İlqar Əlfioğlu (tam adı: Qasımov İlqar Əlfi oğlu; 26 mart 1955, Bakı) — Azərbaycanlı jurnalist, yazıçı, teleaparıcı, tərcüməçi.
Azərbaycan Televiziyası tarixində ilk tok-şoulardan biri olan Dalğa verilişinin müəllifi və aparıcısı olub.[1][2]
2014-cü ildən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin redaktoru
Həyatı
İlqar Əlfioğlu 26 mart 1955-ci ildə Bakı şəhərində anadan olub. Yazıçı Əlfi Qasımovun oğludur. 1961-ci ilə kimi Bakıda, "Həmşəri palanı" küçəsində yaşayıb.[3]
Orta təhsilini 1972-ci ildə Bakı şəhərində yerləşən 190 nömrəli məktəbdə tamamlamışdır. Ardınca Azərbaycan Dövlət Unversitetinin Şərqşünaslıq fakültəsində təhsilini davam etdirmişdir.
1978-ci ildən başlayaraq Azərbaycan Dövlət Televeziyasında və müxtəlif redaksiyalarda işləyib.
2014-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin şöbə müdiri təyin edilib.[4]
Yazıçı Əlfi Qasımovun ailəsində anadan olub. Ədəbi mühitdə və mediada İlqar Qasımov, İlqar Əlfioğlu və İlqar Əlfi imzalarıyla yazıb.
1978-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin fars filologiyası şöbəsini fars dili tərcüməçisi ixtisası üzrə bitirib. Elə həmin ildən təyinatla Azərbaycan Radiosunun Xarici Verilişlər bölməsində, Xəbərlər xidmətində, Cənubi Azərbaycan redaksiyasında, Fars dilində verilişlər redaksiyasında müxbir, redaktor, böyük redaktor, diktorluq edib.
1980–1982-ci illər arasında ehtiyatda olan zabit kimi öz ixtisası üzrə hərbi qulluqda olub, xidmətini baş leytenant rütbəsində bitirib.
1986-cı ildən Dövlət televiziyasında Tele-tamaşa şöbəsinin müdiri, 1987-ci ildən 1991-ci ilədək yeni dövrün ilk ədəbi-publisistik verilişində – "Dalğa" proqramında aparıcı, sonralar BMTi TV-dı Xəbərlər müdiri, ABA TV-də proqram aparıcısı, "Qafqaz Media Mərkəzində" tədris direktoru, "Bu gün" qəzetində köşə yazarı, "Avtoritet" qəzetinin təsisçi və baş redaktoru, ABA TV-də proqram aparıcısı, xaricdə fəaliyyət göstərən "Azadlıq" televiziyasında aparıcı kimi çalışıb, 2007-ci ildən APA xəbər agentliyində işləyir, APA TV-nin Yaradıcılıq şurasının sədri və proqram aparıcısıdır.
1976-cı ildən dəfələrlə İranda mütərcim, Əfqanıstanda xidməti ezamiyyətlərdə olub. 2014-cü ildən Azərbaycan Dövlət Tərcümə mərkəzində redaktordur.
Tərcümə sahəsində 1976-cı ildən çalışıram, elə həmin ildən də, respublika mətbuatında dərc olunuram, öz yaradıcılığımla yanaşı, müntəzəm olaraq, həm rus, həm də fars dillərindən əsərlər tərcümə edirəm.
"Avtoritet" və "Qızılbarmaq Fatma" adlı iki romanı, hekayə və povestləriləri var. Əsasən, dünya klassiklərinin, Nobel mükafatı laureatlarının əsərlərindən ibarət 70-dən artıq tərcümə kitabı , 1000-ə yaxın publisistik yazısı Azərbaycan mətbuatında işıq üzü görüb.
Yaradıcılığı
Tv proqramlar
- "Dalğa verilişi" 1987–1991
Film
Kitabları
- "Qızılbarmaq Fatma"[6]
- "Fəlsəfə"
Əsərləri
Tərcümələri
- Jose Saramaqo "İsanın incili"[7]
- Bertold Brext. "Seçilmiş əsərləri" Bakı, 2019[8]
- Piter Stiven Bruk "Boş məkan" Bakı, 2021[9]
- Per Fabian Lagerkvist – Seçilmiş əsərləri
- Tomas Mann – Seçilmiş əsərləri
- Joze Saramaqo – Seçilmiş əsərləri
- Jorji Amadu – Seçilmiş əsərləri
- Toni Morisson – Seçilmiş əsərləri
- Ernest Seton-Tompson – Seçilmiş əsərləri
- Jorj Simenon – Seçilmiş əsərləri
- Bertold Brext – Seçilmiş əsərləri
- Harold Pinter – Seçilmiş əsərləri
- Redyard Kiplinq – Seçilmiş əsərləri
- Doris Lessinq — Seçilmiş əsərləri
- Con Faulz – Seçilmiş əsərləri
- Edqar Allan Po – "Nantuketli Artur Qordon Pimin sərgüzəştləri" roman
- Pablo Neruda – "Mən də yaşamışam" memuarlar
- Səməd Behrəngi – "Məhəbbət nağılları"
- Azad Mirzəcanzadə — "Təhsil haqqında etüdlər" esse toplusu
- Andrey Platonov – "Çevenqur"
- Covannino Quareski – "Don Kamillonun dünyası" roman
- Karlos Ruis Safon – "İtmiş kitablar qəbristanı" roman
- Salman Rüşdi – "Gecəyarısı uşaqları" roman
- Mo Yan – "Ölüb dirilməkdən bezmişəm" roman
- Mark Avreli — "Özümlə təkbətək"
- Andrey Platonov – "Çevenqur" roman
- Aleksey Salnikov – "Petrovların qripi" roman
- Con Perkins – "İqtisadi killerin tarixçəsi"
- Frensis Fukuyama – "Amerika yol ayrıcında"
- Qurbanqulu Berdiməhəmmədov – "Türkmənlərin mənəvi dünyası"
- Qay Kavasaki – "Startap sənəti 2.0"
- Dərdin 45 üzü — Afrika hekayələri
- İran hekayələri – Seçilmiş hekayələr
- Hər suala bir cavab – Uşaqlar üçün ensiklopediya (tərtib və tərcümə)
- Tarixin acılmamış sirləri – Məqalələr toplusu
- Kəşfiyyat tarixindən – Məqalələr toplusu
- Rokun tarixi – Məqalələr toplusu
- Çoxbilmişin ensiklopediyası – Uşaqlar üçün ensiklopediya
- Jorji Amadu – "Möcüzələr dükanı"
- Uşaqlar üçün fəlsəfə — Məqalələr toplusu
- Jorji Amadi – "Qum dəryasının kapitanları" roman
- Tomas Mann – "Venesiyada ölüm" povest
- Per Fabian Lagerkvist – "Karlik" roman
- Murad İbrahimbəyov — "Şəbəkə" roman
- Per Fabian Lagerkvist – "Varavva" povest
- Draqo Ştambuk – "Zefir" poeziya toplusu
- Toni Morisson – "Evə" povest
- Joze Saramaqo – "Təxirə salınmış ölüm" roman
- Piter Bruk – "Açıq fəza" esselər
- Aleksandr Zinovyev – "Katastroyka" roman
İstinadlar