İsa Cavadoğlu |
---|
İsayev İsa Cavad oğlu |
Doğum adı |
İsa |
Təxəllüsü |
Cavadoğlu |
Doğum tarixi |
12 may 1931(1931-05-12) (93 yaş) |
Doğum yeri |
|
Milliyyəti |
Azərbaycanlı |
Həyat yoldaşı |
Əhmədova Sayalı Adil qızı |
Uşağı |
üç |
Atası |
Tağıyev Cavad İsa oğlu |
Anası |
Musayeva Zəhra Rza qızı |
Təhsili |
Gəncə Dövlət Universiteti |
İxtisası |
Dil-ədəbiyyat |
Fəaliyyəti |
şair, müəllim, publisist |
Əsərlərinin dili |
Azərbaycanca |
İsa Cavadoğlu (İsayev İsa Cavad oğlu; 12 may 1931, Aşağı Ayıblı, Tovuz rayonu) — Azərbaycan şairi, publisisti, pedaqoqu; Azərbaycan Yazıçılar Birliyinin üzvü. "Varislər" ədəbi məclisinin rəhbəri (1970-indi).
Həyatı
İsa Cavadoğlu 1931-ci il may ayının 12-də Tovuz rayonunun Aşağı Ayıblı (indiki Əyyublu) kəndində anadan olub.[1] 1939-cu ildə Aşağı Ayıblı Cırdaxan yeddiillik məktəbinin 1-ci sinfinə daxil olub, 8 və 9-cu sinifləri həmin kənddəki orta məktəbdə oxuyub və burada 10-cu sinif olmadığı üçün 1949-cu ildə Aşağı Quşçu kənd orta məktəbi bitirib. Əyyublu kənd orta məktəbində pioner baş dəstə rəhbəri kimi əmək fəaliyyətinə başlayıb. 1950–1954-cü illərdə Gəncə Dövlət Universitetinin (keçmiş APİ) Dil-ədəbiyyat fakültəsində ali təhsil alıb, təyinatla vaxtilə Tovuz rayonunun ərazisi olan Keşkənd orta məktəbində müəllim işləyibdir.
1956-cı ildən doğma kəndlərindəki Cırdaxan yeddiillik məktəbində müəllim, sonra orta məktəb olan həmin təhsil ocağında (Əyyublu kənd iki nömrəli orta məktəb) dərs hissə müdiri, direktor, Engels adına sovxozda partiya təşkilat katibi, 1966-cı ildən Tovuzda "Həqiqət" qəzetinin "Ədəbiyyat və incəsənət" şöbəsinin ştatdankənar müdiri, 1970-ci ildən bu günə qədər həmin qəzetin nəzdində yaradılmış Aşıq Hüseyn Bozalqanlı adına "Varislər" ədəbi məclisinin rəhbəri, 1984-cü ildən pensiya yaşına qədər Əyyublu kənd 1 nömrəli orta məktəbdə təşkilatçı müavin, 2011-ci ilin sentyabr ayına qədər əmək veteranı və baş müəllim kimi həmin məktəbdə ixtisas üzrə fəaliyyətini davam etdirib.
Yaradıcılığı
Ömrünün erkən gənclik dövründən şeir yazmağa başlayıb, oxuduğu və işlədiyi zamanlarda ədəbi-bədii yaradıcılıqla da ciddi məşğul olub. Şeirlərini İsa İsayev, İsa Cavadoğlu, İsa Cavad imzaları ilə çap etdirən müəllifin şeirlərindən və digər yazılarından nümunələr həmin imzalar ilə dərsliklərə, dərs vəsaitlərinə daxil edilib.
1957-ci ildən rayon və respublikanın əksər qəzet və jurnallarında şeirləri, hekayələri, təmsilləri, publisistik yazıları çap olunub, radio və televiziya verilişlərində səsləndirilib. Onun lirik və satirik şeirləri şifahi və yazılı şəkildə oxucular tərəfindən maraqla qarşılanıb, zamanın adlı-sanlı aşıqları Mikayıl Azaflı, Əkbər Cəfərov, İmran Həsənov, Ədalət Nəsibov, İdris Alakollu və digər sənətkarların, toy məclislərində tamadaların, bir çox müğənnilərin repertuarında əsas yer tutub, geniş oxucu və dinləyici tərəfindən rəğbətlə qarşılanıb və qarşılanmaqdadır. İlk gənclik illərində yazdığı şeirlərindən on iki dəftəri gənclik dostlarından biri oxumaq üçün alaraq istədikcə ləngitmiş, sonra həmin şəxs dünyasını dəyişdiyindən dəftərlər itibdir.
İsa Cavadoğlu rayonun qabaqcıl müəllimləri cərgəsində olub, müşavirələrdə, yığıncaqlarda İsa İsayev adı birincilər sırasında çəkilib, Təhsil şöbə müdirlərinin, digər məruzəçilərin məruzələri içərisində rayon və respublika qəzetlərində çap edilib, haqqında geniş məqalələr, oçerklər yazılıb.
Tədqiqatçı-jurnalist Mahmud Əyyublu şair haqqında dövri mətbuatda mütəmadi məqalələrlə çıxış edir.[2]
Çap olunmuş kitabları
- "Mən ulu tarixəm",
- "Ya qismət", Bakı, 2010.[3]
- "Ömrün yolları",
- "Daha payızdı",
- "Düşüncələr",
- "Məktəbə qayıdan oğlan",
- "Ata yurdum",
- "Tənha qoca",
- "Ömür karvanı", Bakı, 2012.[4]
Ailəsi
Atası Tağıyev Cavad İsa oğlu, anası Musayeva Zəhra Rza qızı, qardaşları İsrayıl (Yaqub), Namaz və İdrisdir. İsayevlər ailəsi Əyyublu kəndinin "Osmanlı" nəslinin nümayəndələridir.
1956-cı ildə həmkəndlisi Əhmədova Sayalı Adil qızı ilə ailə qurub, üç övladı, nəvə və nəticələri var.
İstinadlar