Zuhal Karakoç Dora |
|
|
Vəzifədədir |
2 iyun 2023-cü ildən |
Seçki dairəsi | 2023 — Kahramanmaraş |
Doğum tarixi |
1983 |
Doğum yeri |
|
Vətəndaşlığı |
Türkiyə |
Partiya |
|
Təhsili |
|
Zuhal Karakoç Dora (1983, Qəhrəmanmaraş) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.[1]
Həyatı
Zuhal Karakoç Dora 1983-cü ildə Kahramanmaraş ilində anadan olub. İbtidai, orta və lisey təhsilini Kahramanmaraşda alıb. Anadolu Universiteti İngilis dili müəllimliyi Bölməsindən və Anadolu Universiteti Beynəlxalq münasibətlər Bölməsindən məzun olub. Qazi Universiteti Beynəlxalq əlaqələr Bölməsində magistr dərəcəsi, Ankara Yıldırım Beyazıt Universiteti Beynəlxalq münasibətlər Bölməsində isə PhD dərəcəsi alıb. Dosentdir.[1]
OECD Təhsil İdarəetmə Komitəsinin nümayəndəsi, Avropa Şurası Təhsil İdarəetmə Komitəsinin nümayəndəsi, Avropa Şurasının Pestalozzi Təhsil Proqramlarının Milli Koordinatoru, Avropa Şurasının Miqrasiya Koordinasiya Bölməsinin məsləhətçi qrupunun nümayəndəsi, Milli Təhsil Nazirliyinin Avropa İttifaqı və Xarici Əlaqələr Baş İdarəsində Beynəlxalq müqavilələr və təqaüdlər şöbəsinin müdiri, AFAD-ın Strategiya Departamentinin rəhbəri və Xarici Əlaqələr Koordinatoru vəzifələrində çalışıb.[1]
Suriyada vətəndaş müharibəsi çərçivəsində AFAD-ın Avropa İttifaqı ilə Əlaqələri üzrə Koordinatoru, Maliyyə məsələləri üzrə Koordinatoru və nümayəndə heyətinin rəhbəri vəzifələrində də təmsil olunub.[1]
TBMM-də strateji əlaqələr üzrə sədr müavini vəzifəsində çalışıb. TOBB İqtisadiyyat və Texnologiya Universiteti və Milli Müdafiə Universitetində müəllim olaraq çalışıb. Kitabları, məqalələri və araşdırmaları dərc olunub.[1]
2023-cü ildə MHP namizədi olaraq Kahramanmaraş ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Avropa İttifaqı ilə Uyğunlaşma Komissiyasının sözçüsü, TBMM Milli Müdafiə Komissiyasının üzvü, Avropa İttifaqının Birgə Parlament Komissiyasının üzvü vəzifəsində təmsil olunub.[1]
İngiliscə, ərəbcə və almanca bilir. Evli və 1 uşaq anasıdır.[1]
İstinadlar