Çandarlı Xəlil Paşanın kiçik oğludur. 1429/1430-cu ildə Ədirnədə dünyaya gəlmişdir. Tarixi mənbələrdə adına ilk dəfə Ədirnəqazısı olaraq rast gəlinir. Bu səbəblə mədrəsə təhsili aldığı və üləma zümrəsinə mənsub olduğunu demək olar. Ancaq kimlərdən dərs aldığı və hansı vəzifələrdə xidmət etdiyi bilinmir. II Mehmedin atası Çandarlı Xəlil Paşanı edam etməsinin ardından digər qardaşları ilə birlikdə bir müddət çətinlik çəksə də, daha sonra Ədirnəqazılığına gətirildiyi, 1453, 1460-61 və 1465-ci illərdə 3 dəfə Ədirnəqazısı kimi fəaliyyət göstərmişdir.
Ədirnəqazılığından sonra başqazı olan İbrahim Çələbi 1468-ci ildə Amasya sancaqbəyi Şahzadə Bəyazidin lələliyinə gətirildi. 1473-cü ilin martındaII Mehmedin Ağqoyunlu sultanıUzun Həsən üzərinə tərtiblədiyi səfərə şahzadənin lələsi olaraq qatıldı. Daha sonra 1483-cü ildə Anadolu başqazısı olaraq Kili və Akkirman səfərlərinə qatıldı. 1485-ci ildə Rumeli başqazısı seçildi və ardından atası və babaları kimi üləma zümrəsindən ayrılaraq dövlət idarəsinə qatıldı. 1486-cı ilin fevralında üçüncü, 1487-ci ilin fevralında isə ikinci vəzirliyə gətirildi və II Bəyazidin ən yaxın adamlarından biri oldu. 1498-ci ilin sentyabrına qədər ikinci vəzir vəzifəsində qaldı və bu tarixdə Herseqli Əhməd Paşanın yerinə sədarətə gətirildi. II Bəyazidlə birlikdə qatıldığı İnəbaxdı səfəri əsnasında İnəbaxdı mühasirəsi davam edərkən 1499-cü ilin avqustunda anidən vəfat etdi və cənazəsi burada dəfn edildi. İznikdə atasının türbəsi yaxınlığında inşa olunan kitabəsiz məzar isə böyük ehtimalla sonradan inşa edilmişdir.
Çandarlı İbrahimin, biri Qaraca Paşanın qızı Hundi Xatun, digəri Xızır bəyin qızı Hundi Xatun və üçüncüsü Sultan Mehmedin qızlarından Səlcuq Sultanın qızı Xanzadə xanım Sultan olmaq üzrə 3 xanımı, bu xanımlarından 4 oğlu və 3 qızı olduğu bilinir. Qaraca Paşanın qızı Hundi Xatundan doğulan qızı Şahıhuban Xədicə xanım üçün Ədirnədə bir məscid inşa etdirmişdir. Oğlu Hüseyn Paşa 1525-ci ildə Konya, 1528-ci ildə Hələb, daha sonra Diyarbəkir bəylərbəyi olub, 1533-cü ildə vəfat etmişdir.
Mənbə
Tursun Bey, Târîh-i Ebü’l-Feth (nşr. Mertol Tulum), İstanbul 1977, s. 34;