İran-Çin hərtərəfli əməkdaşlıq proqramı

İran-Çin hərtərəfli əməkdaşlıq proqramı
İmzalanma tarixi 27 Mart 2021
İmzalanma yeri Tehran, Iran
İmzalayanlar Çin Çin Xalq Cümhuriyəti
İran İran İslam Respublikasi

İran-Çin 25 illik Əməkdaşlıq Proqramı və ya IR İran PR Çin arasında hərtərəfli strateji tərəfdaşlıq[1] İran və Çin münasibətlərinin gələcək inkişafı üçün 25 illik əməkdəşlıq müqaviləsidir 27 mart 2021-ci ildə İran və Çin xarici işləri tərəfindən Tehranda imzalanmışdır.Petroleum Economist bildirir ki, Çin İranın neft, qaz və neft -kimya sektorlarını inkişaf etdirmək üçün $280 milyard dollara qədər, İranın nəqliyyat və istehsal infrastrukturunun təkmilləşdirilməsi üçün isə $120 milyard dollara sərmayəni əhatə edir.[2] İran səlahiyyətlilərinə görə, Çinin Bir Kəmər Bir Yol Təşəbbüsünü canlandırmaq da razılaşmanın bir hissəsidir.[3]

The Economist — ə görə müqavilə Çinə İran ərazisində 5.000 Çin əsgəri yerləşdirmək və İran neftini endirimli almağa icazə verir The New York Times qəzetinin yazdığına görə, hərbi əməkdaşlığın dərinləşdirilməsindən də söhbət gedir. Layihəyə birgə hərbi təlimlər, araşdırma, silah hazırlama və kəşfiyyat paylaşımı daxildir.[4] Səbəb terroru, insan və narkotik alverini və sərhədlərarası cinayətləri dayandırmaqdır. Bu məlumatlar İran rəsmiləri tərəfindən dəfələrlə qəti şəkildə təkzib edilib. İran konstitusiyasının 146-cı maddəsi, dinc məqsədlər üçün belə, İran torpaqlarında xarici hərbi bazaların olmasını qadağan edir.[5]

İstinadlar

  1. "Full text of Joint Statement on Comprehensive Strategic Partnership between I. R. Iran, P. R. China". www.president.ir. Archived from the original on 13 September 2020. Retrieved 11 October 2020. (#empty_citation)
  2. https://pemedianetwork.com/petroleum-economist/articles/geopolitics/2019/china-and-iran-flesh-out-strategic-partnership Arxivləşdirilib 2022-09-17 at the Wayback Machine (#empty_citation)
  3. https://plus.google.com/113403756129291503583 (14 June 2017). "Iran, China Team Up on New Silk Road Project". Financial Tribune. Archived from the original on 19 may 2020. Retrieved 18 September 2020. (#empty_citation)
  4. Fassihi, Farnaz; Myers, Steven Lee (11 July 2020). "Defying U. S., China and Iran Near Trade and Military Partnership". The New York Times. ISSN 0362–4331. Retrieved 12 November 2020. (#empty_citation)
  5. Constitution of the Islamic Republic of Iran, Article 146.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!