İbrahim bəy Davatdarov

İbrahim bəy Davatdarov
Şəxsi məlumatlar
Doğum tarixi 14 sentyabr 1851(1851-09-14)
Doğum yeri
Vəfat tarixi 3 iyun 1902(1902-06-03) (50 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Rusiya imperiyası
Qoşun növü piyada
Rütbəsi podpolkovnik[d]
Döyüşlər
Təltifləri 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni

İbrahim bəy Mirzə Əhməd bəy oğlu Davatdarov (14 sentyabr 1851, Ərəblər, Şuşa qəzası3 iyun 1902, Qars, Qafqaz diyarı) — çar ordusunun polkovniki

Həyatı

İbrahim bəy Davatdarov 14 sentyabr 1851-ci ildə Şuşa qəzasının Ərəblər kəndində anadan olmuşdur. İlkin evdə təhsil almış, Tiflis Piyada Yunker kursunu bitirmişdir. 1868-ci ildə unter-zabit kimi 16-cı Minqreli Qrenadyor alayında xidmətə başlamışdır. 15 sentyabr 1869-cu ildə Tiflis Piyada Yunker məktəbinə ezam olunmuş, məktəbi 1871-ci ildə müvəffəqiyyətlə bitirdikdən sonra 157-ci Dərbənd alayına dəyişilmişdir. Çar hərbi baxışda Davatdarovu bəyənmiş, ona şəxsən özü praporşik rütbəsi vermişdir. O, bu rütbədən polkovnik rütbəsinədək yüksələ bilmişdi.

İbrahim bəy Davatdarov 1902-ci ildə vəfat edib.[1]

Ailəsi

İbrahim bəy Həmidə xanım Əhmədbəy qızı Cavanşirlə ailə qurmuşdu. Müzəffər bəy adlı oğlu, Mina xanım adlı qızı vardı.

Mükafatları

İbrahim bəy Davatdarov 1877–1878-ci il Rus-Osmanlı savaşında göstərdiyi şücaətə görə 4-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni, 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni, 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif olunmuşdu.

Mənbə

İstinadlar

  1. "Qarabağlı Hərbçilər" (PDF). www.millikimlik.az – Qasım Hacıyev, Ənvər Çingizoğlu, Bakı-Təknur-2011, səh 182 (az.)). 2011. 2021-08-01 tarixində arxivləşdirilib (PDF).

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!