Telekommunikasiya
İkinci dünya müharibəsinədək İran ancaq neft hasil olunan, geridə qalmış aqrar ölkə idi. Yalnız nəqliyyat və rabitə, bank işi və sənaye sahələri dövlət nəzarəti altında idi. İran müharibədən sonra aqrar-sənaye ölkəsinə çevrildi.
İranda ilk telekommunikasiya vasitələri (teleqraf, radio) Rusiya və Britaniyanın konsessiyası sayəsində XIX əsrin sonlarında meydana gəldi. Burada 1890-ci ildə Maşindoudi və Şəhr, sonra isə Karmaniu mahalı ilə İranın Müdafiə Nazirliyi, bir az sonra isə Sultan Abad mahalı və şah sarayı arasında telefon rabitəsi qurulmuşdur. İranda ilk telekommunikasiya kompaniyası "Siemens" oldu. Bu kompaniya İranda öz fəaliyyətinə 1926-cı ildə başladı və o zaman yeni xəttə 2000 abunəçi birləşdirilmişdi. Ölkəni ixtisaslaşmış kadr və layihələrlə təmin edən xüsusi telekommunikasiya elmi institutunun təşkili nəticəsində 1970-ci ildə telekommunikasiyanın inkişafında sıçrayış baş verdi. O gündən etibarən İranda elektron sistemli sənaye inkişaf etməyə başladı. 1978–1984-cü illərdə 1363 kənd məntəqəsi (aul), 101 şəhər arasında telefon rabitəsi yaradılmış və 4083 ümumqoşulma taksofonları quraşdırılmışdır. 1989-cu ildə Yazd Telecom Cable Manufacturing kompaniyası açılmışdır. Kompaniyanın ilk müvəffəqiyyətli layihəsi Tehran və Karabac arasında fiber-optik xəttinin çəkilməsi oldu.
İranda beynəlxalq rabitə xətti Azərbaycan və Türkmənistanla analoq radiorele xətti istiqamətlərində təmin edilir: Fiber-Optik Link Around the Globe (FLAG) qoşulan UAE dəniz fiber-optik xətti və Trans-Asiya-Avropa fiber-optik magistralı (TAE). Bu xətt qonşu ölkələrlə (Azərbaycan, Gürcüstan, Türkmənistan) rabitəni təmin edərək Çindən, Frankfurt-Mayndan sonra İran ərazisindən 4 il bundan əvvəl keçmişdir. İran mütəxəssisləri tərəfindən Türkmənistan ərazisində TAE sahəsi tikilmişdir. Hazırda TAE xətti İranı fəsiləsiz olaraq beynəlxalq və daxili trafiklə təmin edir. Ölkəyə vacib olan telekommunikasiya avadanlıqlarının 80%-i İranda istehsal olunur. İranda hər 100 abunəçiyə 14,45 telefon xətti düşür ki, bu da telefonlaşmanın səviyyəsinə görə Orta Asiya ölkələri arasında ən yüksək göstəricidir. 2000-ci ildə İranda 26615 kənd yaşayış məntəqəsi telefon rabitəsi ilə təmin edilmişdir. Bununla yanaşı, rabitə xətlərinin 80%-i rəqəmlidir.
Mobil rabitə
1994-cü ildən 1996-cı ilədək İranın 35 şəhəri 1 milyondan çox şanvarı rabitə xətti ilə əhatə olunmuşdur. 2000-ci ildə isə yüzlərlə insan Tehranın küçələrində mobil rabitə əldə etmək üçün müqavilə biğlamaq məqsədilə növbələrə düzülürdülər. Bu vəziyyət Telecommunications Company of İran (TCİ) telekommunikasiya kompaniyasının Ericsson İsveç kompaniyası ilə 600 min abunəçi tutumuna malik olan GSM standartlı mobil rabitə şəbəkəsinin yaradılması sayəsində mümkün oldu. 2000-ci ildə Tehranda GSM şəbəkəsinin gələcəkdə inkişaf etdirilməsi məqsədilə Nokia İran kompaniyası TCİ ilə razılaşma əldə etmişdir. Nokia TCİ ilə 1994-cü ildən əməkdaşlıq etməyə başlamışdır və bununla yanaşı GSM şəbəkəsi üçün avadanlıq və texnologiya təchizatı ilə də məşğul olur.
İnternet
İran ilk dəfə internetə 1993-cü ildə BİTNET şəbəkəsi vasitəsilə qoşulmuşdur. İranın Avropa akademik elmi şəbəkəsinin iranlı üzvlərinə (EARN) xidmət göstərən PM və Vyana Universiteti arasında 9600 kbt/s sürəti ilə birləşdirən xətt ayrılmışdı. Qoşulma yalnız e-mail, ftp, telnet kimi servisləri təmin edirdi. O zamanlar İranda internetdən ancaq universitet və hökumət nümayəndələri istifadə edə bilirdilər. 90-cı illərin sonlarında isə Tehran ətrafı ərazi — İran tədqiqat mərkəzi yaxınlığında yerləşən Şaqek qəsəbəsində ilk dəfə internet şəbəkəsi fəaliyyətə başladı. Bundan sonra Ayətullah Xomeyni, xarici işlər naziri və İran prezidentinin xüsusi veb-saytları açıldı. Hazırda ölkədə 7 internet provayderi fəaliyyət göstərir və onların içərisində ən nəhəng provayder Heda Rayan İnstitutudur. Hesablamalara əsasən 2010-cu ilə olan məlumata görə İranda internet istifadəçilərinin sayı 30 milyon nəfərdən artıqdır.[1] İranda internet-auditoriyanın artması məhz gənclərin sayəsində baş verir. Ölkədə 1,5 milyon internet-kafe fəaliyyət göstərir.
Lakin, İrandakı mövcud siyasi rejimin tətbiq etdiyi senzura nəticəsində internetdəki milyonlarla sayta giriş qadağandır. Onların arasında əsas yeri siyasi mövzulara, hüquq müdafiəsi məsələlərinə, qadınlara və dini mövzulara həsr olunmuş saytlar tutur.[1]
Televiziya
İranda radioverilişlər 1940-cı ildən fəaliyyətə başlamışdır. İranda islam inqilabınadək ABŞ-nin silahlı qüvvələrinin radioteleviziya mərkəzləri mövcud idi. Hazırda isə Tehranda televiziya və radio "İran İslam Respublikasının səsi" dövlət kompaniyası tərəfindən təqdim edilir. İranda televiziya 1950-ci illərin əvvəllərindən yayımlanmağa başlamışdır. 2000-ci ildə "İran İslam Respublikasının teleradio kompaniyası"nın hökumət, dini proqramlar, filmlər və dünya xəbərlərini yayan 6 kanal, bunlarla yanaşı elmi, idman, təhsil proqramları, cizgi filmləri və yerli xəbərləri yayımlayan müxtəlif kanalları vardır. Ölkələrin çoxunda "Cam-e-Cam" peyk kanalına baxmaq mümkündür. "İran İslam Respublikasının səsi" ümumdünya xidməti müxtəlif dillərdə proqamları daxil edərək yayım keyfiyyətini yaxşılaşdırır. "İran İslam Respublikasının səsi" internetdə 21 dildə canlı efir təqdim edir və internetin mövcud olduğu yerlərdə İrandan fars dilində mahnıları və dünya xəbərlərini yayımlayır.
Poçt muzeyi
İran İslam Respublikası poçt kompaniyasının nümayəndələrinin bildirdiklərinə görə ən qədim poçt markası məhz İranda hazırlanmışdır. Bu marka Makedoniyalı İsgəndər tərəfindən devrilmiş Əhəmənlilər sülaləsindən olan 3-cü Daranın hakimiyyəti dövründə eramızdan əvvəl 336-cı ildə gildən hazırlanmışdır. Son zamanlar Tehranda poçt xidməti muzeyi yaradılmışdır. Muzey XVIII əsrdə tikilmiş qədim sarayda yerləşdirilmişdir. Muzeydə əsas diqqəti cəlb edən markalardır. Burada markaları həm almaq, həm də dəyişmək mümkündür. Muzey 2 ilə yaxındır ki, fəaliyyət göstərir. Ümumiyyətlə, muzeyi ziyarət edərkən İranda poçt sahəsinin keçmişi və gələcəyi ilə tanış olmaq olar.
İstinadlar
Xarici keçidlər