Çingiz İsrafi (7 mart 1942, Varşava, General-Qubernatorluq – 30 yanvar 2024, İstanbul) — Amerika Kolumbiya Universitetinin məzunu, yeni dövr Türkiyə iqtisadiyyatının banisi sayılan Turqut Özalın iqtisadi məsələlər üzrə məsləhətçisi, iqtisadiyyatin liberallaşdırılması və özəlləşdirmə proqramının rəhbəri.[1]
Həyatı
Atası Hidayət İsrafil polkovnik İsrafil İsrafilovun qardaşıdır. Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra ailəsi ilə Türkiyəyə mühacirət etməli olub, oradan isə Avropaya köçüblər. Əsilləri Daşkəsənin ucqar kəndi olan Əmirvar kəndindəndir. Siyasi mühacirətə getməmişdən əvvəl 1915–1920-ci illər arasında ailəsi Şəmkirin Seyfəli kəndində yaşayıb.
Çingiz İsrafil 7 mart 1942-ci ildə Polşanın paytaxtı Varşava şəhərində doğulub, sonrakı fəaliyyətini əsasən Türkiyədə qurub. Kolumbiya Universitetinin Riyaziyyat fakultəsindən 1967-ci ildə məzun olub, eyni universitetdə 1970–1975-ci illərdə doktarantura pilləsində "Osmanlı İmperiyasının iqtisadi tarixi" üzrə dərs almışdır, lakin tezisini tamamlamamışdır. 1990–1992-ci illərdə Azərbaycan prezidentinin iqtisadi məsələlər üzrə müşavirliyini də həyata keçirib.[1]
2001-ci ildə Şota Rustaveli adına Batumi Dövlət Universitetindən Fəxri Doktor elmi dərəcəsini almışdır. 28 sentyabr 2012-ci il tarixli Növbəti Baş Assambleya qərarı ilə Ayın Tekstil Asc. Müstəqil İdarəetmə Heyətinin üzvlüyü vəzifəsinə təyin edilmişdir.[1]
30 yanvar 2024-cü ildə İstanbulda vəfat edib.[2]
Fəaliyyəti
- 1967–1973 Cİ-Pi Morqan Bankı Menecment Araşdırması departamentində ekspert.
- 1973–1976 United States Trust Company Sahibkarlıq Elmi Departamentində böyük mütəxəssis.
- 1976–1986 Cİ-pi Morqan Bankının sədr müavini və Pul Bazarı Araşdırma Departamentin müdiri.
- 1985 Dünya Bankı Türkiyə bölməsində Pul Bazarı səbəbkarı (Morqan xüsusi icazəli olaraq).
- 1986–1992 Türkiyə Cümhuriyyəti Baş Nazirinin müşaviri
- 1986–1989 Kütləvi Mənzil və Kommunal Tərəfdaşlığı İdarəsində Özəlləşdirmə Üzrə sədr müavini
- 1987–1988 Mərmərə Universiteti Bank və Sığortaçılıq İnstutu Məşvərət Şurasının sədri
- 1987–1989 Teletaş İdarə Heyətinin sədri
- 1987–1989 Netaş İdarə Heyətinin sədr müavini
- 1988–1990 Ereğli Dəmir Polad İdarə Heyətinin üzvü
- 1989–1990 Alpet İdarə Heyətinin sədr müavini
- 1990–1992 Torf İdarə Heyətinin sədri
- 1990–1992 Azərbaycan Prezidentinin İqtisadi və Xarici Əlaqələr üzrə müşaviri
- 1992–1993 Mərmərə Bankı İdarə Heyətinin sədr müavini
- 1994–1995 Çolakoğlu Xarici Ticarət Murahhas Aza və Total Oil Türkiyə sədr müavini
- 1996-cı ildən FIL Finance Inc. Murahhas Aza və 2001-ci ilədək Adjara Mr Prezidentin Xarici İqtisadi Əlaqələr müşaviri
İstinadlar
Xarici keçidlər