSR və ya Alxan-Kala, Çeçen-İnquş MSSR – 1 fevral 2015, Debaltsev, Donetsk vilayəti) — Çeçenistan-Ukrayna səhra komandiri, Birinci və İkinci Çeçenistan müharibələrinin, həmçinin Ukraynanın şərqindəki müharibənin iştirakçısı. Tanınmamış Çeçen İçkeriya Respublikasının Silahlı Qüvvələrinin briqada generalı[1]. Birinci Çeçenistan müharibəsində Lemi Munayev adına 1-ci hücum batalyonunun komandiri, İkinci Çeçenistan müharibəsində isə Qroznı komendantı və Çeçenistan Respublikasının cənub-qərb müdafiə sektorunun, Cövhər Dudayev adına batalyonunun komandiri. Debaltsev uğrunda gedən döyüşlərdə öldürülmüşdür.
Bioqrafiyası
20 may 1965-ci ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Açxoy-Martan rayonu ərazisində anadan olmuşdur. Doğulduğu yer haqqında dəqiq məlumat yoxdur: bəzi mənbələrdə Alxan-Qala kəndi, digərlərində Yandı kəndi göstərilir (Munayev 1977-ci ildə ailəsi ilə birlikdə Alxan-Qalaya köçüb).
18 yaşında orduya çağırılır. Təsdiq edilməmiş məlumatlara görə, Munayev 2 il Əfqanıstanda xidmət edir.
Birinci Çeçenistan müharibəsi zamanı Munayev separatçıların tərəfində vuruşur. Lemi Munaev adına 1-ci hücum batalyonunun komandiri olaraq, milis polkovniki rütbəsinə sahib idi[2]. Müharibələrarası illərdə Qroznı şəhərinin Zavodskoy rayonunun Daxili İşlər İdarəsinə rəhbərlik etmişdir. 1999-cu ildə Aslan Masxadov tərəfindən Qroznı şəhərinin komendantı vəzifəsinə təyin edilmişdir[3]. 1999-cu ildə respublikanın hərbi komandanı təyin edilir.
İkinci Çeçenistan müharibəsi başlayandan sonra Qroznının müdafiəsi üçün hazırlıq işlərinə rəhbərlik etmişdir. Rusiya mətbuatı 2000-ci ildə Munayevin federal qüvvələr tərəfindən məhv edilməsi ilə bağlı məlumat yayır, ancaq bu məlumatın səhv olduğu ortaya çıxır. 2001-ci ildə Munayev Cənub-Qərb Müdafiə Sektorunun komandiri təyin edilir. 2006-cı ildə ağır yaralandıqdan sonra, yoldaşları tərəfindən gizli şəkildə müalicə üçün Avropaya aparılır. Sonra Danimarkadan siyasi sığınacaq alaraq, ölkənin vətəndaşı olur[4]. "Azad Qafqaz" ictimai-siyasi hərəkatının sədri, həmçinin "sürgündəki İçkeriya hökumətinin baş prokuroru" olmuşdur.
Ukrayna
2014 -cü ilin mart ayındakı Ukrayna siyasi böhran zamanı, ona kiçik silah dəstəsi ukraynalı hərbçilərin dəstəyi ilə, Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasının hərbiləşdirilmiş bölmələrinə qarşı döyüşlərdə iştirak etmək üçün Cövhar Dudayev taborunu quru və ona rəhbərlik edir.
2015-ci il fevralın 1-də səhər saatlarında Debaltsev rayonu istiqamətdə gedən döyüşlər zamanı İsa Munaev DXR silahlı qüvvələrinin minaatanlarının atəşi altında həlak olur.
2 fevral 2015-ci ildə Munayevin ölümünü "Donbass" batalyonunun komandiri Semyon Semençenko elan edir[5]. Ölümündən bir müddət əvvəl Ukrayna vətəndaşlığını qəbul etmək istəmişdir.
6 fevral 2015-ci ildə Kiyevdə İstiqlal Meydanında İsa Munayev üçün mitinq rekviyemi keçirilir[6].
Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun sözlərinə görə, Çeçenistan Respublikasının briqada generalı İsa Munayev Ukrayna təhlükəsizlik xidməti və Mərkəzi Kəşfiyyat İdarəsinin göstərişi ilə öldürülüb. Bu barədə o, İnstaqramında paylaşır[7].
8 fevralda Dnepropetrovsk şəhərində dəfn edilir[8].
2017-ci il oktyabrın 12-dən Kiyev Şəhər Şurasının qərarı ilə şəhərin Desnyanski rayonunda yeni küçələrdən biri onun adını daşıyır. Üstəlik ölümündən sonra ona “Ukraynanın Milli Qəhrəmanı” ordeni verilir.
İstinadlar