İkinci Səlib yürüşü

Səlib yürüşləri
İkinci Səlib yürüşü
Kiçik Asiya 1140-cı illərdə
Tarix 1147-1150
Yeri Iberiya Misir, Şərq
Səbəbi Müqəddəs Torpağın ələ keçirilməsi
Nəticəsi

Antalya

  • Müsəlmanların qələbəsi
    • Edessanın süqutu
    • Bizanslılarla Rum sultanlığı arasında barışıq
    • Misirdə Səlibçilərin tərəqqisi

Iberiya

  • Səlibçilərin qələbəsi
Ərazi dəyişikliyi
  • Lissabon portuqaliyalılar tərəfindən işğal olundu
  • Tortosa kataloniyalılar tərəfindən işğal olundu
  • Vaqriya və Polabiya Saks səlibçiləri tərəfindən işğal olundu
Münaqişə tərəfləri

Xristianlar

Müsəlmanlar

Komandan(lar)

Yerusəlim kraliçası Melisende

Yerusəlim kralı III Baldvin

Tripoli kralı II Raymond

Antiox şahzadəsi Raymond Poitiers

Fransa kralı VII Luis

Fransa kraliçası Elenor Akvatin

Erməni şahzadəsi II Toros

Antiox şahzadəsi Raynald Çatillon

Alman kardinalı Teodvin

Portuqaliya kralı I Alfonso

Leon və Kastila kralı VII Alfonso

IV Ramon Berenqer

Almaniya kralı III Konrad

Ştiriya kralı III Ottoqar

Bizans kralı I Manuel Komnenos

Flandriya qrafı Tierry Alsak

İngiltərə kralı Stefan

Anjou qrafı V Cefri

Bohemiyan kralı II Vladislav

Burqundiyalı Robert de Kraon

Everard des Barres

Aslan Henri

Ayı Albert

Danimarka kralı V Kanut

Danimarka kralı III Sveyn

I Fredrik Barbarossa

Havelberqli Anselm

Böyük Konrad

Otto Freysinq

Alfonso Cordan

I Mathias

III Qodfrey

Henri Casomirqot

Holsteynli II Adolf

Siciliya kralı II Rocer

Şərqdən I Məsud

İmad əd-Din Zəngi

Nur əd-Din Zəngi

I Səif əd-Din Qazi

Əl-Müqtafi

Əl-Hafiz

Qərbdən

Təsfin ibn Əli

İbrahim ibn Təsfin

İsaq ibn Əli

Əbd əl-Mömin

Vasitəçilər və müttəfiqlər Niklot

Vaqriya şahzadəsi Privislav

Pomeraniya əyanı I Ratibor

Tərəflərin qüvvəsi

Səlib dövlətləri

Hərbi qüvvələr

  • Templar cəngavərləri
  • Hospitaller cəngavərləri
  • Müqəddəs məbədin daimi qoşunu
  • Müqəddəs Lazarus cəngavərləri

Səlibçilər

Rekonkuista

Vendiş Səlib yürüşü

Siyasi qatillər:

Qərbdən:

Dolayı olaraq:

Müttəfiqləri: Pomerania əyanlığı

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İkinci Səlib yürüşüAvropada başlayan ikinci əsas xaç yürüşü. İkinci səlib yürüşü 1144-cü ildə Zəngi qüvvələrinin Edessa əyalətini işğal etməsinə cavab olaraq başlandı. Əyalət 1098-ci ildə Birinci Səlib yürüşü ərəfəsində (1096-1099) Kral Boluqne Baldvin tərəfindən əsası qoyulmuşdur. Baxmayaraq ki ilk yaranan səlib dövləti idi, həmçinin ilk dağılan səlib dövləti oldu. İkinci Xaç yürüşü Papa III Yugin tərəfindən elan olundu və Avropa krallarının (Fransa kralı VII Luis, Almaniya kralı III Konrad və bir çox başqa Avropa zadəganları) başçılıq etdiyi ilk yürüş oldu. Hər iki kralın ordusu Avropa boyu nizamla irəliləməyə başladı. Bizans ərazisindən Anadoluya keçəndə ordular ayrı-ayrılıqda Səlcuq türkləri tərəfindən məğlub edildilər. Əsas qərbi xristian mənbəsi Deuil Odoya və Suriya xristian mənbələrinə görə Bizans imperatoru I Manuel Komnenos gizlicə səlibçilərin yürüşlərinə xüsusilə Anadolu bölgəsində maneələr törətdi, iddia edilir ki, türklərin səlibçilər üzərinə hücuma keçməsini məhz imperator göstəriş vermişdi. Krallar Luis, Konrad və ordunun qalan hissəsi Yerusəlimə çatdılar və 1148-ci ildə Dəməşq üzərinə müvəffəqiyyətsiz hücuma keçdilər. Yürüş şərqdə uğursuzluğa uğradı və müsəlmanlar qalib gəldilər. Nəticədə bu, Yerusəlimin çöküşü və XII əsrin sonlarında Üçüncü Səlib yürüşü üçün açar oldu. İkinci Səlib yürüşündə xristianların yeganə uğuru 1147-ci ildə 13 000 flamand, friz, normand, ingilis, şotland və alman səlibçilərin birləşdirilməsi oldu. İngiltərədən gəmilərlə Müqəddəs Torpağa gedərkən ordu dayandı və özlərindən daha kiçik (təxminən 7 000 nəfərlik) Portuqaliya ordusuna Lissabonun işğalı zamanı mavritanların ölkədən uzaqlaşdırılmasında köməklik göstərdilər.

Edessanın süqutu

Birinci Səlib yürüşü və 1101-ci ildə kiçik Xaç yürüşündən sonra Şərqdə üç Səlib dövləti yarandı: Yerusəlim krallığı, Antakya iyerarxiyası və Edessa əyaləti. Dördüncü – Tripoli əyaləti 1109-cu ildə yarandı. Edessa şimalda yerləşirdi və aralarında ən zəif və az məskunlaşmış əyalət hesab olunurdu; beləliklə o, ətrafda yerləşən Artuqi, DanişməndSəlcuqi tayfalarının başçılıq etdiyi müsəlman dövlətlərinin hücumları üçün asan hədəf oldu. Qraf II Baldvin və xələfi Joskelin Kurtenay Harran döyüşündəki məğlubiyyətdən sonra əsir götürüldülər. Baldvin and Joskelin 1122-ci ildə yenidən həbs olundular və 1125-ci ildə Edessanın Azaz döyüşündən bir qədər sonra bərpa olunmasına baxmayaraq, Joskelin 1131-ci ildə döyüşdə öldürüldü. Varisi II Joskelin Bizans imperiyası ilə ittifaqa girməli oldu, ancaq 1143-cü ildə Bizans imperatoru II Con Komnenus və Yerusəlim kralı Fulk Anjou öldü. Joskelin həmçinin Tripoli qrafı və Antiox şahzadəsi ilə razılığa gələ bilmədi və onlar Edessa ilə müttəfiqlikdən vaz keçdilər. Eyni zamanda Səlcuq Zəngi və Mosul atabəyləri 1128-ci ildə Suriyanın Aleppo şəhərinə öz qoşunlarını yeritdilər. Bu Suriada hakimiyyət üçün açar demək idi və Mosul və Dəməşq liderləri arasında münaqişəyə səbəb oldu. Zəngi və Kral II Baldvin öz diqqətlərini Burid xandedanlığı tərəfindən idarə olunan Dəməşqə yönəltdilər. Sonralar Zəngi 1139 və 1140-cı illərdə şəhəri mühasirəyə alanda Kral Fulkla ittifaqa girdi və alyans tarixçi Usama ibn Munqidin vasitəçiliyi ilə danışıqlar apardı.

1144-cü ildən sonra, II Joskelin Artuqilərlə ittifaqa girdi və demək olar ki bütün ordunu Artuqi ordusunu Aleppoya qarşı dəstəkləmək üçün birləşdirdi. 1143-cü ildə Fulkun ölümündən yararlanmaq istəyən Zəngi Edessanı mühasirəyə almaq üçün şimala tələsdi və 24 dekabr 1144-cü ildə 1 ay sonra Edessa işğal olundu. Manasses Hierge, Filipp Milly və başqaları kömək məqsədi ilə Jerusəlimə göndərilsə də, çatdıqlarında artıq gec idi. II Joskelin əyalətin qalanını Turbessel qalasından idarə etməyə davam etdi, ancaq ərazinin qalan hissəsi də az-az ya müsəlmanlar tərəfindən işğal olundu, ya da bizanslılara satıldı. Zəngi özünü bütün İslam aləmində “dinin müdafiəçisi” və Əl-Malik Əl-Mənsur (“qalib gəlmiş başçı”) adlandırdı. O, qorxduğu üçün Edessanın qalanına və ya Antiox iyerarxiyasına hücumu davam etdirmədi. Mosuldakı hadisələr onu yurduna qayıtmağa məcbur etdi və Dəməşqdəki vəziyyəti yenidən nəzərdən keçirdi. Ancaq o, 1146-cı ildə bir qul tərəfindən sui-qəsdə məruz qaldı və Aleppoda oğlu Nur ad-Din hakimiyyətə gəldi.

Papa qəbzləri (Quantum praedecessores)

Edessanın süqutu xəbərləri 1145-ci ilin əvvəllərində Antioxdan və Yerusəlimdən gələn zəvvarlar və sonralar elçilər vasitəsi ilə Avropaya çatdı. Jabalanın yepiskopu Hugh həmin ilin dekabrın 1-də Quantum praedecessores adlanan qəbz nəşr etdirən Papa III Eugenə xəbərləri məruzə etdi. Hugh həmçinin şərqi xristian krallarının Papaya dediyi kimi səlib dövlətlərinə rahatlıq və əmin-amanlıq gətirə bilər. Bu Prester Conun birinci rəsmi istinadıdır. Eugen Romanı idarə etmirdi və Viterboda yaşayırdı, amma İkinci Səlib yürüşü birincidən daha mütəşəkkil və mərkəzləşdirilmiş idarə sisteminə malik idi. Orduya Avropanın ən güclü kralları başçılıq edirdi və hərəkət istiqaməti əvvəlcədən planlaşdırılmışdı.

Yeni səlib qəbzinə gələn cavab çox zəif oldu və Fransa kralı VII Luis ekspedisiyada iştirak edəcəyi təqdirdə qəbz yenidən tərtib edilməli idi. VII Luis hesab edirdi ki, Papanın 1145-ci ildə Burjua xristian məhkəməsində özünün də elan etdiyi kimi yeni ekspedisiyaya qarışmayacaq. Ancaq mübahisəlidir ki, Luis özü yürüş təşkil etməyi planlayırdı, yoxsa bu sadəcə Müqəddəs torpağa gedərkən həlak olan qarşı Filipə verdiyi sözə əməl etmək istəyi idi. Ola bilər ki, Luis bu qərarı hələ Quantum praedecessores haqqında eşitməmişdən əvvəl müstəqil qəbul etmişdi. Hər halda, abbat Suger və başqa kübarlar Luisin planlarına tərəfdar deyildilər. O krallıqdan bir neçə il müddətində uzaqlaşdırıla bilərdi. Luis Bernard Clairvauxla məsləhətləşdir və o kralı Eugenin yanına göndərdi. Həmin vaxt Luis təbii ki papa qəbzləri haqqında eşitmiş olmalıydı və Eugen həvəslə Luisin yürüşünü dəstəklədi. Qəbz 1146-cı ilin martın 1-də yenidən nəşr olundu Eugen Bernarda xəbərləri bütün Fransaya yaymaq səlahiyyəti verdi.

Müqəddəs Bernard Klairvaux

Bernard Klairvauxun rəsmi rəngli şüşə üzərində, 1450-ci il

Papa fransızlara İkinci Səlib yürüşünü təbliğ etməyi abbat Bernard Klairvauxa tapşırdı və bunun üçün bəzi indulgensiyalar verməyə razı oldu (Birinci Səlib yürüşündə Papa II Urban da eyni cür hərəkət etmişdi). 1146-cı ildə Burqundiyada Vezelay kommunasında parlament çağırıldı və Bernard martın 31-dəki assembleyadan əvvəl vəz etdi. Fransa kralı VII Luis, kraliça Elenor Akvatin, şahzadələr və lordlar zəvvarların xaçını almaq üçün (Yürüşə çıxan səlibçilər keşişdən xaçı alaraq Müqəddəs Torpağa aparmalı idilər) Bernardın ayaqlarına düşüb səcdə etdilər. Daha sonra Bernard Almaniyaya getdi və demək olar ki hər addımda nəzərə çarpan və artmaqda olan planlanmış “möcüzələr” onun uğur qazanmasına təkan verirdi. Speyerdə, Almaniya kralı III Konrad və bacısıoğlu, daha sonra Müqəddəs Roma imperatoru Frederik Barbarossa xaçı Bernardın əlindən aldılar. Papa Eugen təşəbbüsü dəstəkləmək üçün Fransaya gəldi.

Onun bütün ustalıqla edilmiş təşəbbüslərinə nəzər salsaq, Bernard təbiətən nə bir fanatik, nə də təqibçi idi. Birinci Səlib yürüşündə olduğu kimi, təbliğat gözlənilmədən yəhudi xalqı üzərinə hücumlara səbəb oldu; fanatik fransız keşişi Rudolf Reyn çayı vadisi, Köln, Mayns, Vormsda və Speyerdə yəhudi qırğınlarını alovlandırdı, iddia etdi ki, yəhudilər Müqəddəs Torpağın xilasına heç bir maddi yardım göstərmirlər. Bernard, Köln və Mayns arxiyepiskopu bu hücumlara qəti şəkildə qarşı idilər, ona görə də Bernard bu məsələ ilə məşğul olmaq və qara camaatı sakitləşdirmək üçün Flandriyadan Almaniyaya getdi. Bernard Rudolfla Maynsda görüşdü və onu fikrindən döndərməyə müvəffəq oldu. Daha sonra monastrına qayıtdı.

Vasitəçilərin səlib yürüşü

İkinci Səlib yürüşü başlananda, çoxlu cənub almanları Müqəddəs Torpağa yürüşdə könüllü iştirak etməyə razı oldular. Şimal almanları isə həvəssiz idi. Onlar 1147-ci ilin martın 13-də Frankfurdda keçirilən İmperial Diet adlanan görüşdə bütpərəst slavyanlara qarşı kampaniya ilə bağlı istəklərini Müqəddəs Bernarda bildirdilər. Saksların planını bəyənən Eugen aprelin 13-də Divina dispensatione adlanan yeni qəbz nəşr etdirdi. Bu qəbz göstərirdi ki, bütün səlibçilər bərabərdir, onların mənəvi mükafatları arasında fərq yoxdur.  Bütpərəst slavyanlara yürüşə könüllü olanlar arasında bir neçə Bohemiyanların (indiki çexlər) olmasına baxmayaraq,  əsasını danimarkalılar, sakslar və polşalılar təşkil edirdi. Papa leqatı və Anselm Havelberq ümumi əmr vermək səlahiyyətinə malik idi. Yürüşün özünə isə Ascanian, Vettin və Şoenbörger kimi saks ailələri başçılıq edirdi.

Almanların yürüşdə iştirakı müvəffəqiyyətsizliyə uğradı və 1147-ci ilin iyun ayında Aboritlər Holsteyn vilayətində üstünlüyü əldə edərək Vagriya bölgəsini işğal etdilər. Nəticədə yayın sonlarında səlibçilər bu əraziyə daxil oldular. Aboritlərin xristian torpaqlarından çıxarılmasından sonra, Dobində Aborit, Demmində isə Litva qalasını hədəf aldılar. Qüvvələr Dobində danimarkalı V Kanut və III Sveyn, II Adalbert, Bremen arxiyepiskopu, Saksoniya herqosu Aslan Henry üzərinə yeridilər. Bəzi səlibçilər ölkə ətrafında dağıntılar törətməyi məsləhət görsə də, başqaları deyirdi: “Bu dağıtdığımız torpaq məgər bizim deyil? Məgər vuruşduğumuz insanlar bizim öz xalqımız deyil?” Bütpərəst keşişi Niklot Dobinin qarnizonu ilə baptizmə keçmək haqqında razılığa gəldikdən sonra Saksoniya ordusu Aslan Henrinin başçılığı altında geri çəkildi.

Demminin uğursuz mühasirəsindən sonra, səlibçilərin contingenti Müqəddəs Roma şahzadələrinin Pomeraniyaya hücumu ilə parçalandı. Onlar səlibçilərin Pomeraniya yepiskopu Adalbertlə şahzadə I Ratibor arasındakı görüş nəticəsində parçalanmasından dərhal sonra paytaxt Settinə çatdılar. Bernard Clairvauxa görə səlibçilərin məqsədi “Tanrının köməyi ilə, onların birləşəcəyi və ya məhv olacağı zaman”a qədər bütpərəst slavyanlarla mübarizə aparmaq idi.

Ancaq xaç yürüşü üsyançıların böyük bir hissəsini birləşdirə bilmədi. Ancaq sakslar sanki böyük miqdarda “əlamət topladı”lar. Slavyanların bütpərəst inanclarına görə xristian ordusu onlara hücum etsə də, məhv olmalı idi. Pomeraniyalı Albert bunu belə izah edirdi: “Əgər onlar həqiqətən öz xristian məzhəblərini gücləndirmək üçün gəliblərsə, bunu gərək dua və təbliğ yolu ilə edəydilər, zor gücünə yox”.

Səlib yürüşünün sonunda Meklenburq və Pomeraniyanın ətraf əraziləri qarət olundu və çox qan töküldü, burara Aslan Henrinin qoşunlarının da “rəşadəti” az deyildi. Bu gələcək on illiklərdə xristianların daha çox qələbə qazanmasına şərait yaratdı. Yerli Slavyanıar həmçinin məhsuldarlıq metodlarının çoxunu itirdi. Bu isə gələcəkdə onların düşmənə müqavimət imkanını məhdudlaşdırırdı.

Rekonkuista və Lissabonun süqutu

Coaquim Rodriqes Braqanın Lissabonun D.Afonso Henriks tərəfindən mühasirəsi əsəri (1840)

1147-ci ilin yazında, Papa səlib yürüşünü Rekonkuista kontekstində İberiya yarımadasına doğru genişlətməyi qərara aldı. O həmçinin İkinci Səlib yürüşünün davamında Leon və Kastila kralı VII Alfonsoya Mur tayfalarına qarşı qüvvələri birləşdirməyi təklif etdi. 1147-ci ilin mayında, səlibçilərin birinci kontingenti İngiltərənin Dartmut şəhərini tərk edərək Müqəddəs torpağa doğru yola çıxdı. Ancaq pis hava gəmiləri 1147-ci ilin iyunun 16-da Portuqaliya limanında – Portuqaliyanın şimal şəhəri Portoda dayanmağa məcbur etdi. Burada onlar Portuqaliya kralı I Alfonso ilə görüşməyi qərara aldılar.

Səlibçilər krala Lissabona hücum zamanı kömək etməyə razı oldular, bu razılıq onlara şəhərin var-dövlətini qarət etmək imkanı və əsirlər üçün qazanc imkanı verirdi. Lissabonun mühasirəsi iyunun birindən 1147-ci ilin oktyabrın 25-dək davam etdi. 4 ay sonra Mur başçıları aclıq səbəbi ilə təslim olmağa razılıq verdilər. Xaçlıların çoxu yeni işğal olunmuş şəhərlərdə yerləşdirildi, qalanları isə Müqəddəs Torpağa yelkən açaraq yollarına davam etdilər. Əvvəldən yola düşənlərin bəziləri həmin ilin əvvəllərində Santaremin işğalında iştirak etdilər. Daha sonra onlar Sintra, Almada, Palmela və Setubal kimi ərazilərin tutulmasında köməklik göstərdilər və onlara işğal olunmuş torpaqlarda məskunlaşmağa və saylarını artırmağa imkan yaratdı.

Yarımadanın digər ərazilərində, təxminən eyni vaxtda, Leon kralı VII Alfonso, Barselona qrafı IV Ramon Berenquer və başqaları zəngin liman şəhəri olan Almeriyaya qarşı Katalan, Leonlu, Kastiliyalı və fransız səlibçilərindən təşkil olunmuş orduya başçılıq edirdi. Genuya-Piza hərbi donanmasının dəstəyi ilə şəhər 1147-ci ilin oktyabrında işğal olundu.

Qüvvələr

İslam

Yaxın Şərq 1135-ci ildə. Səlib dövlətləri qırmızı xaçla göstərilib.

Həmin dövrdə müsəlman qüvvələri müharibə zamanı hərbiyə çağırılmış çağırışçılar və könüllər vasitəsilə genişləndirilmiş mükəmməl ordu hissələrindən ibarət idi. Dövrün ən böyük müsəlman dövləti müasir İran və İraq üzərində hökmranlığını sürdürən və təxminən 10 000 tam müddətli əsgərə sahib Böyük Səlcuq Türk Sultanlığı idi. Suriyada yerləşən ordu hissələri daha kiçik idi. Ordu hissələrinin özəyini uşaqlığından müharibə və döyüş üçün yetişdirilmiş qulamlar və ya məmlüklər təşkil edirdi. Bir məmlükün yetişdirilməsi təxminən 30 dinara başa gəlirdi (müqayisə üçün qeyd edim ki, Suriyada yaxşı at o dövr üçün təxminən 100 dinar idi).

Kəmiyyətcə çatımazlıqlarla müqayisədə müsəlman dövlətləri keyfiyyətcə üstün idilər. Dövlətin ən mükəmməl əsgərləri əsasən etnik türklərdən təşkil olunurdu və onlar yaxşı təlim keçmiş və silahlanmış olurdular. Müsəlman Orta Şərqində hərbinin əsas təməlini istənilən ərazidə müəyyən ordu hissəsinə xidmət göstərən feodal torpaqları üzərində qurulmuş iqta sistemi təşkil edirdi. Müharibə ərəfəsində şəhərlərdə yerləşən, əsasən etnik ərəblərdən təşkil olunmuş və rəisin əmri altında fəaliyyət göstərən ahdat adlanan polis qüvvələri orduya qoşularaq sayın artmasına xidmət göstərirdi. Ahdat polisləri, baxmayaraq ki türk ordu hissələrindən daha zəif təlim keçib, dinin cihad konseptindən ilhamlanırdılar. Türkmən və Kürd qüvvələrindən gələn dəstək də, baxmyaraq ki onlar nizamsızlığa daha çox meyillidilər, müharibə zamanı çox böyük rol oynayırdı.

Əsas İslam komandiri 1138-1149-cu illərdə fəaliyyət göstərmiş Dəməşq atabəyi Muin-əl-Din Ənur idi. Dəməşq formal olaraq Burid əmirləri tərəfindən idarə olunsa da, real hakimiyyət ordu komandiri Ənurun əlində idi. Tarixçi Devid Nikol Ənuru həm bacarıqlı general əv diplomat kimi, həm də tanınmış incəsənət hamisi kimi təsvir edir. Ancaq Burid xanədanlığı 1154-cü ildə Zəngi tərəfindən sıxışdırılan zaman, Ənurun İkinci Səlib yürüşünün dəf edilməsində göstərdiyi rəşadət Zəngilərə, xüsusilə rəqibi Aleppo Nur əd-Din Zəngiyə sadiq olan tarixçilər tərəfindən silinmişdir.

Xristian səlibçilər

Alman kontingeti təxminən 20 000 cəngavərdən ibarət idi; Fransız kontingenti təxminən kral torpaqlarından olan 700 cəngavərdən təşkil olunmuşdu, zadəganlər isə daha az sayda cəngavər yetişdirmişdi; Yerusəlim krallığı 950 cəngavər və 6 000 piyadaya sahib idi.

Hər iki kontinget böyük ölçüdə düşərgə gözətçisinə malik idi, ancaq onların əksəriyyəti Xaç yürüşü zamanı həlak olurdu. Deuil rahibi Odo yazırdı: “Zəiflər və köməksizlər həmişə öz komandirlərinə ağır yük və düşmənə ağız açmağa məcbur edən yararsız vasitədirlər”.

Alman cəngavərləri piyada döyüşməyə uyğunlaşmışkən, fransızlar at belində vuruşmağı üstün tuturdular. Bizans-yunan tarixçisi Con Kinnamos yazırdı: “Fransızlar xüsusilə at sürməkdə və oxlarla hücüm etməkdə mükəmməlləşmişdilər. Süvarilər sürət baxımından alman ordusundan qat-qat üstün idilər. Almanlar piyada fransızlardan daha yaxşı döyüşürdülər və böyük qılınclarla döyüşdə seçilirdilər. Ağır döyüş şəraitində tez-tez qətiyyətsiz biri kimi təsvir olunmağına baxmayaraq, III Konrad cəsur cəngavər hesab olunurdu. VII Luis maraqlı xüsusiyyəti olan mömin bir xristian idi, belə ki, o müharibə və siyasətdən çox, öz arvadı Elenor Akita, ona qarşı sevgisi ilə maraqlanırdı ki, bu da Bernard Calirvaux kimi müasirlərinin ona sataşmasına imkan yaradırdı.

Şərqdə Səlib yürüşü

Joskelin Zənginin ölümündən sonra Edessanı yenidən ələ keçirməyə cəhd etdi, ancaq 1146-cı ilin noyabrında Nur əd-Din tərəfindən məğlubiyyətə uğradıldı. 1147-ci ilin fevralın 16-da, fransızlar öz istiqamətlərini müzakirə etmək üçün Etampes kommunasını çağırdılar. Almanlar artıq Macarıstan boyunca quru ilə irəliləməyi nəzərə almışdılar; onlar nəzərə almışdılar ki, dəniz yolu siyasi cəhətdən əlverişsizdir, çünki Siciliya kralı II Roqer Konradın ən böyük düşmənlərindən biri idi. Fransız zadəganlarının əksəriyyəti Bizans imperiyasından keçən quru yolunu etibarsız hesab edirdilər, çünki onların nüfuzu hələ də Birinci Səlib yürüşünün nəticələrindən sonra sual altında idi. Ancaq fransızlar Konradı izləmək qərarına gəldilər və iyunun 15-də yola çıxdılar. II Roqer “ənənəni pozdu” və daha artıq iştirak etməkdən imtina etdi. Fransada abbat Suqer və neverlərin qrafı II Uilyam kralın yoxluğu ərzində yürüşə başçılıq etmək üçün seçildilər. Almaniyada vəz Adam Ebraç tərəfindən edildi və xaçı Otto Freysinq götürdü. Almanlar Pasxa bayramı yola düşməyi planlamışdılar, ancaq maya qədər heç kəs öz düşərgəsini tərk etmədi.

Alman rutu

Papa leqatı və cardinal Teodvinin müşayiət etdiyi alman səlibçiləri Konstantinapolda fransızlarla görüşməyi nəzərə almışdılar. Ştiriya şahzadəsi III Ottoqar Vyanada Konrada qoşuldu və Konradın düşməni olan Macar kralı II Qiza onlara təhlükəsiz şəkildə keçib getməyə icazə Verdi. Almanların 20 000-lik ordusu Bizans torpaqlarına çatanda imperator I Manuel Kamnenus onların hücum edəcəyindən qorxuya düşdü və və əmin olmaq üçün Bizans ordusunu onların üstünə göndərdi. Filippopolis və Adrianpolda itaətsiz almanlar arasında qısa sürən toqquşma baş verdi (Bizans generalı Prosoçla Konradın qardaşıoğlu I Frederik Barbarossa arasında). Sentyabrın əvvəllərində alman əsgərlərin qanına qəltan edilməsi vəziyyəti daha da pisləşdirdi. Ancaq sentyabrın 10-da onlar Konstantinapola çatdılar, burada baş verən döyüşün nəticəsində Manuellə əlaqələr zəiflədi. Almanlar inandırıldılar ki, onlar mümkün olduqca tez Kiçik Asiya yarım adasına doğru irəliləməlidirlər. Manuel Konradın öz ordusunun bir hissəsini burada buraxmasını, II Roqerin hücumlarından müdafiə olunmaq üçün onlardan istifadə etmək istəyirdi. Roqer yürüşm zamanı yunan şəhərlərini yağmalamaq fürsətindən məharətlə istifadə edirdi. Roqerin ordusunun gənc olmasına baxmayaraq, Konrad bu təklifə razı olmadı. Konrad Kiçik Asiyada fransızları gözləməməyi qərara aldı, ancaq ordusunu Konyaya, Rum Səlcuq Sultanlığının paytaxtına yönəltdi. Konrad öz ordusunu iki diviziyaya böldü. Biznas imperiyasının səlahiyyətləri köçəri türk tayfalarının idarəsində olan əyalətlərlə müqayisədə Kiçik Asiyanın qərb vilayətlərində realdan çox, formal xarakter daşıyırdı. Konrad Anatoliyay qarşı ordunun kəmiyyətini düzgün qiymətləndirmədi və imperator Manuelin nüfuzunu Anatoliyadan göründüyündən daha çox olduğunu hec vəchlə düşünmədi. Cəngavərləri və ordunun ən yaxşı bölmələrini özü ilə götürərək quru ilə yola düşdü, düşərgə gözətçilərini də Otto Freysinqlə birlikdə sahil boyu yönləndirdi. Nəticədə, Səlcuqlar Kral Konradın ordusunu 1447-ci ilin oktyabrın 25-də ikinci Dorileum döyüşündə darmadağın etdilər.

Döyüşdə türklər özlərinin tipik geri çəkilmənin qarşısının alınması taktikasından istifadə etdilər və daha sonra əsas ordudan ayrılmış kiçik alman kavalerlərinə hücum etmək üçün qayıtdılar. Konrad yavaş-yavaş Konstantinapola doğru geri çəkilməyə başladı, ordu demək olar ki hər gün türklər tərəfindən hücuma məruz qalırdı, onlar geri qalanlara və ordunun arxa pozisiyada müdafiəsini təşkil edən əsgərlərə hücum edirdilər. Konrad özü də türklərlə toqquşmaların birində yaralandı. Alman ordusunun kralın atabir qardaşı yepiskop Otto Freysinq tərəfindən idarə olunan digər diviziyası Aralıq dənizi sahili boyunca cənuba doğru irəliləyirdilər, ancaq 1148-ci ilin əvvəllərində eyni aqibətlə üzləşdilər. Ottonun liderliyi altındakı qüvvə heç də qonaqsevər olmayan kənd ərazilərindən keçərkən tezliklə ərzaq qıtlığı yaşamağa başladılar və 1147-ci ilin noyabrın 16-da Laodikya yaxınlığında səlcuq türklərinin pusqusuna düşdülər. Ottonun ordusunun əksər hissəsi ya döyüşdə öldürüldü, ya əsir götürüldü, ya da qul kimi satıldı.

Fransız rutu

Fransa kralı VII Luis

Fransız səlibçiləri Maynsdan 1147-ci ilin iyununda yola düşdü. Loreyn, Brittaniya, Burqundiya və Akvatin boyunca başlayan yürüş iştirakçılarına Luis, Tierry (Teodorik) Alsak, Bar əyalətinin qrafı I Renaut, Savoy qrafı III Amadeus və onun atabir qardaşı V Uilyam Montferratlı, Avergin qrafı VII Uilyam və başqaları başçılıq edirdi. Provensli Alfonso Toulozun qüvvələri avqusta qədər gözləməyi və dəniz yolu ilə irəliləməyi qərara aldı. Vormsda Luisə Normandiyadan və İngiltərədən səlibçilər qoşuldular.

Macar kralı Qiza Luisin müflis olmuş macar qəsbkarı Boris Kalamanosa orduya qoşulmağa icazə verdiyini biləndə kralla Luis arasında münaqişə yaranmasına baxmayaraq, səlibçilər Konradın yolunu izləməyə başladılar. Bizans ərazisi boyu əlaqələr daha əzazil idi. Fransızların qalanı ilə irəliləməkdə olan lotaringiyalılar yolda qarşılaşdıqları yavaş almanlar arasında da konflik yarandı. Luislə I Manuel arasındakı mübahisələrdən sonra Manuel Rum Səlcuq Sultanlığına qarşı olan hərbi kampaniyanı ləğv etdi, düşməni Sultan I Məsud arasında atəşkəs imzalandı. Manuel bunu Birinci Səlib yürüşündən sonra oğurluqda və xəyanətdə ad çıxarmış səlibçilərdən öz imperiyasını müdafiə etmək məsələsinə diqqətini yönəltmək üçün etdi, o, Konstantinapolda təhlükəli qiyamçıların yerləşdirildiyindən şübhələnirdi. Ancaq, Manuelin fransız ordusu ilə əlaqələri almanlardan bir qədər daha yaxşı idi, beləliklə Luis Konstantinapolda bol-bol istirahət etdi. Fransızların bəziləri Manuelin səlcuqlarla atəşkəs imzalaması xəbərindən qəzəbləndilər və II Roceri Konstantinapola hücum etmək üçün təhrik etdilər. Ancaq Luis onları təmkinli olmağa çağırdı.

İmperator I Manuel Komnenos

İtaliya boyunca Brindisidən keçib Durozzoya getmək üçün Savoydan, Avergindən və Montferratdan qoşunlar Konstantinapolda Luisə qoşulanda bütöv ordu Bosfor boğazı vasitəsi ilə Kiçik Asiyaya yelkən açdılar. Yunanlar şayiələr yaydılar ki, almanlar Konyayı işğal edib, ancaq Manuel Luisə hər hansı qoşun verməkdən imtina etdi. Siciliyalı II Roger Bizans ərazisini işğal etdi və Manuelin bütün ordunu Peloponniza göndərməyə məcbur oldu. Nəticədə almanlar və fransızlar Birinci Səlib yürüşündən fərqli olaraq Kiçik Asiyaya Bizans yardımı olmadan daxil ola bildilər. Babası I Aleksisin məsləhətdindən sonra, Manuel fransızlara işğal etdikləri bütün əraziləri imperiyaya qaytarmağa söz verdi.

Fransızlar Konradın ordusunun qalanı ilə Lopadionda (indiki Türkiyənin Uluabat şəhəri) görüşdülər. Konrad Luisin ordusuna qoşuldu. Onlar Otto Freysinqin yolunu izləyərək Aralıq dənizinə yaxınlaşdılar və dekabrda Efesusa (indiki İzmir) çatdılar. Burada türklərin onlara hücum hazırladıqlarını öyrəndilər. Manuel həmçinin onlara Luisin yol boyu törətdiyi qırğın və qarətlər barədə şikayət etmək üçün səfirlər göndərmişdi. Bu isə Bizansın türklərə qarşı onlara hər hansı yardım edəcəyi barədə zəmanət vermirdi. Həmin vaxt Konrad özünü xəstə hiss etdi və Manuelin ona şəxsən xidmət edəcəyini söz verdiyi Konstantinapola qayıtdı. Luis türk hücumu təhlükəsinə biganə yanaşaraq Efesusdan qalan fransız və almanlarla birlikdə irəliləməyə başladı. Türklər hücum etmək üçün həqiqətən gözləyirdilər, amma 1147-ci ilin dekabrın 24-də Efesusun kənarında kiçik döyüş (Efesus döyüşü) baş verdi. Fransızlar qələbə qazandılar. Fransızlar eyni ay çay dolanbaclarında başqa bir türk pusqusunun öhdəsindən gəldilər.

1148-ci ilin yanvarın əvvəllərində Likus Laodikyaya çatdılar.  Bir az sonra eyni ərazidə Otto Freysinqin ordusu darmadağın edildi. Ardınca Savoylu Amadeusun dəstəsi Mount Kadmus döyüşündə parçalandı. 1148-ci ildə yanvarın 6-da baş verən həmin döyüşdə Luisin dəstəsi ağır itkilərverdi. Odo Deuilin verdiyi məlumata görə Luis qaya dırmaşdı və kim olduğunu aydınlaşdıra bilməyən türklər ona fikir vermədilər. Türklərin hücumlarının ardı nəhayət kəsildi və fransızlar Antalyaya doğru davam etdilər. Onlar uzaqdan fransızların özləri və atları üçün qida mənbələrinin yox edilməsi üçün torpağı yandıran türklərin yaratdığı təhlükənin fərqində idilər. Luis daha artıq torpaqla irəliləməyin çətin olduğunu anlayırdı, o Antalyada donanma toplamaq qərarına gəldi və Antioxa doğru üzməyi qərara aldı. Fırtına səbəbli 1 ay gözlədikdən sonra vəd edilmiş gəmilərin əksəriyyəti gəlib çıxa bilmədi. Luis və həmkarları gəmiləri özəlləşdirdilər, qalanlar Antioxa uzun yol qət etməli oldular. Nəticədə ordu bütünlüklə ya türklər tərəfindən, ya da xəstəlikdən məhv oldu.

Yerusəlimə yürüş

Raymond Poitiers VII Luisi qarşılayır

Fırtınanın yaratdığı gecikmədən sonra Luis martın 19-u Antioxa çata bildi, Savoylu Amadeus Kiprdə öldü. Luisi burada Elenorun əmisi Antiox şahzadəsi Raymond Poitiers qəbul etdi. Raymond gözləyirdi ki o türklərə qarşı müdafiədə, müsəlmanların “Edessanın qapısı” adlandırdığı Aleppoya yürüşdə ona kömək edəcək, ancaq Luis imtina etdi, əvəzində səlib yürüşünün hərbi konseptini unudaraq Yerusəlimi ziyarət etmək qərarına gəldi. Elenor burada olmaqdan ləzzət alırdı, ancaq əmisi kralın səlib yürüşünün əsas səbəbinin nə olduğunu unudacağı təqdirdə, Elenoru öz ata torpaqlarını genişlətmək üçün burada qalmağı və Luisdən boşanmağı üçün yalvardı. Həmin vaxt, Raymondla Elenor arasında kral və kraliçanın evliliyinə təzyiqlər yaradacaq şayiələr gəzirdi. Luis Elenoru zindana salaraq təcili Antioxdan Tripoliyə yola düşdü.

Həmin vaxt Otto Freysinq və ordunun qalanı aprelin ertələrində, bir az sonra isə Konrad Yerusəlimə çatdı. Yerusəlimin Latin patriarxı Fulk Luisi onlara qoşulmağa dəvət etdi. Lissabonda dayanan donanma, o cümlədən Avropanı Touloz qrafı və Alfonso Jordanın başçılığı altında tərk edən Provençals bu vaxt ərzində Yerusəlimə çatdı. Alfonso özü Yerusəlimə gəlib çıxa bilmədi. Sezareyada əyalətdə onun siyasi planlarından qorxuya düşən Tripoli qrafı II Raymond tərəfindən zəhərlənərək öldürüldü. Raymondun Alfonsonu zəhərlədiyi iddiası Provençalın qüvvələrinin əksəriyyətini geriyə evə qayıtmağa məcbur etdi. Əsl məqsəd Edessa idi, ancaq Kral III Baldvin və Templar cəngavərləri Dəməşqi üstün tutdular.

Səlibçilərin gəlişinə cavab olaraq Dəməşq idarəçisi Mu`in əd-Din Ünir müharibə üçün ciddi hazırlıqlara başladı, Dəməşqin bütün istehkamları müöhkəmləndirildi, şəhərə qoşun cəmləşdirildi, Dəməşqə gələn yoldakı bütün su mənbələri dağıdıldı və çirkləndirildi. Baxmyaraq ki, istənilən qüvvə vaxtında Dəməşqə yardıma vaxtında çata bilməzdi, Ünir Alepponunvə Mosulun Zəngi başçılarından (kimlər ki Ünirin qatı rəqibləri idi) yardım istədi. Aydındır ki, Zəngilər dəstə göndərilməsini gecikdirdilər, nəticədə Ünirin şəhəri səlibçilərə güzəştə getmək ehtimalı real oldu.

Palmarea şurası

Yerusəlim zadəganları Avropadan gələn qoşunları qarşıladılar və elan olundu ki səlibçilərin ən ali məqsədini müəyyənləşdirmək üçün şura çağırılmalıdır. Yerusəlim Haute Cour (Yüksək Məhkəmə) Avropadan yenicə gəlmiş xaçlılarla Palmareada, Yerusəlim krallığının əsas şəhəri Akre yaxınlığında 1148-ci il iyunun 24-də görüşdü. Bu məhkəmənin fəaliyyəti dövründə ən ehtişamlı görüş idi. Deyilənə görə şurada iştirak edən hər kəsin adı qeyd olunmuşdu: "Bu indiki dövr tarixi üçün əlamətdar hadisə idi, şurada iştirak edən bütün zadəganların adları gələcək nəslin fayda götürməsi üçün gərək buraya qeyd oluna, ancaq hər kəsi şəxsən adlandırmaq çox vaxt aparaq” qeyd edilirdi.

Sonda qərar Dəməşqə hücum etmək oldu. Yerusəlim Krallığı zəngilərə olan sədaqətinin üstündən xətt çəkdi, Krallığın müttəfiq şəhəri Bosraya (Busra əl-Şam) 1147-ci ildə hücum etdilər. Tarixçilər Edessa əvəzinə Dəməşqə hücum qərarını “müəmmalı əbləhlik” adlandırırlar. Dəməşq atabəyi Ünirin və Zəngilərin  artmaqda olan təzyiqlərini qeyd edən tarixçilər mübahisə edirlər ki, öz enerjilərini Zəngilərə yönəltsəydilər, bu xaçlılar üçün daha yaxşı nəticələrə gətirib çıxara bilərdi. David Nikol kimi tarixçilər Dəməşqə hücum fikrini dəstəkləyir və Dəməşqin cənubi Suriya ərazisində yerləşən ən qüvvətli müsəlman dövləti olduğunu qeyd edir, onun fikrincə əgər xristianlar Dəməşqi tutsaydılar, Nur əd-Dinin artmaqda olan qüdrətinə qarşı müqavimət göstərmək üçün daha yaxşı mövqe tutmuş olardılar. Ünir hər iki müsəlman liderlərdən ən zəifi olduğuna görə inanılırdı ki, Nur əd-Dinin yaxın gələcəkdə öz ərazisinə qatacağı qarşısıalınmaz bir faktdır və beləliklə xaçlılar zəngiləri qabaqlaması daha məqsədəuyğundur. İyulda ordular Tiberidə toplandılar və Qalileya dənizi boyunca Dəməşqə doğru irəlilədilər. Təxminən 50 000 nəfər yürüşdə iştirak edirdi.

Dəməşqin mühasirəsi

Dəməşqin mühasirəsi

Səlibçilər onları ərzaqla təmin edəcək meyvə bağlarının yerləşdiyi qərb tərəfədn Dəməşqə hücuma keçdilər. İyulun 23-də Daraiyaya çatdılar. Növbəti gün müsəlmanlar hücuma hazır vəziyyətdə idilər və baxmayaraq ki meyvə bağları Dəməşqdən kənarda – müsəlmanlardan uzaqda idi, onlar hissə-hissə səlibçilərin yaxşı təşkil olunmuş ordusuna hücumlar təşkil etməyə başladılar. Müdafi olunanlar Mosul əmiri I Səif əd-Din Qazidən və səlibçilərin düşərgəsinə təşkil olunmuş hücuma şəxsən başçılıq edən Aleppolu Nur əd-Dindən yardım istədilər. Səlibçilər divarlardan meyvə ağaclarına doğru geri çəkilməyə başladılar, nəticədə pusqulara və ardı-arası kəsilməyən hücumlra məruz qaldılar.

Uilyam Tayrın yazdığına görə, iyulun 27-də şəhərin şərqindəki düzənliyə çəkilməyi qərara aldılar, burada onlar nisbətən möhkəmlənə bilərdilər, ancaq ərazi qida və su cəhətdən demək olar ki yoxsul idi. Yazırlar ki, Ünir qoşunu müdafiə olunmağın mümkün olmadığı ərazilərə çəkmək liderlərə rüşvət vermişdi və söz vermişdi ki, əgər səlibçilər evlərinə qayıtsalar, Nur əd-Dinlə olan müttəfiqliyinə son qoyacaq. Həmin vaxt Nur əd-Din və Səif əd-Din gəlib çatdı. Çöldə Nur əd-Dinlə görüşdən sonra daha yaxşı mövqelərə çəkilmək səlibçilər üçün mümkünsüz oldu. Yerli xaçlı liderlər mühasirəni davam etdirməkdən boyun qaçırdı, kralların şəhəri tərk etməkdən başqa seçimləri yox idi. Baxmayaraq ki, yol boyu onları təqib edən türk oxçularının davamlı hücumlarına məruz qalmalı oldular, əvvəlcə Konrad, daha sonra ordunun qalanı iyulun 28-də Yerusəlimə qayıtmağı qərara aldı.

Nəticələr

Aralıq dənizi ölkələri İkinci Səlib yürüşündən sonra (1173-cü il)

Xristianların hər biri özlərini digərləri tərəfindən xəyanətə uğramış hiss edirdi. Yeni plan Aşkelona hücuma etmək üçün hazırlanmışdı, Konrad öz ordusunu da götürərək hücuma keçdi, ancaq əvvəlki mühasirədə itirilmiş etibar səbəbi ilə əlavə heç bir kömək ala bilmədi. Bu qarşılıqlı inamsızlıq Müqəddən Torpaqdakı xristian krallıqlarının məğlubiyyəti və xarabalığa çevrilməsi səbəbi ilə, gələcək nəsillərdə də davam edə bilərdi. Aşkelonu tərk etdikdən sonra, Konrad Manuellə müttəfiqliyi gücləndirmək üçün Konstantinapola qayıtdı. Luis 1149-cu ilə qədər Yerusəlimdə qaldı. Bu qarşı durma hətta Elenorla Luisin evliliyinə qədər təsir etdi. Bir-biri ilə danışmayan Luislə Elenor Fransaya ayrı-ayrı gəmilərdə döndülər.

Xaçlıların Avropaya qayıdışını Bernard Klairvaux özünə təhqir hesab edirdi. Bernard Papaya üzrxahlıq haqqında məktub göndərməyi özünə borc bildi. Bu haqda onun “Book of Consideration” kitabının ikinci hissəsində məlumat verilib. Burada o səlibçilərin səhvlərinin onların bədbəxtliyinə və uğursuzluğuna necə səbəbkar olduğunu izah edir. O yeni xaç yürüşü təşkil etmək cəhdləri uğursuz olanda özünü tamamilə fiasko olmuş İkinci Səlib yürüşü ilə heç bir əlaqəsinin olmamasına hər kəsi inandırmağa çalışırdı və 1153-cü ildə vəfat etdi.

Almaniyada, Səlib yürüşü əksər rahiblərin yazılarında fiasko, biabırçılıq kimi təsvir edilirdi, “bu yalnız şeytanın işi ola bilərdi”. Adı qeyd olunmayan və Würzburgun sonrakı onilliklərdəki xronikasını Annales Herbipolenses adlanan kitabında təsvir edən rahib yazırdı ki, Almaniyada zadəgan aiilələri Antalyada əsir götürələrək ermənilər tərəfindən işlədilən cəngavərlərin girov qarşılığında geri qaytarılması ilə məşğul olurdular. Ancaq türklər tərəfindən əsir götürülən və qul bazarlarında satılan düşərgə gözətçiləri o qədər də şanslı deyildilər. Adları məlum olan 113 xaçlıdan, 22-si həlak oldu, 42-si evinə qayıtdı, qalan 49-nun taleyi isə hələ də bəlli deyil. İkinci Səlib yürüşü ilə bağlı dəhşətli xatirəyə baxmayaraq xaç yürüşündə əldə olunmuş təcrübə alman ədəbiyyatına əhəmiyyətli təsir göstərdi. Səlib döyüşləri XII əsrin sonlarında ədəbiyyatda döyüş səhnələrini təsvir edən epic poemaların yaranmasına gətirib çıxardı.

İkinci Səlib yürüşünün mədəni təsiri Fransada da az deyildi, turbadurlar Elenorla Raymond arasına baş verənlərdən təsirlənmişdilər, bu onlara əsl sevgi mövzusunu ədəbiyyata gətirməyə kömək etdi. Konraddan fərqli olaraq, Luis obrazı Tanrının qəzəbinə gələrək Fransadan ayrı düşərək min cür əziyyətlərə qatlanmalı olan kral kimi təsvir edilib.

Şərqi Roma imperiyası ilə fransızlar arasındakı ədavət Səlib yürüşünün gedişatına mənfi təsir göstərdi. Luis və başqa fransız liderlər imperator I Manueli Kiçik Asiyada olarkən açıq-aşkar Türklərlə birləşərək hücumların təşkilatına kömək etməkdə günahlandırırdılar. İkinci Səlib yürüşündən gəldikləri nəticə fransızların XII və XIII əsrlərin qalanında bizanslılara qarşı görüşlərinin müxtəlifliyinə gətirib çıxardı. İmperiyada Səlib yürüşü diplomatiyanın qələbəsi kimi xatırlanmağa başladı. Arxiyepiskop Estatis Sessalonikanın imperator Manuelə həsr olunmuş mədhiyyəsində deyilir:

“O düşmənləri ilə qibtə ediləcək bacarıqla mübarizə apardı, o sülh və əmin-amanlıq gətirmək üçün birinə qarşı digəri ilə oynadı”.

İlk Vendiş yürüşü müxtəlif nəticələr əldə etdi. Sakslar Vaqriya və Polabiyada öz nüfuzlarını təsdiqlədilər, Lübekin cənub torpaqları Obodrit bütpərəstlərin nəzarəti altında qaldı. Sakslar Niklotdan xərac almağa başladılar, Havelberq yepiskopluğunun müstəmləkə altına alınmasına və danimarkalı məhbusların azad edilməsinə nail oldular. Ancaq parçalanmış xristian liderlər öz həmkarlarından daim şübhələndilər və yürüşün sabotaj edilməsində bir-birlərini günahlandırdılar.

İberiya yarımadasında, İspaniya ərazisində, Lissabonun mühasirəsi zamanı kampaniya bəzi qısa sürən qələbələr əldə etdi. Bu döyüşlər 1492-ci ildə tamamlanan Rekonkuistanın ən vacibləri hesab oluna bilər.

Şərqdə vəziyyət xristianlar üçün heç də yaxşı deyildi. Müqəddəs Torpaqda Səlib yürüşü Yerusəlim üçün fəlakətli nəticələrə gətirib çıxardı. 1149-cu ildə, atabəy Ənur öldü və hakimiyyətə Əbu Səid Mucir əl-Din Abak ibn Məhəmməd gəldi. Dəməşqin rəisi və ahdat ordusunun komandiri Mü`əyyəd əd-Dəhval ibn əl-Sufi bilirdi ki, Səlib yürüşü dövründə xaçlıları məğlubiyyətə uğratmaqda əsas rolu onun ahdat qoşunu oynayıb. O daha böyük qüvvəyə layiq olduğunu düşünürdü, ona görə də Ənurun ölümündən sonrakı iki ay ərzində Abaka qarşı qiyam qaldırdı. Dəməşqdə baş verən vətəndaş müharibəsi 5 illik Burid xanədanlığın süqutuna səbəb oldu. Dəməşqlilər xaçlı krallıqlarına etibar etmirdi, buna görə də qısa mühasirədən sonra 1154-ci ildə Nur əd-Dinə təslim oldu.

III Baldvin nəhayət 1153-cü ildə Misirdə münaqişə ocağına çevrilən Aşkelonu ələ keçirdi, Yerusəlim Misirin içərilərinə doğru irəliləməyə şərait yaratdı, 1160-cı ildə Qahirə işğal olundu. Buna baxmayaraq, Bizansla əlaqələr qarışıq idi, Avropada İkinci Səlib yürüşünün səbəb olduğu fəlakətdən sonra möhkəmlətmə səyləri zəif idi. Yerusəlim kralı I Amalrik bizanslılarla ittifaqa girdi və 1169-cu ildə birləşmiş qüvvələr Misirin işğalında iştirak etdi, ancaq yürüş müvəffəqiyyətsizliyə uğradı. 1171-ci ildə Saləddin, Nur əd-Dinin generallarından birinin qardaşı oğlu özünü Misir sultanı elan etdi, Misiri və Suriyanı birləşdirdi və Səlib krallığını mühasirəyə aldı. Bu arada 1180-ci ildə imperator I Manuelin ölümü ilə müttəfiqlik sona çatdı və 1187-ci ildə Yerusəlim Saləddinə təslim oldu. Onun qüvvələri bütün şimala yayıldı və Səlib dövlətlərinin paytaxt şəhərləri işğal olunmağa başlandı. Bu isə Üçüncü Səlib yürüşünü tətiklədi.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!