İrfan Can Kahveci (15 iyul 1995[1][2]) — Türkiyəli peşəkar futbolçu. Türkiə Super Liqasında mübarizə aparan "Fənərbaxça" klubunun və Türkiyə milli komandasının mərkəz yarımmüdafiəçisi.
Klub karyerası
Gənclərbirliyi
"Gənclərbirliyi" klubunun yetirməsidir. "Gənclərbirliyi" klubunun gənclər heyətində oynadıqdan sonra 2014–15 mövsümündə əsas komandada debüt edir.
Türkiyə Super Liqasında ilk qolunu, 9 noyabr 2014 tarixində "Kasımpaşa" klubuna qarşı oyunda vurur. Debüt mövsümündə ümumi 30 oyunda meydana çıxıb 6 qol vurur.
"Gənclərbirliyi"ndə keçirdiyi ikinci mövsumdə, bütün yarışlarda 33 oyunda meydanda olub 3 dəfə qol ilə fərqlənir.
İstanbul Başakşehir
26 dekabr 2016-cı ildə Kahveci, "İstanbul Başakşehir" klubu ilə 4,5 illik müqavilə imzalayır.[3]
Futbolçu 2 dekabr 2020-ci ildə UEFA Çempionlar Liqasında "RB Leypsiq" klubuna qarşı oyunda het-trik edir, lakin komandası oyunda 3–4 hesabı ilə məğlub olur.[4] Bu het-trik ilə o, Ronaldo və Qaret Beyldən sonra Çempionlar Liqasında komandası məğlub olsa da het-trik edən üçüncü futbolçu olur.[5]
Fənərbaxça
31 yanvar 2021-ci ildə "Fənərbaxça" klubu, öz rəsmi Twitter hesabında Kahveçinin komandaya qoşulduğunu elan edir. Futbolçu "Fənərbaxça" ilə 7 milyon avro qarşılığında dörd il yarımlıq müqavilə imzalayır.[6][7]
Milli komanda karyerası
Futbolçunun Türkiyə Milli komandasına ilk dəvəti, 1 avqust 2016-cı ildə Rusiya millisinə qarşı yoldaşlıq göruşundə olur.[8] Futbolçunu debüt oyunu isə, 23 mart 2018-ci ildə milli komandada ilk oyununa İrlandiyaya qarşı oyunda olur.[9]
Uğurları
İstanbul Başakşehir
Çempionluq
Fenerbahçe
İstinadlar
Xarici keçidlər
| |
---|
Lüğətlər və ensiklopediyalar | |
---|