Üç çarlıq (dövr)

Vey, Şu, U çarlıqlarının xəritəsi. 262-ci il

Üç çarlıq, Саньго (çin. ənən. 三國, sadə. 三国, pinyin: Sānguó) — Qədim Çində 220–280-ci illərdə üç Vey, U, Şu, çarlıqlarının bir-biriləri ilə çəkişdikləri dövr.

Tarixi

II əsrin sonu və III əsrin əvvəllərində Çin ərazisindəki çarlıqlararası çəkişmələrin get-gedə artması ön plana bir neçə bacarıqlı sərkərdələr çıxarmış olur. Bunlardan biri Çao Çao şimalda, Xuanxe hövzəsində hökmranlıq edirdi. Onun ölümündən sonra 220-ci ildə onun oğlu Çao Pey Han sülaləsini bitirib, Vey sülaləsinin əsasını qoyaraq özünü Vey çarlığının hökmdarı elan etmişdir. Digər bir sərkərdə Lyu Bey Han sülaləsinin nümayəndəsi kimi ölkənin cənub-qərbində özünü hökmdar elan edərək Şu çarlığını qurur. Üçüncü bir sərkərdə isə Sun Çyuan cənub-şərqdə paytaxtı Nankin olan U çarlığını qurur. beləliklə üç çarlıq fenomeni ortaya çıxmış olur.

Siyası durum

" Dövlətlər yaranır və yox olurlar. Dövlətlər gəlirlər və gedirlər. İmperator Çjounun hökmranlığı bitdikdən sonra yeddi dövlət bir-biri ilə vuruşurdu və Tsin knyazı qalib çıxdı. Tsin hökmranlığı bitdikdən sonra, Çu və Han çarları hegemonluq uğrunda mübarizə aparırdı və Han sülaləsi qalib gəldi. Dörd yüz il hökmranlıq etmiş qüdrətli Han sülaləsi də süqut etmiş və şəfəqləri sönmüşdür.
Lo Quançjun
Üç çarlığın tarixi“ (Müqəddimə)
"

184–204-cü illərdə baş vermiş "Sarı çalmalılar" xalq üsyanı Çini təlatümə gətirmiş, nəticədə Han sülaləsi süqut edir. Hərb bu dövrdə Çində xüsusi çəkiyə malik olmuşdur. Ölkədə baş vermiş hərcmərclik, zorakılıq, hakimiyyətsizlik, uzu-nuzadı baş verən usyanlar ölkəni hərbi cəbhəyə çevirir. Nəticədə bu dövrdə hərb sənətinin biliciləri çəngavərlər yetişmiş olur. Bəzən bu dövr cəngavər romantizmi kimi səciyyələndirilir. Məhz bu dövrdə Konfutsiçilik kimi fəlsəfi təlim meydana çıxır. Çəngavər kultu, ölənədək ağasına sadiq qalmaq, sədaqət, etik davranışlar, zadəgançılıq formalaşmağa başlamışdır. 230-cu ilin sonlarında Tsao və Sım tayfaları arasında gərginlik yüksək həddə çatmış olur. Artıq III əsrin ortalarında Şimali Veydə Tsao Tsao hakimiyyəti itirmiş olur. Hökmranlıq sərkərdə Sıma Yanın əlinə keçmiş olur. 265-ci ildə Sıma Yan Çzin sülaləsinin əsasını qoyur. Bu sülalə sonralar bütün Çin torpaqlarını birləşdirərək Tszin imperiyasını qurmuş olur.

Quandu döyüşü

Quandu döyüşü 200-cü ildə Çao Çao ordusu ilə Yuan Şau ordusu arasında Xuanxe çayı yaxınlığında olmuşdur. Nəticədə Çao Çao parlaq qələbə çalmış olur.

Çibi döyüşü

Çibi döyüşü (çin. ənən. 赤壁之戰, sadə. 赤壁之战; qışd, 208–209-cu ildə UŞu çarlığının birləşmiş orduları ilə Çao Çao ordusu arasında olmuşdur. Nəticədə Çao Çao hökmranlığını itirmiş olur.

Üç çarlıq hökmdarlarının zaman xətti

Sun HaoSun XiuSun LianSun ÇyuanLyu ŞanLyu BeyÇao HuanÇao MaoÇao FanqÇao YuiÇao Pey

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!