Çin Taybeyi

2010 Qış Olimpiya Oyunlarında Çin Taybeyi komandası
Çin Taybeyinin olimpiya bayrağı

Çin TaybeyiÇin Xalq Respublikasında müstəmləkə dövlət olan Tayvanın idman yarışlarında istifadə etdiyi addır. (Taybey həmin dövlətin paytaxtı) Bu ad Tayvanın Çinin tərkib hissəsi olduğuna insanları inandırmaq, həmçinin Tayvan idmançılarına bu ad altında yarışmaq şansı verir. Adın qoyulması həm də iki ölkə arasında gərginliklərin müşahidə olunmaması üçün yaxşı şərait yaratmışdır. Tayvan həm də bu adla Qış və Yay Olimpiya Oyunlarına qatıla bilir, müxtəlif idman yarışlarında o cümlədən komanda idman növlərində iştirak edə bilir. Məsələn, Çin Taybeyi qadın milli voleybol komandası 1990-cu ildə keçirilən voleybol üzrə qadınlararası dünya çempionatının final mərhələsində iştirak etmişdir.

Maraq üçün onu da qeyd edək ki, bu ölkə müxtəlif yarışlarda müxtəlif bayraqlardan istifadə edir. Məsələn komandanın Paralimpiya Oyunlarında, Olimpiya oyunlarındafutbol yarışlarında bayraqları fərqlidir. Bir-birinə bənzəyən bu bayraqların hamısı göy, qırmızı ləçəkşəkilli çərçivənin içində fərqli simvollardan ibarətdir.

Komandanın ilk ən böyük təcrübəsi 1980 Qış Olimpiya Oyunları olmuşdur. Turnirdə yer alan Çin Taybeyi komandası medal qazana bilməsə də tarixi uğura imza atmışdı.[1]

2012 Yay Olimpiya Oyunlarında komanda iki medal qazanaraq çox böyük uğura imza atmışdı. Medal sıralanmasında bir gümüş, bir bürünclə altmış üç və altmış səkkizinci yerləri bölüşdürdü. Komandaya gümüş medalı ağır atletika yarışlarında Hsu Shu-ching, bürünc medalı isə taekvondo idman növündə Tsenq Li-çhenq qazandırmışdı. Çin Taybeyinin bu Olimpiya Oyunlarında tək komanda şəklində qatıldığı idman növü oxatmanın qadın və kişi yarışları olmuşdur. Ümumilikdə 44 idmançı ilə qatılan asiyalılar həmçinin oxçuluğun fərdi qadın yarışlarında (3 idmançı), kişi fərdi yarışlarında (3 idmançı), yüngül atletikanın üç fərqli növündə (6 idmançı), badmintonn kişi (3 idmançı) və qadınlarası yarışlarında (4 idmançı), eyni zamanda qarışıqlarda (oğlanlar və qızlar birlikdə) (2 idmançı), velosiped idmanında (2 idmançı), qılıncoynatmada (1 idmançı), cüdoda (1 idmançı), avarçəkmədə (1 idmançı) yelkəndə (1 idmançı), atıcılıqda (3 idmançı), üzgüçülüyün kişilər (1 idmançı) və qadınlarında (2 idmançı), stolüstü tennisdə (3 idmançı), taekvondoda (medal qazanandan başqa 2 idmançı), tennisdə (4 idmançı) və ağır atletika yarışlarında (medal qazanandan başqa 3 idmançı) təmsil olunmuşdur.

Londonda keçirilən otuzuncu Yay Olimpiya Oyunlarında Tayvana qarşı etikasızlıq da qeydə alınmışdı. Belə ki, XXX Yay Olimpiya Oyunları ilə əlaqədar Londonun mərkəzində asılan 206 bayraq arasından Tayvanın bayrağının endirilməsi narazılıqla qarşılanıb. Məlumata görə, Tayvanın bayrağı şəhərin mərkəzi alış-veriş küçəsi sayılan "Regent Street"dən endirilib. Mətbuatın yazdığı versiyaya görə, bu addım Çin hökumətini əsəbiləşdirmək üçün atılıb. Hadisəyə Tayvanın Londondakı ən yüksək vəzifəli məmuru Şen Lyuşun sərt reaksiya verib: " Demokratik bir ölkədə bu halın baş verməsi yolverilməzdir. Ümudvaram ki, bayrağımız yerinə qaytarılacaq və digər bayraqlarla birgə dalğalanacaq”. Beynəlxalq Olimpiya Komitəsi isə Tayvanın oyunlarda “Çin Taybeyi” adı ilə və öz olimpiya komitəsinin bayrağı ilə çıxış etdiyini əsas gətirərək, bayrağın yerinə qaytarılacağını açıqlamışdı.[2]

İstinadlar

  1. ""Winter Olympic Games Lake Placid, USA, 1980"". 2012-06-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-30.
  2. "London-2012: Tayvan bayrağı endirildi". 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-30.

Xarici keçidlər

Həmçinin bax

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!