İranda təhsil

İranda məktəb

İranda təhsilİran İslam Respublikasında təhsil.

Tarixi

İran İslam İnqilabından (1979) bir müddət sonra Xomeyni, iqtidara gələr gəlməz Şah zamanındakı təhsil sistemini dəyişdirməyə çalışmışdır. İslahatlar əvvəlcə ibtidai məktəbə başlama yaşını 7-dən 6-a salmışdır. Daha sonra məktəblərdəki dərs kitablarını dəyişdirərək İslam inancına söykənən mövzulara yer verilmişdir. İslam dininin əxlaqı, ictimai quruluşu və ənənəsi ilə uyğun gəlməyən və ziddiyyət təşkil edən bütün mövzuları təhsil sistemindən çıxarılmışdır. Xomeyni, İranın təhsil sistemindəki dəyişikliyi etdikdən sonra yeni sistemlə əlaqədar dini mövzularda dərs deməkdən pedaqoqların hazırlanması üçün hərəkətə keçmişdir. Bu müddətdə Darvinin "Təkamül Nəzəriyyəsi" kimi Qərb qaynaqlı nəzəriyyələri tədris planlardan qaldırıb, yerinə İslam dinini təməl alan tədris planı hazırlanmasını təmin etmişdir. Xomeyni bunu reallaşdıra bilmək üçün 1980-ci ilin aprel ayında "Mədəni İnqilab Şurası"-nı meydana gətirmişdir. Bu şuranın təməl vəzifəsi, bütün təhsil proqramı və təhsillə əlaqədar problemləri araşdırmaq, İslam əsaslarına söykənən təhsil siyasəti və strategiyalarını meydana gətirmək, təhsilin bütün budaqlarını İran cəmiyyətinin istəyi və ehtiyacına görə hazırlamaq və inqilaba sadiq pedaqoqlar yetişdirməkdir.

İran təhsili universitetdən əvvəl dörd mərhələdə icra edilməkdədir. 1 il ibtidai məktəbə hazırlanma mərhələsidir. İbtidai məktəb 6 il və zəruridir. Orta məktəb 3, lisey 4 il davam etməkdədir. İnqilabla birlikdə bəhs edilən bu təhsil müddəti boyunca ictimai elmlər dərslərində "İslam Respublikası"-nın təməl ideologiyasına yer verilməyə başlanmışdır. Xüsusilə Sosiologiya, Fəlsəfə, Ədəbiyyat, Coğrafiya, Tarixİqtisadiyyat dərslərinin bütünündə İslamiyyət və İslam dini ilə əlaqədar mövzulara toxunulmaqdadır. Xomeyninin təhsil siyasəti, Qərb ideologiyasından uzaq İslam mədəniyyətinə bağlı bir iranlılıq şəxsiyyəti meydana gətirmək üzərində dayanmaqdadır. İranda təhsil sistemindəki inkişaflara baxıldığında, təhsilin bütün mərhələlərində din dərslərinin təməl alındığı və din dərslərinin zəruri olduğu görülməkdədir. Hətta bir şagirdin yuxarı sinifə keçməsi üçün din dərsindən keçməsi şərtdir. Əks halda sinifdə qalacaq. Vətəndaşların təhsil səviyyələrini yüksəldilməsi və əməliyyatlarının icra edilməsi üçün də "Yerli Təhsil Şurası" adıyla rəsmi olaraq hökumətə bağlı təhsil idarələri qurulmuşdur. Bu şuralar din araşdırmaları, din təhsil mərkəzləri və dəyişik elmi və təhsillə əlaqədar vəqflərin fəaliyyətlərini izləməkdədir.

İran inqilabının ardından İranda ümumiyyətlə qadınların öyrədilməsi mövzusunda sanki bir durğunluq yaşanmaqdadır. Təhsil sahəsində qadın-kişi arasında bərabərlikdən bəhs etmək mümkün deyil. İranın inqilabdan sonrakı dövründə qadınların təhsil alma haqqını qismən məhdudlaşdırılmışdır. 1979-cu il İnqilabı ilə birlikdə İranda qadınların təhsili mövzusunda edilən dəyişikliklər dörd başlıq altında yekunlaşdırıla bilər:

1. Tətbiq baxımından İran İslami İnqilabından sonra bütün təhsil təşkilatlarında qızlar və oğlanlar ayrı məktəblərdə oxumağa başlamışdır. Yalnız kənd və uzaq universitetlər istisna olunmuşdur.

2. 1980-ci ildə məktəblərdə qız-oğlan ayrı-seçkiliyi pedaqoqlara da tətbiq olunmuşdur. Bu səbəbdən kişi müəllimlər oğlan məktəblərində, qadın müəllimlər də qız məktəblərində yalnız dərs deyə bilərlər. Ayrıca qadınların İran hökuməti tərəfindən yüksək təhsil almaları üçün xaricə göndərilməsi qadağan edildi. Yalnız evli olması şərtiylə yoldaşının təsdiqini alaraq qadın öz hesabına xaricdə yüksək təhsilini davam etdirə bilər.

3. İran hökumətinin qərarıyla tətbiq olunan qadınların bağlanması zəruriliyinə həm şagirdlər, həm də müəllimlərin hamısı riayət etmək məcburiyyətindədir. İranda qız uşaqlarının 6 yaşından etibarən bağlanması zəruridir. Hətta 1980–1981 təhsil ilində İran Təhsil Nazirliyinin qərarına görə, nazirlikdə çalışanlarla bərabər bütün şagird və müəllimlərin geydikləri bütün paltarların qara rəngli olmasını zəruri qılınmışdır.

4. Xomeyninin inqilabdan sonra təhsil sistemində etdiyi islahatların son ayağı isə ibtidai məktəb, orta məktəb və lisey dərs kitablarındakı mövzuların da qızlara və oğlanlara görə ayrılmasıdır. Oğlanlara peşə mövzularında təhsil verilməsini nəzərdə tutularkən, qızlara da əlişləri, tibb bacısı və müəllim olmalarına istiqamətli təşviq edici mövzular oxudulmuşdur.

Qadınların İran təhsil sistemindəki yerinə nəzər yetirəndə Xomeyni inqilabından sonra onlarla ikinci sinif kimi rəftar olunduqlarını düşünürəm. Yuxarıda da ifadə edildiyi kimi bir qadının təhsil məqsədiylə xaricə çıxması bilvasitə olaraq maneə törədilməkdədir. Bu baxımdan qiymətləndirildiyində İran, İslam şəriəti üzərindən qadın haqlarını bir düstur hesab etməkdədir[1].

İranda ali təhsil müəssisələri

İranda ali məktəb məzunları

İranın paytaxtı Tehran — Orta Asiyada əsas elm-təhsil mərkəzi sayılır. Tehranda ilk ali təhsil müəssisəsi — Darülfünun 1851-ci ildə yaranıb. Tehran universitetinin əsası isə 1933-cü ildə qoyulub. Bu, İranın ilk dövlət universiteti və ölkədə ən böyük universitetdir. Şəhərdə 50-yə yaxın ali təhsil müəssisəsi vardır.

İranın Tərbiyət Müdərris Universiteti 20-dən çox elmi institutu və 15-dən çox elmi araşdırma və tədqiqat mərkəzi var. Müxtəlif elmi labaratoriyalarla təchiz olunmuşdur. Universitet İran İslam Respublikası Universitetləri arasında ində Tehran universitetindən sonra ikinci elmi rütbəyə malikdir. 2012-ci ildə Scopus elmi-araşdırma müəssisəsinin versiyi məlumata görə Asiya universitetləri arasında 3-cü rütbədə dayanır. Liden universitetinin 2013-cü ildə verdiyi məlumata görə Ümumdünya universitetləri arasında 423-cü yerdə dayanır. TMU-nin kitabxanası nəinki universitetin bəlkə Tehran şəhərinin böyük və sayılıb-seçilən kitabxanasına malikdir.

40 000 tələbənin təhsil aldığı Beynəlxalq Əl-Mustafa Universiteti dini maarifləndirmə, xüsusilə İslam elmlərinə əsaslanan beynəlxalq universitetdir. 1979-cu ildə təsis edilmişdir. Bu universitet son peyğəmbər Həzrət Məhəmməd Mustafa salavatullahin adini daşıyır.[2] Universitetdə əsasən humanitar ixtisaslı dərslər keçirilir. Bu ixtisaslardan fiqh, İslam tarixi, irfan, fəlsəfə, epistemologiya, İslam kəlamı, Quran elmləri, şiəşünaslıq, İslam maarifi və mədəniyyəti, iqtisadiyyat, hüquq, Fars dili və ədəbiyyatı, Ərəb dili və ədəbiyyatı, İngilis dili və ədəbiyyatı, İslam fəlsəfəsi tarixi, Sivilizasiyalar tarixi və s. ixtisasları misal göstərmək olar. Bu günədək Beynəlxalq Əl-Mustafa Universiteti 10000-dən artıq kitab və dərs vəsaitini fars, ərəb, azərbaycan, ingilis və müxtəlif dillərə tərcümə etmişdir. Bunlardan əlavə Universitetdə müxtəlif gəzintilər, olimpiadalar və müxtəlif elmi və mədəni məşğələlər, idman sahəsində yarışlar həyata keçirilir.

19 000 tələbənin təhsil aldığı Təbriz Universiteti 1947-ci ildə Cənubi Azərbaycan milli hökuməti qurulandan sonra, baş nazir Seyid Cəfər Pişəvərinin fərmanı ilə 12 iyunda Təbrizdə ilk universitet təsis olunmuşdur. Milli hökumətin süqutundan sonra Azərbaycan Universiteti bir neçə il fəaliyyətini dayandırmalı oldu. Yenidən fəaliyyətə başladıqda isə universitetin adı Daneşqah-e Azərabadeqana dəyişdirildi. İranda islam inqilabının qələbəsindən sonra universitet 5 il müddətinə bir daha fəaliyyətini dayandırdı və fəaliyyətə başladıqda Daneşqah-e Təbriz (Təbriz Universiteti) adlandırıldı.

Şərqi Azərbaycan ostanının Marağa şəhərində yerləşən ali təhsil müəssisəsi olan Marağa Universiteti 1987-ci ildən fəaliyyət göstərir. Universitetdə Azərbaycanşünaslıq Dərnəyi fəaliyyət göstərir. Dərnək türk dili və ədəbiyyatının tədris edilməsi ilə bağlı xeyli cəhd göstərmiş, universitetin Mədəniyyət Şurasına çoxlu məktublar göndərmişdir[3]. Nəhayət, dərnəyin müraciəti Mədəniyyət Şurasından Universitetin Təhsil Şurasına, oradan isə Elm, Təhqiqat və Texnologiya Nazirliyinə çatdırılıb[3]. Sonra müraciətin cavablandırılması üzrə prosedur yenidən Universitetin Qərarçıxarma Şurasına tapşırılıb[3]. Şura isə tələbələrin ardıcıl müraciətlərini nəzərə alaraq müraciəti dəyərləndirib və bu barədə 2016-cı ildə müsbət qərar çıxarıb[3].

Bununla yanaşı, İranda Mofid Universiteti, Səhənd Texniki Universiteti, Şərif Texnologiya Universiteti və s. kimi nüfuzlu ali təhsil müəssisələri vardır.

İstinadlar

  1. "İslam İnqilabından sonra İranda təhsil". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-16.
  2. "Beynəlxalq Əl-Mustafa Universitetinin rəsmi veb səhifəsi". 2022-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-16.
  3. 1 2 3 4 Marağa universitetində türk dili və ədəbiyyatının tədris olunacağına dair qərar qəbul olunub Arxivləşdirilib 2021-09-22 at the Wayback Machine. dak.az, 22.06.2016 (az.)

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!