İnformasiya boşalması (ing. underflowing) – iki qurğu, yaxud proses arasında informasiya mübadiləsi zamanı buferə verilənlərin daxilolma sürətinin, onların oradan oxunma sürətindən az olması nəticəsində yaranan hal. Məsələn, CD-R və ya DVD-R diskinə informasiyanın yazılışı zamanı qurğu bütün yazma prosesi boyunca eyni bir sürətlə fırlanmalıdır. Əgər kompüter hər hansı səbəbdən (şəbəkədə olan problem, yaxud verilənlərin götürüldüyü qurğunun yavaş sürətli olması səbəbindən) verilənləri qurğuya tələb olunan sürətlə çatdıra bilmirsə, onda buferin boşalması baş verir və nəticədə diskin yazılışı uğurlu olmur. Bunun aradan qaldırılması üçün müxtəlif vasitələrdən istifadə etmək olar: hazırda çalışan başqa proqramlar olub-olmamasına əmin olmaq, yazılışı aşağı sürətlə aparmaq, kompüteri müvəqqəti olaraq şəbəkədən ayırmaq.
Ədəbiyyat
- İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.