Üç pəncə

Üç pəncə — iki hissəli yallı rəqsi.

Əfsanəyə görə qədim zamanlarda bir kəndli meşədə odun yığarkən bir ayının üç pəncə üzərində gəzdiyini görür. Ayı dördüncü pəncəsi yaralı olduğuna görə ayağını qatlayaraq, tullana-tullana yeriyirmiş. Bu hərəkət isə rəqsə oxşayır, rəqsi xatırladır. Kəndli gördüyü hərəkətlərin təsiri altında "üç pəncə" yallısını qurur. "Üç pəncə" rəqsinə sonralar "Axsaq yallı" adını da vermişlər. Bəzi bölgələrdə yallı "Çolağı" adı ilə də tanınır.

Bu yallı həm Naxçıvanda (Şərur rayonu və ətraf kəndlər), həm də İrəvan bölgəsində maraqla ifa edilir. Çox zaman yaşlı adamların ifa etdikləri bu rəqs sakit və yeyin hissələrdən ibarətdir.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!