İkinci SSRİ–Finlandiya müharibəsi (rus.Вторая советско-финская война), Kareliya üsyanı (finitäkarjalaisten kansannousu, kar.päivännouzu karjalan kanzannouzu, rus.Карельское восстание), sovet-Azərbaycan ədəbiyyatında Ağ finlərin Kareliyada fitnəkarlığı — 1921-ci ilin oktyabrından 1922-ci ilin fevralında Finlandiya Silahlı QüvvələrininRusiya SFSR tərkibində olan Kareliya bölgəsinə hücumu. Əməliyyatlarda ağ finlərlə yanaşı karellər də iştirak etmişdir.
1920-ci ilin martında Uxtada (indiki Kalevala) çağırılmış qolçomaq qurultayında Kareliya Müvəqqəti Hökuməti seçilmiş, oktyabrda yaradılmış Kareliya İttifaqına isə Finlandiya hökumət dairələrinin nümayəndələri də daxil oldular. 1921-ci ilin payızında KareliyanınFinlandiyaya birləşdirilməsi şüarı ilə qolçomaq qiyamları başlandı və ağ fin dəstələri hücuma keçdi.[5]
Müharibə
Ağ finlərə qarşı kommunistlərin başçılığı ilə yerli əhalidən olan dəstələr və kiçik sərhəd qoşunu hissələri mübarizə aparırdı. 1921-ci ilin noyabrında onlara kömək məqsədi ilə PetroqraddanQızıl Ordu hissələri göndərilmiş və vahid hərbi komandanlıq yaradılmışdır. Sovet qoşunları dekabr–yanvar aylarında müdaxiləçilərin əsas qüvvələrini məğlub etmişdir.[5]
Nəticə
17 fevralda Kareliyada döyüş əməliyyatı qurtarmışdır. Ağ finlərin məğlub edilməsində Toyvo Antikaynenin başçılıq etdiyi və əsasən, fin kommunistlərindən ibarət xizəkçilər dəstənin də böyük rolu olmuşdur. Ağ finlərin Kareliyadakı döyüş əməliyyatlarında müvəffəqiyyətsizliyə uğraması şimal-qərbdən Sovet respublikalarına qarşı müdaxilə cəhdlərini boşa çıxarmışdır.[5]
İstinadlar
↑Paavo Talvela, Sotilaan elämä, p. 46, Kirjayhtymä 1976
↑Mirko Harjula: Venäjän Karjala ja Muurmanni 1914-1922, p. 229, SKS 2007
↑Mirko Harjula:Venäjän Karjala ja Muurmanni 1914-1922, p. 245, SKS 2007
↑ 123Ағ финләрин Карелијада фитнәкарлығы (1921–22) // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 94.
Балагуров Я. А. Борьба за Советы в Карельском Поморье. Изд. 2-е, испр. и доп. Петрозаводск, «Карелия», 1973. 160 стр., илл.
Тойкка Э. В. Сквозь грозовые годы (воспоминания). Петрозаводск, «Карелия», 1980.
Широкорад А. Б. Финляндия: Через три войны к миру. Друзья и враги России. М.: Вече. 2009. ISBN978-5-9533-4197-4..
Гусев К. В. К истории карельского мятежа (по материалам комиссии по реабилитации при Президенте РФ) // «Отечественная история»: журнал. — 1996. — № 6 — С. 71—84.
Niinistö, Jussi. Heimosotien historia. Suomalaisen Kirjallisuuden Seura, 2005, ISBN951-746-687-0
Shirokorad. Alexander. Finland – Russia. Three unknown wars (Финляндия - Россия. Три неизвестные войны), 2006, ISBN5-9533-1084-6