Çili pişikdırnağı |
---|
|
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. |
|
|
Təbii yayılması
Mənşəyi Cənubi Amerikadır (Çili, Argentina).
Botaniki təsviri
Hündürlüyü 6-8 m-ə çatan, yumru çətirli, həmişəyaşıl və ya yarpağını tökən ağacdır. Gövdəsi qısa, yerlə sürünən, qabığı cod, dərin yarıqlı, budaqları əyilmiş, üzəri seyrək, iri iynələrlə örtülmüşdür. Yarpaqları cüt lələkvari, üzbəüz yerləşmiş, parlaq yaşıldır. Çiçəkləri yaşılımtıl - ağ və ya sarı, uzun erkəkcikli, uzunluğu 12 sm-dək olan sıx, tükcüklü, sallaq çiçək qruplarına yığılmışdır. Meyvəsi oraqvari əyilmiş qınlıdır. Toxum və qələmlərlə çoxalır.
Ekologiyası: Quraqlığa, istiyə davamlıdır. Drenajlı, qələvi torpaqlarda yaxşı bitir. Torpağı həmişə çox az miqdarda rütubətli olmalıdır. Qışda yarpaqlarını tökərək, -100C-dək şaxtaya dözür.
Ekologiyası
Quraqlığa, istiyə davamlıdır. Drenajlı, qələvi torpaqlarda yaxşı bitir. Torpağı həmişə çox az miqdarda rütubətli olmalıdır. Qışda yarpaqlarını tökərək, -100C-dək şaxtaya dözür.
Azərbaycanda yayılması
Dendrologiya İnstitutunun təcrübə sahəsində introduksiya olunmuşdur.
İstifadəsi
Budanma ilə lazımı ölçülərini saxlamaq və bonsay üslubunda formalaşdırmaq olar. Dərman və qida əhəmiyyətli bitkidir.
İstinadlar
Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine T.S.Məmmədov
|
---|
Prosopis chilensis | |
---|
Ceratonia chilensis | |
---|