Çan Van Çan

Çan Van Çan
Şəxsi məlumatlar
Doğum tarixi 1918[1]
Vəfat tarixi 20 aprel 1996(1996-04-20)[1]
Vəfat yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Şimali Vyetnam
Qoşun növü Vyetmin
Döyüşlər
Təltifləri "Ho Şi Min" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nquyen Çan (ing. Nguyễn Chấn) və ya Çan Van Ça (Trần Văn Trà; 1918[1]20 aprel 1996[1], Hoşimin) — Vyetnam hərbi xadimi.[2][3] O, Vyetkonq komandiri olmuşdur. Çan Van Ça 1960–1982-ci illərdə Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü, Şimali Vyetnam ordusunda general-leytenant, 1964–1976-cı illərdə Cənubi Vyetnam üzrə Mərkəzi İdarənin Hərbi Məsələlər Komitəsinin sədri olmuşdur.

Vyetnam müharibəsi

Vyetnam müharibəsi zamanı Cənubi VyetnamABŞ-yə qarşı mübarizədə iştirak etmişdir. O, 1968-ci ildə Tet hücumü zamanı Sayqona hücuma rəhbərlik və Pasxa hücumunda B-2 cəbhəsinə komandanlıq etmişdir.

1974-cü ildə Hanoyda Şimali Vyetnam hərbi liderlərinin görüşü zamanı Ça gələn il üçün planlaşdırılan mühafizəkar strategiyaya qarşı çıxmış və həm Cənubi Vyetnam, həm də ABŞ hərbi reaksiyasını sınamaq üçün Cənubi Vyetnamın Fuklonq vilayətinə hücum edilməsini təklif etmişdir.[4] Hücum uğurlu alınmış və ABŞ hərbi cəhətdən cavab verməmişdir. Bu, daha böyük, daha aqressiv kommunist əməliyyatlarına səbəb olmuşdur. Ça 1975-ci ilin aprelində Cənubi Vyetnam hökumətinin süqutuna səbəb olan Bahar hücumunda baş general Van Tyen Zunq rəhbərliyindəki A75 qərargahının komandir müavini olmuşdur. O, 1978-1982-ci illərdə müdafiə nazirinin müavini olmuşdur.[5]

İstinadlar

  1. 1 2 3 4 Tran Van Tra // Encyclopædia Britannica (ing.).
  2. Ronald B. Frankum Jr. Historical Dictionary of the War in Vietnam, 2011 p.460-461
  3. Bruce M. Lockhart, William J. Duiker The A to Z of Vietnam, 2010, p.384.
  4. Colonel General Trần Văn Trà. "Vietnam: A History of the Bulwark B-2 Theater Translation of Kết thúc cuộc chiến tranh 30 năm." (PDF). United States. Joint Publications Research Service. February 1983. 10 July 2019 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 14 October 2015.
  5. Thanh Binh, Nguyen. "Senior Lieutenant General Tran Van Tra". 25 September 2012. 16 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 February 2022.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!