İbrahim Ethem Atnur

İbrahim Ethem Artur
Doğum tarixi (58 yaş)
Doğum yeri Ərzurum şəhəri, Türkiyə
Vətəndaşlığı Türkiyə
Milliyyəti türk
Elm sahəsi tarixçi
Elmi dərəcəsi tarix elmləri doktoru
Elmi adı professor[1]
Təhsili Ərzurum Atatürk Universiteti

İbrahim Ethem Atnur (türk. İbrahim Ethem Atnur; d. 02 mart 1966) – Çağdaş Türkiyə tarixçisi, tarix elmləri doktoru, Atatürk Universitetinin tarix şöbəsinin professoru[2]

Həyatı və fəaliyyəti

İbrahim Ethem Atnur 2 mart 1966-cı ildə Türkiyənin Ərzurum şəhərində doğulmuşdur. 1989-cu ildə Ərzurumdakı Atatürk Universiteti Fənn-Ədəbiyyat fakültəsinin tarix bölümün məzunu olmuşdur.[3] 1990-cı ildə Atatürk Universitetində araşdırmaçı kimi çalışmağa başlamışdır. Həmin universitetdə 1991-ci ildə "Deportasiyadan dönən yunan və ermənilərin köçürülməsi" ("Tehcirden Dönen Rum ve Ermenilerin Yeniden İskânı") adlı çalışması ilə yüksək lisansını, 1996-cı ildə "Osmanlı yönətimindən Sovet yönətiminə qədər Naxçıvan (1918–1921)" adli dissertasiyası ilə doktorasını tamamlamışdır.

Uzun müddət Atatürk Universiteti Ədəbiyyat fakültəsi Tarix bölümü Cümhuriyyət tarixi şöbəsində mühaziərlər oxuyan professor İbrahim Atnur, 2009–2014-cü illər arasında Türk Tarix Qurumunda çalışmışdır. O, Türk Tarix Qurumunda Bilim Kurulunun və Türk Hərbi Tarix Komissiyası üzvü olmuşdur. 2002-ci ildə Türkiyə Yazarlar Birliyi tərəfindən Naxçıvan haqqındaki əsəri ilə araşdırma sahəsində ilin yazarı seçilmişdir.

2014-cü ildə İbrahim Atnura elmi fəaliyyətinə görə Naxçıvan Muxtar Cümhuriyyəti Ali Məclis Başkanlığı tərəfindən "Xidmət Nişanı" verilmişdir. TRT tərəfindən tarixi mövzuda çəkilən 3 sənədli filmə elmi məsləhətçi olmuş və ssenari yazmış İbrahim Atnur Türkiyə və xaricdə çox sayda konqres, simpozium və konfransa qatılmışdır.

Yaradıcılığı

İbrahim Atnur əksəriyyəti tarixi mövzuda yazılmış 10-dan artıq kitabın müəllifidir. Onun əsərlərində Naxçıvan tarixi ilə bağlı məsələlər geniş şəkildə araşdırılmışdır. Məqalələri "Atatürk Yolu", "Toplumsal Tarih", "Atatürk Ü. AİİTED", "Naxçıvan tarixinin səhifələri", "Erdem", "Yeni Türkiye" və başqa dərgilərdə yayınlanmışdır.

Ailəsi

İbrahim Atnur evlidir, iki uşaq atasıdır.

Mükafatları

  • Türkiyə Yazarlar Birliyinin "İlin yazarı" ödülü (2002)
  • Naxçıvan Muxtar Cümhuriyyəti Ali Məclis Başkanlığı "Xidmət Nişanı" (2014)

Əsərləri

  • Muhtariyyat Arefesinde Nahçıvan, 1999
  • Türkiye'de Ermeni kadınları ve çocukları meselesi, 1915–1923, İstanbul: Babil Yayıncılık, 2005
  • Reis-i Cumhur'un Doğu İncelemeleri. Ankara: Ebabil Yayıncılık, 2006
  • Tehcirin Ardından — Meseleler — Uygulamalar. İstanbul: Hitabevi Yayınları, 2019
  • Osmanlı Yönetiminden Sovyet Yönetimine Kadar Nahçıvan (1918–1921). Türk Tarih Kurumu Yayınları, 2020

Azərbaycanda yayınlanan kitabları

İstinadlar

  1. Azərbaycan və Türkiyə alimləri arasında fikir mübadiləsi aparılıb
  2. İbrahim Ethem Atnur: Azərbaycanda iqtisadi inkişafla yanaşı, yüksək elmi inkişaf da müşahidə olunur
  3. "Prof. Dr. İbrahim Ethem ATNUR". 2022-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-24.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!