İkinci Fəxri Xiyaban

Qəbiristanlıq
II Fəxri Xiyaban
Xəritə
Ölkə
Yerləşdiyi yer Bakı Bakı
Status Xiyaban
Sahəsi
  • 1,8 km²
40°21′41″ şm. e. 49°48′29″ ş. u.HGYO
II Fəxri Xiyaban xəritədə
II Fəxri Xiyaban
II Fəxri Xiyaban
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

II Fəxri Xiyaban — 1960-cı illərin sonlarında salınan və Azərbaycan xalqına xidmətdə xüsusi fərqlənən insanların bir qisminin dəfn olunduğu məzarlıqdır.[1]

Tarixi

1960-cı illərin sonlarında salınıb. II Fəxri Xiyaban I Fəxri Xiyabandan aralıda salınıb.

2020-ci ildə salınan hissə

II Fəxri Xiyabanın yeni hissəsi Yasamal rayonunun ərazisində, Maşın Bazarı və Yasamal qəbiristanlığının "Qurd Qapısı" adlandırılan hissəsinin arasında yerləşir. 2019-cu ilin avqust ayında sosial mediada şəhər ərazisində yeni qəbiristanlığın salındığına dair video yayıldı. Videoda özünü qəbiristanlıq işçisi olaraq təqdim edən bir nəfər buranın növbəti illərdə baş verməsi gözlənilən müharibə zamanı şəhid olanların dəfn olunacağı Şəhidlər Xiyabanının olacağını bildirdi. Xiyaban üç bölmədən ibarətdir və ümumi olaraq 630 qəbir var. Uzun müddət ərzində həmin ərazi barədə ictimaiyyətə rəsmi məlumat verilmədi.

2020-ci ilin 12–16 iyulunda Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətində törətdiyi təxribat nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 8-i zabit olmaqla 12 hərbçisi şəhid oldu. Şəhid olanlardan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev iyulun 15-də II Fəxri Xiyabanda dəfn olundu. Dəfn mərasimi ictimaiyyətə qapalı oldu. Polad Həşimovİlqar Mirzəyev II Fəxri Xiyabanın yeni hissəsində dəfn olunan birinci insanlar oldular.

2020-ci ilin avqust ayında isə Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantları Fuad Nadir oğlu Məmmədov 52 yaşında, Çingiz Mustafa oğlu Məmmədov isə 69 yaşında vəfat etdi. Fuad MəmmədovÇingiz Məmmədov II Fəxri Xiyabanın yeni hissəsində dəfn olundu.

Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2020-ci il sentyabrın 27-də səhər saatlarında Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı şəhid olan Azərbaycan Ordusunun hərbçilərinin II Fəxri Xiyabanda razılıq əsasında dəfn olunması aparılırdı. Xiyabdanda dəfn olunmaq məcburi əsasla aparılmırdı, ailə üzvlərinin razılığı ilə aparılıdı. 44 gün davam edən Vətən müharibəsinin 100-dən çox şəhidi II Fəxri Xiyabanda dəfn olundu.

Dəfn olunanlar

İstinadlar

  1. "Fəxri xiyabanda kimlər dəfn olunmalıdır? — MÜBAHİSƏ". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-18.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!