İrvin Kardona (8 avqust 1997-ci ildə anadan olub) — Monako klubundan icarə əsasında Belçika Birinci Divizion B təmsilçilərindən olan Serkl Brügge klubunda hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusudur.[1]
Kardona öz peşəkar karyerasında debütünü Monako klubu ilə 2 fevral 2017-ci ildə etmişdir. O, 78-ci dəqiqədə Şambli klubu ilə qarşılaşmada Pyer-Daneil Nquinda Ndiffonu əvəz etmişdir. Həmin görüşdə Monako Fransa Kubokunun 1/16 final mərhələsində Şambliyə 5-4 hesabı ilə qalib gəlmişdir.[2] Kardona Liqa 1-də debütünü on gün sonra Metz klubu ilə görüşdə etmişdir. O, sona 9 dəqiqə qalmış Radamel Falkaonu əvəz etmişdir. Görüşdə komandası evdə 5-0 hesabı ilə qalib gəlmişdir.[3]
Serkl Brügge
18 iyul 2017-ci ildə Kardona Monako klubu ilə 2021-ci ilə qədər müqavilə imzalamış və mövsüm sonuna qədər Belçika Birinci Divizion B təmsilçilərindən olan Serkl Brügge klubuna icarəyə verilmişdir.[4]