Ölümdən sonra evlilik mərasimi

Ölümdən sonra evlilik mərasimi — müxtəlif mədəniyyətlərdə mövcud olan adət.

Türk xalqlarında

Ölümdən sonra evlilik mərasimi adəti türk xalqlarında da mövcuddur. Bu adətə görə evlənmək yaşına çatmadan vəfat edən cavanlar bir-biri ilə qiyabi şəkildə (iştirakları olmadan) evləndirilir.[1]

Altay türklərində ölümdən sonra evlilik mərasimi evlənmək yaşına gəlmədən əvvəl vəfat edən şəxslər üçün tətbiq edilir. Oğlan uşağı ölmüş olsa belə, evlənmə yaşına çatacağı vaxtda özü kimi cavan vəfat etmiş bir qızla qiyabi şəkildə (iştirakları olmadan) mərasimlə evləndirilir. Bu mərasimi həqiqi toy kimi qəbul edən ailələr bir-birlərini qohum elan edir və hətta yeni evlilərə lazım olan əşyaların rəsmi çəkilərək yandırılır. Yanğının dumanının evlilərə xəbərdarlıq olaraq getdiyinə inanılır.[1] Buna oxşar digər bir adət isə gənc ölən oğlan o biri dünyada hurisiz qalmasın deyə məzarına subay ikən ölmüş bir qadının basdırılmasıdır. Beləliklə, onlar o biri dünyada evlənmiş sayılırlar.[2]

Altaylardakı bu adətin Azərbaycan türklərində müasir dövrdə mövcud olduğu bilinir.[1]

İstinadlar

  1. 1 2 3 Türk Mitolojisi Yeni Araşdırmalar Işığında. Necati Gültepe. 665 səhifə.
  2. TÜRK KÜLTÜRÜNDE ÖLÜMDEN SONRA YAŞAMIN VARLIĞI DÜŞÜNCESİ VE GÂVUR DAĞI TÜRKMEN MA. January 2018. DOI:10.7827/TurkishStudies.14295

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!