Zu-n-Nun Əyyub

Zu-n-Nun Əyyub
Doğum tarixi 1908[1]
Doğum yeri
Vəfat tarixi 1988 və ya 6 sentyabr 1998(1998-09-06)[1]
Vəfat yeri
Fəaliyyəti jurnalist, romançı, redaktor[d], hekayə yazıçısı[d], avtobioqraf[d], müəllim, direktor[d], esseist, ədəbi tənqidçi, yazıçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zu-n-Nun Əyyub (ərəb. ذو النون أيوب‎; 1908[1], Mosul1988 və ya 6 sentyabr 1998[1], Avstriya) — İraq yazıçısı və publisisti.

Həyatı

Zu-n-Nun Əyyub 1908-ci ildə o vaxtlar Osmanlı imperiyasının bir hissəsi olan Mosulda, tacir ailəsində anadan olmuşdur. O, 1933-cü ildə nəşrə başlamışdır. Əyyub milli ədəbiyyatda realist hekayə janrının banilərindən biridir. O, "Dostum" (1937), "Babil qalası" (1939), "İbrahim həkim" (1940), "Əl, torpaq, su" (1948), "Unudulmuş adlar" (1959) romanlarının, eləcə də çoxlu ictimai-siyasi məqalələr, ədəbiyyat və incəsənətə aid əsərlərin müəllifidir. Əyyub 1939–1946-cı illərdə ərəb hekayələrinin inkişafında mühüm rol oynayan "əl-Məcəllə" jurnalını nəşr etdirmişdir. Onun əsərləri süjet sadəliyi, dəqiqliyi, dilin aforizmi ilə səciyyələnir, ərəb nəsrinə xas olan tərbiyəçilik meyli ilə birləşir. Əyyubun yaradıcı şəxsiyyəti Anton Çexovun, Maksim QorkininMisir yazıçıları Mahmud TeymurTaha Hüseynin təsiri altında formalaşmışdır. O, Nikolay Qoqolun, Fyodor Dostoyevskinin, İvan Turgenevin, Maksim Qorkinin əsərlərini ərəb dilinə tərcümə etmişdir.[2]

İstinadlar

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Энциклопедический словарь. 2009. Айюб Зу-н-Нун.

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!