İmarət Araşdırma Mərkəzi (ing. Research Centre Imarat; RCI) — Hindistan Müdafiə Tədqiqat və İnkişaf Təşkilatına bağlı laboratoriya. Telanqana ştatının Heydərabad şəhərində yerləşir. Laboratoriya Hindistan Silahlı Qüvvələri üçün raket sistemlərinin, idarə olunan silahların və qabaqcıl avionikaların tədqiqi və inkişafı üzrə məsuliyyət daşıyır.[1] 1988-ci ildə Abdul Kalam tərəfindən təsis edilmişdir.[2] Şri U Raca Babu hazırda "RCI" laboratoriyasının direktorudur.[3][4][5]
İmarət Araşdırma Mərkəzi raketlər üçün avionika və naviqasiya sistemlərinin hazırlanmasında dünya lideri hesab edilir.[6]
İstinadlar